Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“Bağırov haqda bir kəlmə tənqidi söz demək üstündə özüm, ailəm, qohumlarım 6 il ərzində bitməztükənməz əzablara qaldıq...”

“Bağırov haqda bir kəlmə tənqidi söz demək üstündə özüm, ailəm, qohumlarım 6 il ərzində bitməztükənməz əzablara qaldıq...”

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Bütün bu müddət ərzində mən nəinki arvadımla, hətta kişik yaşlı uşaqlarımla da görüşdən məhrum edilmişdim. Altı yaşlı balamla görüşməyim partiyadan xaric olmağıma səbəb ola bilərdi...”

“O, neft hasilatı barədə düzgün məlumat verməyi qadağan edirdi. Odur ki, neftçilər gözdən pərdə asmaq məcburiyyətində qalırdılar...”

“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...

İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”

Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...

Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.

Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.

Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:

"İstintaq materiallarından...

Şahid Əli Əşrəf Əlizadə - Geologiya–minerologiya elmləri doktoru, professor, iki dəfə Stalin mükafatı laureatı, Azərbaycan KP MK-nın keşmiş 2-ci katibi, hazırda Türkmənistan dövlət universitetinin geologiya kafedrasının müdiri: 

(Əvvəli burada: )

“Bağırov hətta məni pul vəsaitini mənimsəməkdə də günhalandırmaq istəyirdi ki, axırda məlum oldu ki, bu, iftira, böhtan imiş. Əksinə, aydınlaşdırıldı ki, mənə çatası pullardan da imtina da etmişəm. Belə ki, birincisi, “Azərneft”də ixtiralarımın tətbiqi nəticəsində edilmiş qənaətə görə 43.000 manat almalı idim. Mən həmin ixtiralara görə Stalin mükafatı almağım səbəbindən həmin puldan imtina etmişdim. Bu barədə “Azərneft”in müvafiq sənədi var... 

İkincisi, Azərbaycan Elmlər Akademiyasında regional geologiya şöbəsinə rəhbərlik etdiyimə görə mənə ayda 1700 manat maaş təyin olunmuşdu. Ancaq mən 3 il yarım müddətində həmin pulu almaqdan imtina etmişdim. Mənə akademik kimi verilən 3500 manatı kifayət hesab etmişdim... 

1948-ci il avqustun ikinci yarısında, mənə 25 il müddətinə icarəyə verilmiş bağımda yataqda ikən, bir dəstə adam bağa hücum çəkib, Bağırovun göstərişini əsas tutaraq, yubanmadan burdan çıxıb getməyi tələb etdilər. İki gündən sonra mən şəhərə köçməyə məcbur oldum. Bağı isə o vaxtlar respublika komsomolunun mərkəzi komitəsinin katibi, hazırda isə sosial təminat naziri olan Züleyxa Seyidməmmədovaya verdilər... 

Mən Türkmənistana gedəndən sonra da ailəm üzərində işgəncələr davam edirdi. Arvadımın qohumu, Ordubad şəhər məktəbində işləyən respublikanın əməkdar müəllimi Süriyyə Tağıyeva 1949-cu ildə bizə qonaq gəlir. Öz bağının məhsulu olan meyvələri (bu barədə onun arayışı var imiş) kolxoz bazarında satır. Əldə etdiyi pula iki cüt sırğa alır. Geri dönən zaman onu vaqondan düşürüb həbs edirlər və qızıl alveri etməkdə günahlandırırlar... 

Tağıyeva “möhtəkirliyə görə” 7 il azadlıqdan məhkum edildi. Bu barədə yerli qəzetlər geniş məlumat verdi. Tağıyevanın mənim arvadımın qohumu olması xüsusi qeyd olundu... 

Qəzetlərdəki məqalələr hay-küy qaldıran bir tonda yazılmışdı və Əli Əşrəf Əlizadənin evinin qızıl alverinə xidmət etdiyini nəzərə çatdırmaq məqsədi güdürdü. Bunun üçün DTN agenti, “Bakinski raboçi” qəzetinin müxbiri Fidlerdən istifadə etmişdilər... 

Bütün bunlar məni tamamilə gözdən salmaq, ləkələmək üçün nəzərdə tutulmuşdu. Çünki Bağırov həddindən artıq kinli idi və qurbanına aman verməzdi...

Tağıyeva amnistiya nəticəsində azad edildi. Hazırda Ordubadda yaşayır və orada da dərs deyir. 1947-ci ilin sonunda arvadım, Bağırovun adına ərizə yazıb, nigahımızı saxlamağı, boşanma işini ləğv etməyi xahiş edir. Bu ərizəni alan kimi Bağırov Teymur Quliyevə arvadımı çağırıb, ondan öz anası və qohumları ilə hər cür əlaqəni kəsməsi barədə iltizam almağı əmr edir. Əgər o həmin iltizamı verərsə, boşanma məsələnin ləv etməyə söz verir... 

Arvadım Azərbaycan SSR Nazirlər Sovetinə, T.Quliyevin yanına çağırılır. Yemelyanovun, Sumbatovun və b. Yanında o, tələb olunan iltizamnaməni verməyə məcbur olur. Bundan sonra Quliyev mənə öz evimə, ailəmin yanına getməyə icazə verdi. Buna qədər mən 15 gün müddətində “Azərneft”in növbətçi otağında qalırdım. Çünki Bağırov məni hədələmişdi ki, mən ailəmlə əlaqəyə girməyə cürət etsəm, partiyadan xaric ediləcəyəm. Bütün bu müddət ərzində mən nəinki arvadımla, hətta kişik yaşlı uşaqlarımla da görüşdən məhrum edilmişdim. Altı yaşlı balamla görüşməyim partiyadan xaric olmağıma səbəb ola bilərdi...

 Bağırov Türkmənistan KP MK-nə, universitet rəhbərliyinə barəmdə böhtan, iftira dolu məktublar göndərir, oradan da məni dinc qoymurdu. EA-nın rəhbərləri Məmmədəliyevi, Qaşqayı və Bayramovu da böhtançı məktublar yazmağa məcbur edirdi... 

Mənim ucbatımdan qardaşlarım da əzab çəkdilər. 1948- ci ildə Bağırov EA-nın prezidenti Məmmədəliyevi yanına çağırıb dedi: “Əlizadənin qardaşını nə üçün saxlayırsan? Nə yolla olursa-olsun, onu başından rədd elə”... 

Böyük qardaşım Ağa Səməd texnika elmləri doktoru, professor idi. O vaxtlar Akademiyada yeganə azərbaycanlı energetik olan qardaşım mənə görə işdən çıxarıldı, onun laboratoriyası isə guya aktual məzmunlu işlərlə məşğul olmadığına görə ləğv edildi. Kiçik qardaşım Firidun Ağayev Stalin mükafatı laureatı, Sumqayıt kimya zavodunun direktoru idi. Ona da divan tutmağa cəhd edirmişlər. Ancaq təsadüf nəticəsində xilas ola bilib... 

1949-cu ildə Yemelyanov təxribat düzəldib, zavod fəhlələrinin zəhərlənməsi barədə hay-küy qaldırır, ancaq fəhlələrin göndərildiyi xəstəxanada məlum olur ki, onlar heç də zəhərlənməyiblər. Həmin fəhlələr özləri bu işə mat-məəttəl qalmışdılar ki, tam sağlam adamları zəhərlənmişlər kimi niyə xəstəxanaya göndəriblər. Qardaşım yalnız ona görə xilas ola bilmişdi ki, xəstəxanadan bu hadisə ilə bağlı arayış alan kimi dərhal təyyarə ilə Moskvaya uçub, Bağırovun və Yemelyanovun təhriki ilə DTN orqanlarının hazırlandığı təxribatı orada ifşa etmişdi... 

Bağırov mənim ailəmi yaşadığı mənzildən köçürmək istəmiş, bu barədə Geologiya idarəsinin müdiri Rəşid Abdullayevə göstəriş vermişdi. M.C.Bağırovun və T.Quliyevin bu göstərişi barədə Abdullayev özü arvadıma danışmışdı. Bu məsələ ilə bağlı məhkəmədə iddia qaldırılmış, lakin mənim ailəmin köçürülməsi barədəki iddianı məhkəmə rədd etmişdi... 

Bağırov Azərbaycan EA-na mənim əsərlərimin çapını dayandırmaq, EA-nın çap materiallarında mənim əsərlərimdən sitat gətirilməsinə yol verməmək barədə göstəriş vermişdi... 

Bağırov haqqında bir kəlmə tənqidi söz demək üstündə, özüm, ailəm, yaxın və uzaq qohumlarım 6 il ərzində bitməz-tükənməz məşəqqətlərə, əzab və işgəncələrə məruz qaldıq... 

Qeyd etməliyəm ki, neft sənayesi sahəsində iyirmi il çalışmış bir mütəxəssis kimi, Bağırovun neft sənayesinə rəhbərliyini Azərbaycanın neft sərvətinin tükətməyə və aşağı neft qatından şüurlu şəkildə istifadə etməməyə yönəldilmiş düşmənçilik kimi qiymətləndirirəm. Məsələn, əgər buruq aşağı qatdan hər gün 15 ton neft verirdisə, Bağırovun göstərişi ilə neft çıxarılması yuxarı qatlara keçirilirdi. Bu da aşağı qatların sonrakı istismarını həmişəlik dayandırırdı. Orada qalan neftin isə çıxarılmasına imkan qalmırdı... 

Bağırov neft hasilatının yerinə yetirilməsi barədə düzgün məlumat verməyi qadağan edirdi. Odur ki, neftçilər gözdən pərdə asmaq məcburiyyətində qalırdılar. Bağırov qeyri-real, yerinə yetirilməsi mümkün olmayan planlar təyin edirdi. Neftin Bağırovun təhrikilə açgözlüklə çıxarılması dövlətə böyük ziyan vurdu”...

(Davamı var)

Təqdim etdi:

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Yanvar 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri