Icma.az
close
up
RU
Müəllim valideyni DÖYDÜ Saxlanıldı

Müəllim valideyni DÖYDÜ Saxlanıldı

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Biləsuvarda orta məktəbdə insident olub.

Milli.Az xəbər verir ki, hadisə Xırmandalı kəndində yerləşən orta məktəbdə baş verib.

Təhsil müəssisəsinin 44 yaşlı müəllimi Afiq Axundov (ad və soyad şərtidir) ilə Fariz (şərti adla) adlı valideyn arasında mübahisə olub. Qida satışı olan hissədə davam edən mübahisə zamanı Afiq müəllim Farizin diz nahiyəsinə zərbə vurub və sonra onlar əlbəyaxa olaraq yerə yıxılıblar. Bu zaman Fariz bir sıra xəsarətlər alıb. Zərərçəkən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Faktla bağlı Afiq Axundov saxlanılıb və barəsində prokurorluq tərəfindən inzibati protokol tərtib olunub.

Barəsində inzibati xəta üzrə icraat aparılan Afiq Axundov bildirib ki, Fariz direktor müavininin otağına girərək yüksək tonla danışıb. Ona xanımla belə danışmamalı olduğunu bildirsə də, Fariz Afiqi söyüb və o da əsəbiləşərək otaqdan çıxıb. Fariz onun arxasınca düşərək qida satışı hissəsinə gəlib və Afiqin orada əyləşib çay içdiyini görüb. Burada tərəflər arasında mübahisə, daha sonra dava olub.

Zərərçəkən isə bildirib ki, oğlunun digər şagirdlərlə dalaşdığını görüb və onları ayırıb. Sonra bu barədə direktor müavini ilə danışmağa gedib. Bu zaman Afiq adlı müəllimlə arasında məlum hadisə baş verib. Zərərçəkən ifadəsində Afiq müəllimin cəzalandırılmasını xahiş edib.

Məhkəmənin qərarı ilə Afiq Axundov 300 manat məbləğində cərimələnib./lent.az

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Aprel 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see296

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see258

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see256

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see250

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see247

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see232

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see217

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see212

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see194

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see187

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see173

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see169

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri