Baboşların, vəlizarların qurbanına çevrilən gənclərimiz...
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məşhurluq məsuliyyətin önünə keçəndə milli dəyərlərin aşınması prosesi başlanır. Bu gün dünyada sosial medianın milli-mənəvi dəyərlərə zərərləri ilə bağlı araşdırmalarda əsas meyar məhz məşhurluqla məsuliyyət arasındakı balans götürülür, çünki hər şeyin əndazəsi, sərhədi olmalıdır. Əks təqdirdə, indi sadəcə sosial mediadan başlanan bu aşınma təhlükəsi zamanla normallaşacaq, gündəlik həyatımızın bir hissəsinə çevriləcək.
Sosial şəbəkələrdə, xüsusilə "Tik-tok" platformasında baş verənlər Azərbaycanın önünə ciddi çağırışlar çıxarır.
Baboşların, vəlizarların meydanı...
Son illər "Tik-tok" və digər sosial media platformalarının məşhurlaşması fonunda fenomenlər də meydana çıxdı. Əslində belə bir imkan yeni üstünlüklər yaradır, isanlarla birbaşa təmasın qurulması, xüsusilə gənclərin maariflənməsi baxımından.
Dünya təcrübəsinə baxdıqda da fenomenə çevrilən sosial şəbəkə məşhurlarının istifadəçilər üçün daha çox maraqlı və faydalı kontent hazırladığını görürük. Misal üçün, Mark Rober gənclərin elmə marağını yaradan məşhurlardandır. Cleo Abram süni intellekt və elmi yeniliklərdən bəhs edir, Conni Harris, Nas Daily kimi fenomenlər tarixə, geosiyasətə, dünyadakı maraqlı yerlərə diqqət çəkir, öyrədirlər.
Bizim bölgəyə diqqət edəndə isə türkiyəli fenomen Ruhi Çenet kimi insanları nümunə göstərmək olar.
Bəs, Azərbaycanda fenomenlər kimlərdir? Ürək ağrısı ilə deyə bilərik ki, baboşlar, vəlizarlar və onlara bənzəyən neçə-neçə məxluqlar. Onlar hər-hansı kontent yaratmır, nəsə başqa bir şey edirlər, hansı ki, dünya təcrübəsində belə bir şey yoxdur. Dünyada əyləncə üzərində kontent yaradan fenomenlər var, amma bunun içində belə yeni nələrsə öyrədən, məlumatlandıran məqamlar var. Bu gün baboşlar, vəlizarlar nəinki öyrətmirlər, əksinə, xalqın milli-mənəvi dəyərlərini məhv etməklə məşğuldur.
Ən dəhşətlisi odur ki, indi baboşların, vəlizarların canlı yayımına minlərlə, on minlərlə izləyici qoşulur, onları məşhurlaşdırır və varlandırır. Onlar isə yalnız əxlaqsızlığı və bəsitliyi təbliğ edirlər. Ancaq təhlükə bununla da bitmir.
Birincisi, çoxsaylı izləyicinin olması bu kimi şəxslərdə müştəbehlik yaradır və onlar "doğru yolda" olduqlarını düşünürlər, yaxud sosial platformalarda ictimai dəstəklə daha da irəli gedirlər, bununla hər keçən gün əxlaqsızlığın, bəsitliyin dozasını artırırlar.
İkincisi, onlar ciddi təhlükəli etalona çevrilirlər. İnsanlar məşhurlaşmaq və varlanmaq üçün asan olan baboşların, vəlizarların yolunu seçməyə maraq göstərirlər. Bu, xüsusilə gənc nəsil üzərində ciddi risklər yaradır. Gənclərimiz Baboş, yaxud Vəlizar olmaqla məşhurlaşmağın rahat olduğu presedenti ilə qarşılaşır və bu yola meyllənirlər.
Nəticədə təkcə mənəvi-əxlaqi dəyərlərimiz aşınmır, həm də gələcəyimiz təhlükə altına düşür.
Bu mənzərə fonunda sual yarana bilər ki, baboşları, vəlizarları cəmiyyətimiz, yəni sosial şəbəkə istifadəçiləri məşhurlaşdırır, onlar neyləsin?
Məsələ bu qədər bəsit deyil. Həm sosial psixologiya, həm sosial media reallığında iki həqiqətə nəzər salaq:
Birincisi, istifadəçilər əyləncəyə daha meylli olur, buna görə psixoloji olaraq belə şəxslərin hesablarına yönəlirlər. Lakin bu, əxlaqsızlığa və bəsitliyə haqq qazandıra bilməz. Dünyada əyləncəli kontent yaradan fenomenlərin müəyyən sərhədləri gözlədiyi təcrübəsi var, bunu etməyənlərə qarşı birbaşa dövlət nəzarətinin olması nümunələri də mövcuddur.
İkincisi, istifadəçilər mövcud olan kontentə yönəlir, yəni önündəki "menyu"dan seçim edirlər. Bəzən bu yanlış ola bilər, lakin seçim imkanı çox olmadıqda Baboş, Vəlizar kimlər etalona çevrilir.
Yəni baboşların, vəlizarların məşhurlaşmasında cəmiyyətdən daha çox, mövcud vəziyyət rol oynayır.
Artıq bu vəziyyəti dəyişməyin zamanıdır, əks təqdirdə, əxlaqsızlıq, bayağılıq baş alıb gedəcək və təkcə bu günümüz yox, gələcəyimiz də təhlükə altına düşəcək.
Bəs bunu necə etmək olar?
Bunun üçün sosial media platformalarında daha keyfiyyətli kontentin yaradılması ilk addımlardan biri olmalıdır. Sadə dillə desək, meydanı baboşlara, vəlizarlara buraxmaq olmaz. Amma ən təsirli addım məsələyə dövlətin müdaxiləsidir. Bununla bağlı beynəlxalq təcrübələr kifayət qədərdir.
Misal üçün, üç il öncə İndoneziyada məşhur "Tik-tok" fenomeni Lina Lutfiavati canlı yayımda donuz əti yediyi üçün iki il müddətində həbs edildi, cərimələndi və fəaliyyəti məhdudlaşdırıldı. Çünki bu, müsəlman ölkəsi olan İndoneziyada dini dəyərlərinə zidd idi. Lina Lutfiavati bunu əylənmək və daha çox baxış əldə etmək üçün etmişdi, yəni məşhurluğu məsuliyyətdən üstün tutmuşdu və cəzasını da aldı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 19 Oktyabr 2026 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















