“Neftçi” haqda: “Onlar dünya çempionatını qəlyan çəkə çəkə izləyiblər”
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Belaruslu keçmiş qapıçı Aleksandr Qutor “Neftçi”nin Konfrans Liqasında “Dinamo”ya (Minsk) məğlubiyyəti (2:4) haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis “Qol ötürməsi” podkastında “ağ-qaralar”la bağlı bunları deyib:
“Vernidubla “Şaxtyor”da birlikdə işləmişik. Onun komandaları adətən mövsümə yaxşı hazırlaşırlar. “Neftçi”nin “Dinamo” ilə matçda 25 dəqiqəyə yorulması məni təəccübləndirdi. Bəlkə də, onlar dünya çempionatını qəlyan çəkə-çəkə izləyiblər. Bu barədə bir neçə dəfə mətbuatdan oxumuşdum. “Dinamo” erkən qollar buraxsa da, özünü toparlaya bildi. Sözün əsl mənasında bütün komanda yüksək səviyyədə oyun keçirdi”.
“Neftçi” ilə “Dinamo” arasındakı cavab matçı bu gün Bolqarıstandakı Beroe şəhər stadionunda keçiriləcək. Matça saat 21:00-da start veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 30 İyul 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















