Icma.az
close
up
RU
Baba Rzayevin oğlu Mərdəkanda yeni ticarət obyekti tikir Sənəd

Baba Rzayevin oğlu Mərdəkanda yeni ticarət obyekti tikir Sənəd

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərenerji” ASC sədrinin oğlu Fuad Rzayev Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi,Mərdəkan prospekti, giriş 156 ünvanda yeni ticarət obyekti inşa edir... Poliqon xəbər verir ki, Fuad Rzayevə qeyri-yaşayış binasının tikintisi üçün icazə bu gün, 17.02.2025-ci ildə verilib. Ticarət obyektinin yerləşəcəyi bina yaşayış məntəqələri torpaqlarında inşa ediləcək. Torpağın ümumi sahəsi 1068.44 m2, tikinti sahəsi isə 419.05 m2 olacaq. Ticarət obyekti 2 mərtəbədən və zirzəmidən ibarət olacaq.

Məlumat üçün bildirək ki, “Azərenerji” ASC sədri Baba Rzayev ölkədə geniş biznes şəbəkəsinə sahib olan və bu statusunu qoruya bilən çox az məmurlardan biri hesab olunur. Baba Rzayevin oğlu və digər ailə üzvləri ölkədə geniş biznes fəaliyyəti ilə məşğuldurlar.

Yerli mətbuatın yazdığına görə “GBS” (“General Boards System”) QSC (VÖEN -1500855231) adlı şirkət Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev tərəfindən 2003-cü ildə təsis edilib. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur.

“GBS” QSC-nin yerləşdiyi hüquqi ünvanda – Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin ailə üzvlərinə məxsus şirkətlər yerləşir.

Belə şirkətlərdən biri də 1 mart 2016-cı il tarixində dövlət qeydiyyatına alınan “Zirə Aqropark” MMC-dir (VÖEN – 1503134451). Bu şirkətin qanuni təmsilçisi Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə olub.

Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda “Göknur Bakı Ltd” MMC-nin (VÖEN – 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.

“GBS” QSC-yə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə – “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN – 1501472741 ) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.

2018-ci ildə Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Electro Service” QSC (VÖEN – 1504224741) adlı daha bir şirkət qeydiyyata alınıb. Hazırda hüquqi ünvanı Nərimanov rayonu Heydər Əliyev pr., ev 187B-də yerləşən QSC-nin qanuni təmsilçisi Babayev Tural Əli oğludur.

Ölkənin aparıcı şirkətlərindən biri olan “Santral Elektrik LTD” MMC-nin (VÖEN – 1500023051) yerləşdiyi ünvan kimi də Ziya Bünyadov, ev 2071-ci məhəllə göstərilib. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qaynı Həsənov İlham Ağaməsim oğludur.

Son iki ildə aparılan araşdırmalar üzə çıxarıb ki, Baba Rzayevin ailəsi enerji ixracından külli miqdarda qazanıb. Bu biznesə “Azərenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyevin ailə üzvləri, həmçinin indiki prezidenti Balababa Rzayevin öz ailə üzvləri - kürəkəni və oğlu daxildir. Musavat.com saytı ötən ilin noyabr ayında yazıb ki, Gürcüstanda Azərbaycandan enerji ixracını inhisarda saxlayan E.Pirverdiyevin ailə üzvlərinin və Baba Razeyin oğlunun çoxsaylı ortaq biznesləri fəaliyyət göstərir. Məhz həmin şəxsin nəzarətində olan şirkətlər Azərbaycandan enerjini alaraq Türkiyəyə sataraq yüz milyonlarla dollar gəlir əldə edilibb.

Əvəzində B.Rzayevin oğlu Fuad Rzayevin Gürcüstandakı biznes fəaliyyətinə əlverişli şərtlər təmin olunub. O, qonşu ölkədə elektrik avadanlıqlarının idxalından tutmuş daşınmaz əmlak sahəsinə qədər çoxsaylı sahələrdə çalışan şirkətlərin yaradıcısı, yaxud payçısına çevrilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://pravda.az
archiveBu xəbər 17 Fevral 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see128

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see127

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see124

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see124

İtkin düşən azyaşlı tapıldı FOTO

12 Aprel 2025 23:13see124

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see124

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see123

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see121

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see118

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see117

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see116

İran AES lərin istifadəyə verilməsi prosesini sürətləndirəcək Vitse prezident

12 Aprel 2025 20:52see116

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see116

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see116

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see115

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see114

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see114

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see114

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri