Icma.az
close
up
RU
“Babək” serialı ilə bağlı şok qalmaqal: film niyə çəkilmədi? Sərt etirazlar

“Babək” serialı ilə bağlı şok qalmaqal: film niyə çəkilmədi? Sərt etirazlar

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ərəb iş adamlarının narazılığına görə Azərbaycan qəhrəmanı haqda çəkilişlər ləğv edilib - ziyalılardan fərqli reaksiyalar

Xalq Qəhrəmanı Babəkin həyatı ilə bağlı Türkiyədə çəkilməsi planlaşdırılan serial təxirə salınıb. “Bozdağ Yapım”ın lentə alacağı serial ərəb iş adamlarının sərt etirazına görə ləğv edilib.

“Tabii” platformasında yayımlanması planlaşdırılan ekran işində baş rolu İlan Şən canlandıracaqdı. Xürrəmilər hərəkatının rəhbəri Babək, Ərəb Xilafətinə qarşı Cənubi Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə idi.

Din xadimləri, siyasətçilər, hətta sadə vətəndaşlar Babəkin şəxsiyyəti, onun qəhrəmanlığı, inancı ilə bağlı həmişə fərqli fikir yürüdürlər. Məsələn, bir müddət əvvəl deputat Fazil Mustafa qeyd etmişdi ki, Babəkin bugünkü Azərbaycan türkləri ilə heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, Babək Sovet sisteminin sırıdığı qəhrəmanlardan biridir: “Bunun da səbəbi Şeyx Şamil ideyasını məhv etmək olub. Yəni ruslara qarşı döyüşmək ideyasının yerinə, ərəblərə qarşı savaşmaq ideyası yaymaq əsas məqsəd idi”.

Tarixçi Kərəm Məmmədov da tarixi mənbələrə istinadən qeyd etmişdi ki, Babək İslama deyil, türkləri əksik tutan ərəb millətiçiliyinə qarşı çıxıb. Onun sözlərinə görə, Babək Bəzz qalasında namaz qılıb Quran oxuyan xürrəmilərin rəhbəri olub.

Sabir Rüstəmxanlı 

Ölkə.Az xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirib ki, Azərbaycan dövlətinin hələ də vahid bir ideologiyası, tariximizə və keçmişimizə münasibətdə ortaq konsepsiyası formalaşmayıb. “Bu olmadığı üçün ayrı-ayrı adamlar ”at oynadır" və bizim mənəvi dəyərlərimizə kölgə salmağa çalışırlar", - deyə partiya sədri vurğulayıb.

S.Rüstəmxanlı bildirib ki, Azərbaycanın 1500 illik dövlətçilik tarixində, xüsusilə ərəblərin gəlişi və İslam dininin yayılması dövründən bu yana elə bir milli ruh daşıyıcısı yoxdur ki, onun üzərinə ləkə atılmasın - istər şair, istər yazıçı, istərsə də qəhrəman: “Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur. Amma bir gün şiə İran ideologiyasının, başqa bir gün ərəb vəhabiliyinin, daha sonra isə hər hansı başqa təriqətin təsiri altında olan adamlar çıxıb bu günün siyasi və dini kontekstindən çıxış edərək Azərbaycanın tarixi dəyərlərinə qiymət verməyə çalışırlar”.

S.Rüstəmxanlı qeyd edib ki, Babək tamamilə fərqli bir dövrdə yaşayıb və ona bu günün gözü ilə baxmaq olar, amma bugünkü ölçü vahidləri ilə qiymət vermək olmaz: “Şah İsmayıl Xətai də eləcə tamamilə fərqli bir mənəvi motivasiya ilə yaşayan, öz dövrünün ruhunu daşıyan şəxsiyyət idi. Ona da indiki Türkiyə-Azərbaycan münasibətləri prizmasından yanaşmaq yanlış olar. Tarixin öz qanunauyğunluqları və dövrün tələbləri var. Bu gün bu məsələləri siyasiləşdirmək, suyu bulandırmaq heç kimə sərf etmir. Babək mövzusunda televiziyalarda, mətbuatda çox mübahisələrimiz olub. Fazil Mustafa ilə də bir verilişdə mübahisə etmişik. Mən onun fikrini, o da mənim fikrimi bilir. Yəni yanaşmalarımız fərqlidir. Ərəb dünyası ilə dostluğumuzu nəzərə alıb, bu gün Türkiyədə ərəb təsirinin artdığı bir zamanda sırf bu kontekstdən yanaşmaq olmaz. Babək Azərbaycan qəhrəmanıdır. İndi bəziləri deyir ki, guya o türk deyildi və sairə. Hərə bir cür danışır. Amma reallıq budur ki, Babək Azərbaycanın torpağında doğulmuşdu. Onun etnik kimliyi nə olursa-olsun, azərbaycanlı idi. Bu gün biz də azərbaycanlı dedikdə kimin hansı etnik kökəndən gəldiyinə yox, onun bu torpağın övladı olmasına baxırıq. Babək də belə idi - Azərbaycanda doğulmuş, bu xalqın maraqları uğrunda mübarizə aparmışdı”.

S.Rüstəmxanlı bir daha vurğulayıb ki, Babək İslama qarşı deyil, işğalçı ərəblərə qarşı savaşıb: “Ola bilər ki, içində dinə qarşı müəyyən narazılıq olub. Amma İslam 7-ci əsrdə Azərbaycana gəlmişdi, Babək isə 8-9-cu əsrlərdə savaşırdı. Yəni aradan iki əsr keçmişdi. Bu qədər vaxtdan sonra onun guya İslama qarşı çıxması haqqında danışmaq doğru deyil. Babək, əslində, o dövrdə Azərbaycana gəlmiş ərəblərin xalqımıza qarşı apardığı zülmə, torpaqlarımızı zəbt etməsinə, xalqa ağır vergi yükü qoymasına qarşı vuruşurdu. Onlar ”mən ərəbəm", “peyğəmbər nəslindənəm”, “şəcərəmi ona bağlayıram” deyə-deyə xalqı talayır, işğal edirdilər. Müsəlman olmaq o demək deyil ki, millətləri ayaqlayıb keçəsən. İnsan dinini dəyişə bilər, amma milli ruhunu dəyişmək mümkün deyil. Babək bu torpağın övladı idi və xalqın istəklərinin təcəssümü kimi 25 il mübarizə apardı. Sonda isə ona xəyanət edildi. Babək Allaha və İslama deyil, işğalçılara qarşı çıxmışdı. Tarix boyu hər millət işğala qarşı mübarizə aparıb - bu, təbii haldır.

Xatırlayıram, mən “Cavad xan” filmini çəkəndə də bu məntiqlə qarşı çıxırdılar. Deyirdilər ki, filmdə ruslara qarşı sərt olmaq olmaz, çox rus ölməməlidir, biz qoyun kimi ölməliyik, amma onlar sağ qalmalıdır. Bu cür düşünənlər var idi. İndi də ərəb dostluğumuzu əsas gətirib deyirlər ki, tariximizi danışmaq olmaz. Onda elə çıxır ki, gəlib tariximizi də ərəblər yazsın.

Beləliklə, Babək haqqında film çəkilsin, ya çəkilməsin  - bu, başqa məsələdir. Amma Babəkin adına kölgə salmaq, onun haqqında mənfi fikirlər yaymaq Azərbaycanın tarixinə dil uzatmaqdır, tarixi saxtalaşdırmaqdır.

Ceyhun Məmmədov

Deputat, ilahiyyatçı Ceyhun Məmmədov isə təəssüf hissi ilə qeyd edib ki, Azərbaycan tarixində kifayət qədər araşdırılmamış, barəsində zaman-zaman müxtəlif və əsassız fikirlər səsləndirilən şəxslərdən biri də Babəkdir: “Əvvəla, onu qeyd etmək lazımdır ki, Xürrəmilər hərəkatı o dövrdə, yəni Abbasilər xilafəti dövründə bu hakimiyyət üçün sözün əsl mənasında başağrısına çevrilmişdi. Xilafət çox ciddi dilemmanın qarşısında qalmış, Babək isə onların hakimiyyətini ciddi şəkildə sarsıtmışdı. Bu hərəkat xilafət üçün ciddi təhlükəyə çevrilmişdi.

Mənbələrdə Babək barədə müxtəlif fikirlər yer alır. Bəzi ərəb mənbələri onu İslamın düşməni kimi təqdim edir, bəzi tarixçilər isə Babəki ərəb millətçiliyinə qarşı çıxan bir şəxsiyyət kimi dəyərləndirir. Ümumiyyətlə, ərəb ölkələrində Babəkə münasibət birmənalı deyil və müsbət yanaşma müşahidə olunmur. Sovet dövründə isə Babək bizə bir qəhrəman kimi təqdim olunurdu. Bu yanaşma “Babək” filmində də öz əksini tapıb. Lakin düşünürəm ki, Babəkin bir tarixi şəxsiyyət kimi yenidən tədqiq olunmasına, onun müasir tədqiqatların mövzusuna çevrilməsinə ciddi ehtiyac var.

Babək, istər müsbət, istərsə də mənfi mənada bu xalqın bir nümayəndəsidir. Əsas məsələ budur ki, o, əslində nəyə qarşı mübarizə aparırdı, onun amal və məqsədi nə idi? Biz bu sualları yalnız ciddi elmi araşdırmalarla cavablandırmalıyıq.

Hər kəsə məlumdur ki, sovet rejimi İslama qarşı ideoloji mübarizə aparırdı və buna görə də Babəki anti-İslam obrazında təqdim etməyə çalışırdı. Ərəblər isə onu xilafət üçün təhlükə yaratdığı üçün İslam düşməni kimi qələmə verirdilər. Bu da təbii olaraq Babəkə qarşı münasibətin ərəb ölkələrində birmənalı olmamasına gətirib çıxarıb. Türkiyədə filmin çəkilişinin dayandırılması da məhz bununla əlaqədardır. Ərəb ölkələrində Babəkə münasibətin mənfi olması bu cür gərgin reaksiyaların yaranmasının əsas səbəblərindən biridir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 İyul 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri