Icma.az
close
up
RU
Azyaşlı qızların KABUSU Erkən nikahlara daha çox hansı bölgələrdə RAST gəlinir?

Azyaşlı qızların KABUSU Erkən nikahlara daha çox hansı bölgələrdə RAST gəlinir?

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Azərbaycanda nikah yaşı 18-dir. Lakin qeyri-rəsmi şəkildə erkən yaşda nikaha girənlər var.
Bununla mübarizə aparılsa da, hər il müəyyən sayda vətəndaşlar arasında bu cür nikah, sövdələşmə qeydə alınır. Hətta erkən nikahdan uşaq dünyaya gətirənlər də var. Ölkənin demək olar ki, hər bölgəsində bu problem mövcuddur. Bəzi bölgələrdə daha çox, bəzi bölgələrdə isə nisbətən azlıq təşkil edir.
 

MÖVZU İLƏ BAĞLI:
Rəsmi nikah tələb etmədən dini kəbin kəsən imamlara nəzarət SƏRTLƏŞDİRİLİR – Komitədən XƏBƏRDARLIQ


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, erkən nikahlarlarla bağlı ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb.
Bir neçə il öncənin statistikasında Cənub bölgəsində bu hallara daha çox rast gəlinirdi.
Bəs ümumiyyətlə, erkən nikaha nə səbəb olur? Hər bölgənin öz səbəbləri var, ya necə?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, erkən nikahların olmasının müxtəlif səbəblər var:
“Hər ailənin dünyagörüşü, yaşadığı mühit, ətrafın reaksiyası buna təsir edir. Bəzən qadınların, qızların təhlükəsizliyini düşünürlər. Düşünürlər ki, qızları nə qədər tez versələr o qədər yaxşıdır. Ailələr qızları hansısa təhülkələrlə üz-üzə qalmamaq üçün guya qoruyucu addımlar atırlar, amma bu addım daha ağır fəsadlarla nəticələnir. Bəzi hallarda qızların özlərinin tez evlənməyə meyli olur, yəni informasiyanın təsiri, toy hadisələri, geyimlər, gəlin paltarlarının, zinət əşyalarının, toyların reklamı cəlbedici görünür və qızlar buna maraq göstərir. Serial və filmlərdəki aşiqlik obrazları və s. Təhsildən çox o biri məsələlər olanda stimullaşma da o yöndə olur”.
O, zorakılığa məruz qalan qızların valideynlərinin onlara sahib çıxmaması hallarının da olduğunu bildirib:
“Qızlar, qadınlar zorakılığa məruz qalır, valideynlər isə tələsik onları barışdırmağa çalışır, çünki o məsuliyyəti daşımaq istəmirlər. Uşaqla doğru-düzgün davranmağı öyrənmək əvəzinə tez ərə verməklə təhlükənin qarşısını almaq istəyirlər. Valideynlər uşağı dinləmək, uşağı yönəltməklə bağlı təcrübəyə, biliyə malik deyillər”.
Birlik sədri ailədə zorakılığa məruz qalan uşaqların çıxış yolunu ərə getməkdə gördüyünü qeyd edib:
Evdə zorakılıq görən uşaq təbii ki, ərə getməyə can atacaq. Bu, bir zorakılıqdan digər zorakılığa qaçışdır. Sənə elə gəlir ki, seçimin yoxdur, heç bir variantın yoxdur, çünki məlumatlılıq səviyyən aşağıdır.
İqtisadi amil də rol oynayır. Valideyn görür ki, qız oxumur ərdən danışmağa başlayır. Məktəbdə stimullaşdırma,qız uşaqlarının təhsili məsələsi bunlar hamısı erkən nikaha təsir edən amillərdir.
Oxumayan qızı peşə təhsilinə yönləndirmə, oxutmaq, yaxşı iqtisadi imkanlara çıxışın olmasını izah etmə məsələsi yoxdur. Oxumursa, ərə gedəcək və həyat yoldaşı onu saxlayacaq”.
O, bu məsələdə mental dəyərlərin də rolunun olduğunu da qeyd edib:
“Ətrafın da öz təsiri var. Qız uşağı tez ərə gedəndə ətrafdakıların heyrətlənməsi, bəxtəvərlik yağdırması bunu alovlandırır. Qadınlar haqqında xoşagəlməz miflərin formalaşması, kişilərin daha azyaşlı qızla evlənməsi, təmizlik, bakirəlik məsələlərinin şişirdilməsi hamısı buna təsir göstərir.
Ətrafdakıların bu məsələlərə göz yumması da öz yerində...Lazımi qurumlar bəzən bu halların olduğunu sosial şəbəkələrdə görürlər. Əhali arasında işləmək, onların vəziyyətini, ehtiyaclarını qiymətləndirmək bunlar çox vacib amillərdir ki, erkən nikahın qarşısını ala bilər”.
Məlumat üçün bildirək ki, Azərbaycanda erkən nikahlar müxtəlif regionlarda fərqli tezliklə rast gəlinir. Erkən nikahların daha çox müşahidə olunduğu rayonlar bunlardır:
Şimal bölgəsində yerləşən Quba və Qusar, Gəncə şəhəri və ətraf kəndləri, Saatlı və Sabirabad, Lənkəran və ətraf kəndlərdə erkən nikahlar daha çox görülür.
Bu ərazilərdə erkən nikahların yayılmasının bir çox sosial, mədəni və iqtisadi səbəbləri var. Əksər hallarda, bu, ənənəvi ailə strukturlarının və gender bərabərsizliklərinin təsiri ilə bağlıdır. Dövlət və qeyri-hökumət təşkilatları tərəfindən erkən nikahların qarşısını almağa yönəlik bir çox tədbir həyata keçirilsə də, hələ də bəzi bölgələrdə bu problem mövcuddur.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Dekabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see728

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see210

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see160

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see145

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see145

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri