Babək prospektində avtomobil salonunda yanğın olub VİDEO
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
APA xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1200kv.m. olan üçmərtəbəli avtomobil salonu kimi fəaliyyət göstərən obyektdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin ofis otağında baş vermiş yanğın genişlənməsinə, o cümlədən avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 15kv.m. olan otağın yanar konstruksiyaları yanıb, salonda yerləşən “BMW” markalı minik avtomobilinin arxa bamperi və işığı deformasiya edib.
Obyektin böyük hissəsi və içərisində park edilmiş avtomobillər yanğından mühafizə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 11 Avqust 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















