Hündürlükdə “gizlənən” nişan sürücünün cərimələnməsinə səbəb olub Protokoldan ŞİKAYƏTÇİDİR FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Paytaxtın Rəşid Behbudovla Ruhulla Axundov küçələrinin kəsişməsində səhv yerdə quraşdırılmış yol nişanı sürücünün cərimələnməsinə səbəb olub.
Ona göndərilən cərimə protokoluyla razılaşmayan sürücü bu barədə Avtosfer.az-ın “İnstagram” ünvanına müraciət edib. Şikayətçinin sözlərinə görə, sözügedən ərazidəki dayanma-durmanı qadağan edən nişan görünməz vəziyyətdədir. Kadrdan da göründüyü kimi, nişan standartlara uyğun olaraq yol kənarına deyil, bir neçə metr hündürlükdə olan yaşıllığa basdırılıb. Sürücü eyni zamanda nişanın ağacın yarpaqlarıyla örtüldüyü üçün görə bilmədiyini qeyd edib. Nəticədə nişanı görə bilmədiyini iddia edən sürücü “Hyundai” markalı maşınını ərazidə park edib və dayanma-durmanı qadağan edən yerdə dayandığı üçün cərimələnib. İzləyici haqsız yerə ona göndərilən cəriməylə bağlı şikayətini aidiyyəti qurumlara bildirdiyini vurğulayıb.
Nərmin
Baxış sayı:124
Bu xəbər 03 İyun 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















