Icma.az
close
up
RU
“Badamlı Kuboku” başa çatdı

“Badamlı Kuboku” başa çatdı

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Karate Federasiyasının rəhbərliyi və ənənəvi karate üslubu Şito-Ryu üzrə fəaliyyət göstərən “Badamlı Karate Klubu”nun təşkilatçılığı ilə Sərhədçi Olimpiya İdman Mərkəzində keçirilən “Badamlı Kuboku” uğurla başa çatıb.

Futbolpress.az xəbər verir ki, turnirdə 15 rayondan, 40-a yaxın klub, 500-ə yaxın idmançı və 25 hakim iştirak edib. Yarış Azərbaycan Respublikasının Dövlət Himni ilə rəsmi şəkildə açıq elan olunub. Ardınca ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayev açılış mərasimində çıxış edərək ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətindən, Cənab Prezident İlham Əliyevin idmana, xüsusilə də karateyə göstərdiyi diqqət və dəstəkdən danışıb. O, eyni zamanda federasiya prezidenti Ülvi Quliyevin salamlarını idmançılara çatdıraraq, onlara yarışlarda uğurlar arzulayıb.

Daha sonra “Badamlı Karate Klubu”nun rəhbəri Tuncay Hüseynov çıxış edərək, Azərbaycan Karate Federasiyasına göstərilən diqqət və dəstəyə görə öz minnətdarlığını bildirib və turnirin təşkilati tərəfləri haqqında məlumat verib.

Yarışın bədii hissəsində karateçilərin nümunəvi çıxışları nümayiş etdirilib. Ardınca müxtəlif yaş və çəki kateqoriyaları üzrə mükafatlandırma mərasimi keçirilib və döyüşlərə start verilib. Turnir idmançılar arasında sağlam rəqabət ruhunda və yüksək təşkilati səviyyədə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Aprel 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see176

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see171

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see169

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see166

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri