Icma.az
close
up
RU
Azyaşlı övladlarını cinayətə cəlb edərək arvadının iş yoldaşına işgəncələr verən şəxsə hökm oxundu

Azyaşlı övladlarını cinayətə cəlb edərək arvadının iş yoldaşına işgəncələr verən şəxsə hökm oxundu

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada, qanunsuz azadlıqdan məhrum etmədə, yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmədə, quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Rahim Ələsgərlinin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rahim Ələsgərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, Rahim Ələsgərli yetkinlik yaşına çatmayanların tərbiyəsi və saxlanılması vəzifəsini daşıyan şəxs kimi öz azyaşlı övladlarını aldadaraq cinayətkar fəaliyyətə cəlb edib, bir qrup şəxs halında zərərçəkmiş Daşqın Mansırlını (adı və soyadı şərtidir) qanunsuz olaraq azadlıqdan məhrum edib, ona ağır bədən xəsarətləri yetirib və hədə-qorxu yolu ilə pul tələb edib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs rəsmi nikahda olduğu həyat yoldaşı S.S.-nin spirtli içki qəbul etməsi və ailə münaqişəsi səbəbi ilə evi tərk etməsindən sonra qadının birlikdə cücə kəsimi sexində işlədiyi iş yoldaşı, zərərçəkmiş Daşqın Mansırlı ilə münasibətdə olduğunu iddia edib. Bu əsasla 2024-cü il sentyabrın 27-də saat 21 radələrində zərərçəkmiş şəxslə görüşərək çay içib söhbət etmək adı ilə onu aldadıb.

Rahim idarə etdiyi BMW markalı avtomobillə Daşqını Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə aparıb. Burada o, yetkinlik yaşına çatmayan - 2010-cu il təvəllüdlü M.Ə. və 2008-ci il təvəllüdlü E.Ə.-nin övladlarını cinayət əməllərinə cəlb edib.

Atasının tapşırığı ilə E.Ə.-nin gətirdiyi skoç vasitəsilə böyük qardaşı M.Ə.-nin köməyi ilə Daşqının qollarını, ayaqlarını və ağzını bağlayıb. Daha sonra Rahim zərərçəkmiş şəxsdən həyat yoldaşı ilə münasibətdə olmasını, ona kirayə ev tutduğunu və maddi köməklik göstərdiyini etiraf etməsini tələb edərək, yumruq və təpik zərbələri ilə onun baş, kürək və bədənin müxtəlif nahiyələrinə qəsdən xəsarətlər yetirib.

Cinayətkar əməllər bununla da bitməyib. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin mobil telefonunu əlindən alaraq orada həyat yoldaşına aid şəxsiyyət vəsiqəsinin fotoşəklini görüb, həmin görüntünü böyük oğluna göstərərək anasının onları tərk etməsinə Daşqının səbəb olduğunu bildirib. O, həmin oğlunu aldadaraq zərərçəkmiş şəxsə iki dəfə şillə vurmağa sövq edib.

Daha sonra Rahim zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək, silah qismində istifadə edilən dəmir profillə onun baş nahiyəsinə zərbə endirib. Nəticədə Daşqına ənsə sümüyünün xətti sınığı, həmin nahiyədə epidural hematom və ənsə nahiyəsinin yumşaq toxumalarının qançırı şəklində sağlamlığa qəsdən ağır zərərvurmaya aid xəsarətlər yetirilib.

İttihama görə, təqsirləndirilən şəxs Daşqını 2024-cü il sentyabrın 27-dən sentyabrın 28-dək iradəsinə zidd olaraq yaşadığı evdə saxlayıb, onun sərbəst hərəkət etmək, yaxın qohumları və digər şəxslərlə əlaqə saxlamaq imkanlarını məhdudlaşdırmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib. Bu əməllər ağır nəticələrə səbəb olub.

Bununla yanaşı, Rahim cinayətkar niyyətini davam etdirərək, sağlamlığına ağır zərər vurduğu zərərçəkmiş şəxsdən hədə-qorxu ilə pul tələb edib. Belə ki, o, Daşqının üzərində olan 20 manat nağd pulu, bank kartında olan 100 manatı, eləcə də əlavə olaraq 1500 manat pul vəsaitini tələb edib.

Bundan sonra təqsirləndirilən şəxs Daşqını sərbəst buraxıb.

Hadisədən sonra Rahim Ələsgərli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Fevral 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri