Icma.az
close
up
RU
Son mənzilə yola düşmək niyə BAHALIDIR...

Son mənzilə yola düşmək niyə BAHALIDIR...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda vəfat edən şəxsin dəfni ilə bağlı xərclər ailələr üçün ciddi maliyyə yükünə çevrilib. Rəsmi olaraq qəbir yerləri pulsuz təqdim edilsə də, praktikada belə deyil. 

Belə ki, 2018-ci ildə qəbul edilən "Qəbiristanlıqların salınması və idarə olunması qaydaları"na əsasən, Azərbaycanda qəbir yerləri pulsuz verilməlidir. Bununla yanaşı, dəfn prosesi ilə bağlı digər xidmətlər üçün müəyyən rüsumlar tətbiq olunur . Lakin, bəzi hallarda vətəndaşlardan əlavə ödənişlər tələb olunur və bu ödənişlər rəsmi qiymət siyahısında göstərilmir.

Xüsusilə Bakının mərkəzi qəbiristanlıqlarında qəbir yerlərinin qiymətləri minlərlə manata qədər dəyişir. Qiymətlər qəbiristanlığın yerləşdiyi əraziyə və qəbir yerinin xüsusiyyətlərinə görə dəyişir .

Bundan əlavə, dəfn mərasimləri ilə bağlı digər xərclər də ailələr üçün əlavə maliyyə yükü yaradır. Məsələn, yas çadırlarının kirayəsi, yemək təşkilatı, mollaların xidmətləri və digər mərasim xərcləri ümumilikdə 5,000 AZN-dən 10,000 AZN-ə qədər ola bilər.

Türkiyədə isə dəfn prosesi əsasən bələdiyyələr tərəfindən həyata keçirilir. 5393 saylı Bələdiyyə Qanunu və 1593 saylı Ümumi Hıfzıssıhha Qanunu bələdiyyələrə dəfn xidmətlərini təşkil etmək, qəbiristanlıqları idarə etmək və digər əlaqəli xidmətləri təmin etmək məsuliyyətini verir.

Bələdiyyələr tərəfindən təqdim olunan xidmətlərə qəbir yeri, cənazənin yuyulması, kəfənlənməsi və nəqli daxildir və bu xidmətlər adətən pulsuz təqdim olunur. Lakin, ailələr xüsusi qəbir yerləri və ya əlavə xidmətlər istədikdə əlavə ödənişlər tələb oluna bilər.

"Azərbaycanda da bələdiyyələr bu cür xidmətləri həyata keçirməlidir"

Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, dünyanın bir çox ölkəsində bu işlə bələdiyyələr məşğul olurlar:

"Bahalı yerlər var, orada kimlərsə yer götürmək istəyirsə, pul ödəyir. Amma əsasən bələdiyyələr bu işlə məşğul olurlar. Bizdə də təəssüf ki, bələdiyyənin hüququ yoxdur. Ona görə də bu məsələlərdə bir şey söyləmək çətindir. Bələdiyyənin pulu olmalıdır ki, belə bir imkan yaratsın, bu sahəni düzəltsin, buna vətəndaşların sosial xidməti kimi baxsın".

"Bələdiyyə özü-özünə xidmət edə bilmir"

"Hər hansı vəsaiti də yoxdur, necə edə biləcək? Ona görə də bu məsələ məncə biraz daha fərqli kontekstdə anlaşıla bilər. Belə bir imkan yoxdur. Ona görə də, dəllalar belə bir qiymətə torpaq satırlar. Hamının da bu məsələdən xəbəri var. Amma gərək alternativ qurum olsun ki, müəyyən vəziyyəti düzəltsin, bunun ardınca belə bir məsələ həllini tapa bilsin. Amma hələ ki, elə bir alternativ yoxdur", - Fazil Mustafa vurğulayıb.

"Türkiyədə olduğu kimi Azərbaycanda da..."

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev söyləyib ki, bu məsələ qanunla tənzimlənir:

"Bir çox insanlar var ki bələdiyyələrə müraciət etmirlər, ancaq sosial vəziyyəti yaxşı olmayan insanlar bələdiyyələrə müraciət etdikdə, onlar bu işi üzərlərinə götürürlər. Ən azından qəbiristanlıqda dəfn üçün yer ayrılır. Orada müəyyən işlərin görülməsinə bələdiyyə yardımçı olur. Amma mərasimlərin keçirilməsi bilavasitə bələdiyyələrin səlahiyyətinə aiddir".

Komitə sədri qeyd edib ki, bir çox insanlar imkanlarından asılı olaraq, əksər hallarda bələdiyyələrə müraciət etmirlər, özləri bütün dəfn işlərini özləri təşkil edirlər:

"Bələdiyyələr bu işlərə yardımçı olmur. İstər Bakıda, istərsə də, rayonlarda imkansız insanların dəfn mərasiminə dəfələrlə, bələdiyyələr yardımçı olublar. Buna mən şahid olmuşam. Bu bir borcdur, həm də müvafiq qanunlar bunu tələb edir. Amma təbii ki, dəfn mərasimini yaxşı təşkil etmək, onu bəzilərinin istəyinə uyğun keçirmək hər bir insanın mənəvi borcudur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyun 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri