Bacı qardaş münasibəti ailə stressini azaldır
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Bacı-qardaş münasibəti yaxşı olan uşaqlar ailə münaqişələrinin təsirindən daha az zərər görürlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Child Development” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Aparılan uzunmüddətli tədqiqatda 236 ailə izlənilib. Ailələrdə həm valideynlər arasındakı münasibətlər, həm də bacı-qardaş əlaqələri paralel şəkildə qiymətləndirilib.
Tədqiqatçılar bildiriblər ki, bacı-qardaşlarla sağlam münasibət ailə daxilindəki stressin uşaqlara təsirini zəiflədir.
Araşdırmada valideynlər arasındakı münaqişə aparılan müşahidələrlə ölçülüb. Bacı-qardaş münasibətlərinin keyfiyyəti valideynlərin müsahibə cavabları əsasında dəyərləndirilib. Yeniyetmələr isə ailə münaqişələrinə reaksiyalarını və psixoloji vəziyyətlərini müxtəlif anketlər vasitəsilə ifadə ediblər.
Nəticələrə görə, valideyn münaqişəsini müşahidə edən yeniyetmələrdə bir il sonra narahatlıq reaksiyaları artır. Bu reaksiyalar sonrakı mərhələdə depressiya, aqressiya, hiperaktivlik və digər psixoloji problemlərin yaranmasına zəmin yaradır.
Lakin bacı-qardaşları ilə yaxşı münasibətdə olan yeniyetmələrdə bu zəncir qırılır və onlar valideynlər arasındakı münaqişənin yaratdığı stressə daha davamlı olurlar. Bu qoruyucu təsirin həm oğlanlar, həm qızlar, həm də müxtəlif yaş qruplarında oxşar nəticə göstərdiyi müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:Ailədə bacı və qardaş qısqanclığı
18 Noyabr 2024 02:35
Bacı qardaş idmançılar “Qalatasaray”da
28 Aprel 2025 17:23
Şirvanda bacı və qardaş bıçaqlanıb
06 Oktyabr 2025 00:22
Serialda bacı qardaş idilər Evlənirlər
21 May 2026 18:30
10 aprel Beynəlxalq Bacı Qardaş Günüdür
10 Aprel 2025 09:42
Baxış sayı:126
Bu xəbər 26 May 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















