Bağdad Hava Limanı və ətrafına raketlər atılıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Qahirə, 15 mart, AZƏRTAC
Bağdad Beynəlxalq Hava Limanı və onun ətrafı raket zərbələrinə məruz qalıb. Beş raket zərbəsi nəticəsində baş verən partlayışlarda hava limanının dörd əməkdaşı və təhlükəsizlik işçisi, eləcə də bir mühəndis müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC İraq Xəbər Agentliyinə istinadla xəbər verir ki, hücum yerli vaxtla saat 19:00-da baş verib.
Hadisədən dərhal sonra təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri axtarış tədbirləri nəticəsində raketlərin buraxıldığı qurğu paytaxt Bağdadın qərbində yerləşən Rədvaniyyə bölgəsində nəqliyyat vasitəsinin içində gizlədilmiş vəziyyətdə aşkar edilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:Bağdad Hava Limanı raket zərbələrinə məruz qaldı Yaralılar var
15 Mart 2026 23:40
Bağdad hava limanına atılan raketlər mülki avtomobilə yerləşdirilibmiş
22 Mart 2026 20:01
KİV: Bağdad hava limanı yaxınlığında ABŞ səfirliyinin logistika mərkəzi hücuma məruz qalıb
04 Mart 2026 20:42
Bağdad və Ərbil neftin Türkiyə limanı vasitəsilə ixracı ilə bağlı razılaşmalarını uzadıblar
26 Dekabr 2025 00:21
İraq Bağdad Hava Limanının müvəqqəti bağlandığını açıqlayıb
25 Fevral 2026 07:39
Baxış sayı:180
Bu xəbər 15 Mart 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















