Icma.az
close
up
RU
Bağçaların yeni hiyləsi Valideyni düşünən yoxdur

Bağçaların yeni hiyləsi Valideyni düşünən yoxdur

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Valideynlərin uşaqların təhsili ilə bağlı problemlərindən biri də bağça məsələsidir. Xüsusən işləyən şəxslər mütləq ki, övladlarını bağçaya qoyurlar. Amma problem ondadır ki, paytaxtınb bəzi ərazilərində dövlət bağçaları ya azdır, ya da yer tapmaq müşkül məsələdir. Özəllər isə  ən yaxşı halda150 manatdan 2000-3000 manata qədər dəyişir. Elə uşaqlar var ki, onların bağçaya getməsi xüsusi önəm kəsb edir, amma valideynin ödənişi verməyə imkanı yoxdursa, olan yenə uşağa olur.

Bəs görəsən, hazırkı rəqəmlərə görə nə qədər bağça var?  

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Lent.az-ın sorğusuna bildirilib ki, hazırda Azərbaycanda özəl və dövlət olmaqla, ümumilikdə 1861 bağça fəaliyyət göstərir.

Bəs görəsən, qiymət məsələsini necə tənimləmək lazımdır?

Milli Məclisin deputatı, elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, bağçaların qiymətlərini dövlət müəyyənləşdirməlidir.

“Əhalinin sayı surətlə artır. Elm və Təhsil Nazirliyi uşaqların məktəbəqədər təhsildən yararlana bilməsi üçün icma əsaslı model tətbiq edir, yaxud özəl bağçalara dəstək göstərir, lakin bununla yanaşı yeni bağça və məktəblərin açılması zərurəti var. Bu gün Qarabağda, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparılır. O işləri görmək böyük maliyyə vəsaiti tələb edir. Düşünürəm ki, dövlət bağçalarının açılması kimi vacib məqamı da mütləq nəzərdə saxlamalıyıq, addımlar atmalıyıq. Bununla yanaşı digər narahatedici məsələ də, özəl bağçaların qiymətləri ilə bağlıdır. Bağçalarda uşaqlara göstəriciləcək xidmətlərə qiymət təyin edərkən əhalinin ümumi vəziyyəti, rifahı nəzərə alınmalıdır. Vətəndaşların tək bir uşağı bağçaya qoymaq üçün yüksək vəsait verməyə imkanları yoxdur. Hesab edirəm ki, həm orta əməkhaqqı, həm də bağçaların qiymətləri dövlət tərəfindən tənzimlənməlidir. Kim hansı qiyməti istəyirsə, qoyub, bağça idarə etməməlidir”,-deyə millət vəkili fikrini yekunlaşdırıb.

Təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) Lent.az-a açıqlamasında qeyd edib ki, dövlət-özəl tərəfdaşlığından sonra özəl bağçalar qiymətlərin qaldırılması yoluna əl atıblar:

“3-4 il bundan öncəyə qədər bağçalarla bağlı məsələlər böhran vəziyyətində idi. O vaxtlar dövlət bağçaları yerli icra hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərirdi. Lakin Prezidentin müvafiq Sərəncamı ilə onlar Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdi və beləcə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yarandı və bağçalar bu quruma həvalə olundu. Məhz bu mərhələdən sonra bağçalarla bağlı mühüm islahatlar gördük. Hazırda dövlət bağçalarına əvvəlki dövrlə müqayisədə artım var. Bu müsbət məqamdır. Lakin bəzi ərazilərdə əhalinin sıxlığı ilə dövlət bağçalarının sayı mütənasib deyil. Ona görə də həmin yerlərdə özəl bağçalar fəaliyyət göstərir, ancaq onların da qiyməti əhali üçün əlçatan deyil. Bağça sahibləri düşünməlidirlər ki, valideynin o məbləği ödəyə biləcək gücü var, ya yoxdur?

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində nazirliyin təşəbbüsü əsasında bəzi özəl bağçalarda dövlət büdcəsi hesabına maliyyələşmə həyata keçirilir. Valideyn dövlət bağçasında yer tapa bilmirsə, uşağını özələ yönləndirir. Həmin ödənişin 50%-ni isə dövlət qarşılayır. Düşünürəm ki, bu təhsil üçün xüsusi bir addımdır. Amma bunu da nəzərə alıb, bağçalar qiyməti artırmaqla, valideynə daha çox zərbə vururlar. 300 manatlıq bağçanın qiymətini dövlət hesabına maliyyələşmə məsələsindən sonra 400 edirlərsə, valideynə yenə də güc düşür. Ona görə də özəl bağçalar nəzərə almalıdırlar ki, qiymət valideynə uyğun olsun”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Dekabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri