Icma.az
close
up
RU
Ailədə bacı və qardaş qısqanclığı

Ailədə bacı və qardaş qısqanclığı

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavab reaksiyasıdır.

Uşaqların həyatında öz kiçik qardaş və ya bacılarını qısqanma, onlara qarşı kobud davrama qısqanclığın ən bariz nümunəsidir. Qısqanc uşaq, daha çox diqqət görən kiçik uşaqla əlaqələrində özünü narahat hiss edir və bu kiçik uşağın sevgisi qarşısında öz statusunu itirəcəyindən qorxur.

Bu qısqanclıq növündə, uşaq ümumiyyətlə təcavüzkar şəkildə davranır. Özündən kiçik bacı və ya qardaşına vurma, dişləmə, oyuncaqlarını gizlətmə və ya sındırma sıx rast gəlinən davranışlardır. Bu növ qısqanclığın nəticəsi olaraq böyük uşaqda görülə biləcək iməkləmə, körpə kimi danışma, əmziklə bəslənməyə qayıtma, altını islatma, dırnaq yemə, barmaq əmmə və s. kimi körpələşmə və geriləmə əlamətləri yaranır.

Bu səbəblə ana və atanın körpə dünyaya gəlmədən, uşaqlarını bu mövzuda hazırlamaları, doğum sonrası körpəni (bəslənmə, təmizlik, geyim kimi) idarəli bir şəkildə böyük uşağa tapşırmaları ən uyğun həll yoludur. Bununla birlikdə yeni körpənin hamiləlik zamanında uşağa yeni bir qız ya da oğlan olacağını və onunla oynaya biləcəyini söyləmək hər vaxt qısqanclığı aradan qaldırmaz, lakin qısqanclıq duyğusunu artıra bilər. Nəzərə almaq lazımdır ki, kiçik bir uşaq, bu hadisənin həyatına gətirəcəyi dəyişiklikləri qəbul edəcək qədər yetkinləşmiş və təcrübəli deyildir.

Qardaş-bacı qısqanclığını necə aydınlaşdırmaq olar?

Əvvəlcə bu duyğunun haqlı və normal bir duyğu olduğunu qəbul etməlisiniz. Siz ondan ən qiymətli oyuncaqlarını, ən sevdiyi ailə fərdlərini, otağını paylaşmasını gözləyirsiniz. Qarşılığında daha yorğun bir ana, daha az əlaqədar bir ata təqdim edirsiniz. Eyni şərtlər sizə də təqdim olunsa idi, siz də bu dəyişiklikdən narahat olardınız. Üstəlik uşaqlarımız duyğularını bizim qədər müvəffəqiyyətli bir şəkildə tanımır və ifadə edə bilmirlər. Onların nə hiss etdiklərini təyin edin və haqq verdiyinizi göstərin. Onunla daha çox ünsiyyət qurun və ünsiyyətinizdə daha çox bu kimi sözlərdən istifadə edin:

“Bilirəm, şirinim, səninlə daha az oyun oynayıram və bu sənə pis təsir edir”.
“Balaca qardaşın (bacın) nə qədər çox ağlayır deyilmi, istədiyin kimi səninlə oyun da oynamır. Amma bir az səbirli olsan qardaşının (bacının) böyüdüyünü görəcəksən və o səninlə çoxlu oyunlar oynayacaqlar".

Bəzən böyük uşaq körpə çox ağlayanda sizin ona əsəbləşdiyinizin, hirsləndiyinizin şahidi olur. Bunun üçün də açıqlama verməlisiz ki, bu normal bir haldır amma balacanın nə qədər möhtac və çarəsiz olduğunu görüncə hirsinizin keçdiyini bilmək uşağınızın duyğularıyla necə idarə edəcəyi istiqamətində köməkçi olacaq. Ayrıca bənzər duyğuları sizin də hiss etdiyinizi bilmək uşağınızın günahkarlıq duyğularını azaldacaq….

Qələndərova Könül,

PCC-nin uşaq psixoloqu

Dushunce.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 02:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri