Icma.az
close
up
RU
Azərbaycan, Türkiyə və Pakistan bir birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər tarixində xüsusi yer tuturlar

Azərbaycan, Türkiyə və Pakistan bir birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər tarixində xüsusi yer tuturlar

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

2025-ci ilin 28 mayında – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Laçında Zirvə görüşündə iştirakı tarixi hadisə idi. Bu görüş, üç strateji tərəfdaş ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirdi.Zirvə görüşünün məkan olaraq məhz Laçında – işğaldan azad edilmiş ərazidə keçirilməsi olduqca simvolik və məqsədli idi. Bu addım, Azərbaycanın ərazi bütövlüyünün de-fakto və de-yure şəkildə tanınmasının, beynəlxalq platformalarda yeni postmünaqişə statusunun qəbulunun bariz ifadəsidir. Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər tarixində xüsusi yer tuturlar. Bu əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib və müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Nəzərə alaq ki, 2020-ci ildən etibarən yeni mərhələyə qədəm qoyan bu üçtərəfli əməkdaşlıq, siyasi və hərbi koordinasiya ilə yanaşı, humanitar, təhsil və iqtisadi sahələrdə ortaq təşəbbüslərlə zənginləşib. Qardaş ölkələrin Azərbaycanın Müstəqillik günündəQarabağ və Şərqi Zəngəzurda birlik mesajlarının əhəmiyyəti də olduqca böyükdür. Ölkəmizin başçısının Laçına bu dəfəki səfərində də bir qrup laçınlıya yeni evlərinin açarları təqdim edildi. 28 May Müstəqillik tariximizin ən qürurverici hadisələrindən biri kimi bu hadisələrin də böyük anlamı var. Azərbaycanın işğaldan azad edilən üçüncü, ümumilikdə isə 9-cu aeroportunun, Laçın beynəlxalq aeroportunun qardaş Türkiyə Prezidentinin iştirakı ilə açılışının edilməsi olduqca önəmli idi. Bu üçtərəfli format, tədricən türk-İslam dünyasında yeni bir inteqrasiya modelinin konturlarını yaradır. Bu model Qərb və Şərq blokları arasında alternativ güc mərkəzi kimi irəli çıxır. Zirvə görüşü eyni zamanda Ermənistan və onun regional havadarları üçün də ciddi mesaj xarakteri daşıyır.

Prezident İlham Əliyev Laçın şəhərində 28 May Müstəqillik Gününə həsr olunmuş bayram tədbirində çıxışı zamanı vurğulayıb: “Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.

Azərbaycanın müharibədən sonrakı mərhələdə təşəbbüsü əlinə alması, öz ərazi bütövlüyünü faktiki olaraq tam bərpa etməsi və bu zəmin üzərində regional əməkdaşlıq platforması yaratması sülhə gəlməyin alternativsizliyini Ermənistana açıq şəkildə bildirir. Bununla yanaşı, görüş, Cənubi Qafqazda artıq 3+3 formatına alternativ kimi çıxış edə biləcək daha konkret və effektiv üçtərəfli ittifaqın mümkünlüyünü də nümayiş etdirir.

Artıq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq bərpa işləri icra edilir. Beləliklə keçmiş qaçqın və məcburi köçkünlərin ardıcıllıqla öz ata-baba ocaqlarına geri dönüşü təmin olunur. Bunun nəticəsi olaraq Şərqi Zəngəzur və Qarabağ bölgələrində 43 min insan yaşayır və çalışır. Azərbaycan üçün ən yaxın dost və tərəfdaş ölkələr bu uğurlara sevinir. Türkiyə və Pakistan Liderlərinin Laçında olması burada görülən işlərlə tanışlığı, hava limanının açılışının edilməsi, yaradılan ən müasir infrastruktur böyük qürur hissi ilə qeyd olunur. Nəticə etibarilə Laçın Zirvə görüşü, Azərbaycanın diplomatik manevr qabiliyyətinin, regional təşəbbüskarlığının və strateji müttəfiqlik imkanlarının real nəticəsidir. Bu görüş təkcə bir siyasi tədbir deyil, həm də yeni dövrün, yeni siyasi düzənin bələdçisi kimi tarixə düşəcək.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyun 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri