Badamdar dairəsi yaxınlığındakı səki əlillərə çətinlik yaradır FOTO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Badamdar şosesi yaxınlığında yerləşən səkidə quraşdırılan pilləkən və pandus sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, ərazidən istifadə edən vətəndaşlar səkidə səbəbi məlum olmayan şəkildə bir neçə pilləkən və pandusun yerləşdirildiyini bildiriblər.
Sakinlərin sözlərinə görə, düz səkidə ardıcıl olaraq iki pilləkən və pandus yuxarı, bir pilləkən və pandus isə aşağı istiqamətdə quraşdırılıb. Onlar bu əlavənin mənasız olduğunu və piyadaların hərəkətinə ciddi maneə yaratdığını deyirlər.
Vətəndaşlardan sosial şəbəkələrdə qeyd edir ki, səki onsuz da dar olduğu halda, bu konstruksiya hərəkət zolağını tam tutaraq keçidi çətinləşdirir. Bu hal xüsusilə əlilliyi olan şəxslərin hərəkətinə əlavə çətinlik yaradır.
Bəzi sakinlər isə ehtimal edirlər ki, həmin ərazidə su və digər yeraltı kommunikasiya xətlərində əvvəl hər hansı nasazlıq olub və bərpa işləri zamanı belə bir həll forması seçilib. Onların fikrincə, mənasız görünən bu maneə aradan qaldırılmalı, piyadaların rahat hərəkəti üçün səki yenidən tərtib edilməlidir.
Fidan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 22 Oktyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















