Icma.az
close
up
RU
Baba, istefa ərizəsini yazmağın vaxtı çatdı!

Baba, istefa ərizəsini yazmağın vaxtı çatdı!

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Turan Tovuz”da vəziyyət heç də yaxşı deyil.

Mövsüm başlamamış klubun idarə heyətinin sədri Ehtiram Quliyev hədəfin çempionluq olduğunu desə də, görünən odu ki, avrokuboklara vəsiqə qazanmaq belə çətin olacaq. “Qəbələ” ilə təxirə salının oyunu saymasaq, tovuzlular ardıcıl beş oyundu qələbəyə həsrətdi.
Maraqlıdı ki, bu seriya “bozqurd” Tovuza qayıdandan sonra başlayıb. Həmişə klubun qərarlarına hörmətlə yanaşan, Kurban Berdıyevə inanan tovuzlu azarkeşlər artıq Babanı istefaya çağırır. Bəli, Tovuz camaatı gec də olsa başa düşdü ki, bu yolu Berdıyevlə getmək olmaz. Ayxan Abbasov dönəmi ilə müqayisədə büdcədə ciddi artım oldu, transferlərə xeyli pul ayrıldı, daha keyfiyyətli futbolçular gətirildi, lakin nəticələr sabitdi – yoxdu. Əslində 5-ci yer pis nəticə deyil. Amma “İmişli”, “Qəbələ” üçün. “Turan Tovuz”un qabaqladığı komandalar da daha qeyri-sabit çıxış edir deyə, hələ ki 5-ci pillədə dayanmaq mümkündü.
“Turan Tovuz”un oyununa baxanda adamı yuxu tutur. Komandanın dirəyi müdafiə hesab olunurdu, son oyunlarda bu mövqedə qərarlaşanlar da ciddi səhvlərə yol verir. Elə “Sabah”la son matçda Millerin etdikləri fiasko idi. “Turan Tovuz” hazırda iki futbolçudan asılıdı - biri Serranodu, o biri də Olabe. Bu yarımmüdafiəçilərin oyunu alınanda nəsə olur. Onlar öz günündə deyilsə, vay tovuzluların halına...
Əsas heyət yetərincə güclüdü. Ən azı avrokuboklara düşmək olar. Amma Rəşad Sadıqov demişkən, oyunu 11 yox, 15-16 futbolçu ilə oynayırsan. Sözüm ondadı ki, ehtiyat qüvvə çox zəifdi. Hücum xəttində də problemlər görünür.
Bəli, Berdıyevin Tovuzdakı “kreslosu laxlayır”. Bunu özü də başa düşür, Ehtiram bəy də. Kim bilir, bəlkə də Quliyev başqa məşqçilərlə danışıqlara başlayıb. Axı Tovuz publikasına minimum avrokubokları vəsiqə sözü verib. Berdıyevin futbolu, fəlsəfəsi köhnəlib. Çox köhnəlib. Artıq nə “Rubin”lə səfərdə “Barselona”nı məğlub edə bilər, nə də Rusiyada sensasiyalı şəkildə çempionluq qazanar. Son oyunun ardından bu barədə sual verdim ki, azarkeşlər artıq sizi istefaya səsləyir. O isə cavabında “buna klub prezidenti qərar verir” dedi.
Qışda rotasiya üçün futbolçular cəlb edilməlidi. Meydançanın vəziyyəti də günü-gündən pisləşir. Tovuzlular nə özləri oynaya bilir, nə də rəqibləri. Amma “Sabah” bu vəziyyətdə 3 qol vura bildi. Deməli, mümkündü. Sadəcə, Berdıyev və komandası üçün çox çətindi.
Titul qazana bilməsəz də, “Turan Tovuz” üçün tarix yazdız. Komanda 4-cü pillədə qərarlaşdı. Kubokun finalında “Qarabağ” “Sabah”a məğlub olmasaydı, təsnifat mərhələsində də 1-2 tur görəcəkdiz. Amma olmadı. Qismət. İndi isə istefa zamanıdı, Baba. Qəbul edin ki, bundan sonra komandanı toparlamaq sizlə mümkün olmayacaq. Hər şey get-gedə pisləşir. Özünüz də dediyiniz kimi, azarkeşlərə acı verirsiz. Tovuz azarkeşləri bu acıya layiq deyil. Onlar baxımlı futbol və yaxşı nəticə istəyir. Siz isə hazırda bunu edə biləcək gücdə deyilsiz. Şir həmişə şirdi, amma qocalıb. Necə ki, “Turan Tovuz”dan əvvəl İranda alınmadı, bu dəfə də belə oldu. Təsbehinizi sol əldə çevirin, sağ əllə istefa ərizəsini yazın. “Turan Tovuz”u hədəfinə çatdıracaq mütəxəssis siz deyilsiz.
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Dekabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri