Finlandiyada ən nadir pişik cinslərindən olan likoylar yetişdirilir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Stokholm, 19 noyabr, AZƏRTAC
Finlandiyanın Seynyayyoki şəhərində ölkənin ən nadir pişik cinslərindən olan likoy cinsinə mənsub dörd pişik yaşayır. Qeyri-adi görünüşlərinə görə onları “pişik-canavar” adlandırırlar.
AZƏRTAC xəbər verir ki, likoyların əsas xüsusiyyəti bədənlərinin bəzi hissələrində, xüsusilə gözlərinin, ağızlarının və çənələrinin ətrafında tüklərin seyrək olmasıdır. Bu xüsusiyyət onlara mifoloji canavarları xatırladan görünüş verir. Bu cins süni çarpazlaşdırma nəticəsində deyil, təbii genetik mutasiya nəticəsində yaranıb. Onların yetişdirilməsinə 2011-ci ildə ABŞ-də, bir il sonra isə Fransada başlanılıb.
Qeyri-adi görünüşlərinə baxmayaraq, likoylar mehriban xasiyyətləri, oynaq olmaları və sahiblərinə güclü bağlılıqları ilə seçilir.
“Onları nadir hallarda gözəl adlandırırlar, lakin bu cinsin özünəməxsus cazibəsi də məhz bundadır”, – deyə likoy sahibləri bildirirlər.
Likoy və bombey pişiyi Finlandiya Pişiksevərlər İttifaqının ilkin tanınma statusu verdiyi sonuncu cinslər olub. Yeni pişik cinslərinin tanınması prosesi bir neçə il çəkir və müxtəlif ölkələrdən olan sahiblərinin iştirakını tələb edir.
Likoyların dünya üzrə sayı az olduğundan genetik müxtəlifliyin qorunması məqsədilə xüsusi icazə əsasında onların adi qısatüklü ev pişikləri ilə cütləşdirilməsinə icazə verilir.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 Noyabr 2026 01:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















