Babək prospektində hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət VİDEO
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakının əsas yollarından biri olan Babək prospektində körpünün üzlüyünün bir hissəsi qoparaq tökülüb.
Moderator.az xəbər verir ki, bu barədə Oxu.az-ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş tərəfindən şikayət daxil olub.
Müraciətdə qeyd olunub ki, hadisə Babək prospektinin Günəşli qəsəbəsi istiqamətində gedən köməkçi yolunda baş verib.
Vətəndaşın sözlərinə görə, bu ərazidə üzlüyün qopması ilk dəfə deyil. Bildirilir ki, daha əvvəl də körpünün eyni hissəsində oxşar hal yaşanıb:
"Burada üzlük bir dəfə də bu şəkildə tökülmüşdü. Buna diqqət edilməlidir".
Vətəndaşlar aidiyyəti qurumların əraziyə baxış keçirməsini, körpünün texniki vəziyyətinin yoxlanılmasını və qopan hissələrin bərpa edilməsini xahiş edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 01 Oktyabr 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















