Icma.az
close
up
RU
Baba Vəziroğludan“Ağadadaş Ağayev həbsdə deyil, eyni maddə ilə ittiham olunan Rüfət Səfərov niyə həbsdədir?” deyənlərə CAVAB

Baba Vəziroğludan“Ağadadaş Ağayev həbsdə deyil, eyni maddə ilə ittiham olunan Rüfət Səfərov niyə həbsdədir?” deyənlərə CAVAB

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Heç kəsin həbs olunmasını istəmərəm. Amma inanmıram, müxalifət nümayəndələrindən kimsə hüquq müdafiəçisi Rüfət Səfərovla Xalq artisti Ağadadaş Ağayevin Cinayət Məcəlləsinin eyni - 221-ci maddəsinə görə təqsirli bilinməsini paralel gətirib desin ki, “Ağadadaş Ağayev həbsdə deyil, niyə Rüfət Səfərov həbsdədir?” Bunu deyən müxalifət nümayəndəsi ola bilməz, çünki Ağadadaş təkcə iqtidarın deyil, həm də müxalifətin Xalq artistidir. Rüfət Səfərova Cinayət Məcəlləsinin digər maddələri üzrə də ittihamlar irəli sürülüb. Hüquq-mühafizə orqanları özləri qərar verirlər ki, niyə həbs və ya ev dustaqlığı qətimkan tədbirləri seçilir. Cinayət əməlinin ağır və ya yüngül olmasına görə maddələr müəyyənləşdirilib. Əməli törədən şəxsin ölkədən çıxa bilmə imkanları da nəzərə alınır. Bunları bəzi hüquqşünaslardan da yaxşı bilirəm. Yəqin, məhkəmə belə qərara gəlib ki, Ağadadaş müəllim ictimai təhlükə törətmədiyi, məhkəməyə vaxtında gəlib-getdiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilməsin. Ağadadaş hara gedəcək? İlk gündən istintaqa cəlb olunub, ifadəsini verib, vəkili də yanındadır. Videolarda da gördüm ki, məhkəməyə nizamlı-intizamlı şəkildə gedir, artıq söz demir, məhkəmənin ədalətli yanaşacağına inanır. Bunu deyən adam barədə niyə həbs qətimkan tədbiri seçilməlidir ki? Ağadadaş Ağayev hələ cinayətkar deyil, sadəcə, şübhəli şəxs qismindədir”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib. 

“Ağadadaş özünü sülhpərvər aparır. Deyir ki, barışıq ola bilər, təmizlikçi qadını da işə götürməyə hazıram, məhkəmə nə qərar çıxarsa, canla-başla tabe olaram. Vətəndaş özünü bundan artıq necə sülhpərvər apara bilər? Bütün bu prinsiplər nəzərə alınaraq, sadəcə, ölkədən çıxışına qadağa qoyulub. O, xalqın sevimli sənətkarıdır. Uzun illərdir, tanıdığım, çox vəfalı, dostcanlı, millətcanlı, vətənpərvər insandır. Məhkəmə hakimi olmasın, mən olum, onun haqqında hansı əsasla həbs qətimkan tədbiri seçim? Qaranlıq keçmişi olmayan bir adamdır. Cəmiyyətdə nümunəvi insan sayılır. Hadisədən kim sığortalanıb? Hərdən mənim də qarşıma nadan, tərbiyəsiz sürücü çıxır. Az qala sürtə-sürtə keçir ki, bir maşın qabağa düşsün. Onda həmin hala düşürəm, istəyirəm ki, maşından düşüb onu öldürüm. Bu, hər bir insanda olur. Heyvan, yırtıcı kimi hərəkət edirlər, onda səndə adekvat reaksiya yaranır. Bir az səbir etsən, hər şey keçib gedir. Arzu edirəm ki, bu məsələ də sülh, barışıqla, ədalətlə sonlansın, xoşagəlməz hadisə baş verməsin”, - B.Vəziroğlu bildirib. 

Xatırlatma: Hüquq müdafiəçisi Rüfət Səfərov həm də Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xalq artisti Ağadadaş Ağayev isə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir, hazırda azadlıqdadır. 

Aytəkin Qardaşova 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Dekabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see175

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see139

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see136

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see136

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see133

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see130

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see123

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see116

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri