Icma.az
close
up
RU
Bağırov: “Konsentrasiya ilə bağlı çətinliyimiz var“

Bağırov: “Konsentrasiya ilə bağlı çətinliyimiz var“

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Kəpəz” – “Sabah” (3:2) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvcəlcə oyunla bağlı fikirlərini bölüşüb:

– Bu gün sevindiricidir ki, komanda sona qədər mübarizə aparır və az səhv edir. Hesabda geriyə düşməyimizə baxmayaraq, irəli atıldıq. Düşünürəm ki, oyunun içində problemlərimiz oldu. Konsentrasiya ilə bağlı çətinliyimiz var. Çünki, ilk dəqiqələrdə özümüzü toparlaya bilmirik. Amma şükürlər olsun ki, qələbə qazandıq.

– Kənardan oyunu izləmək necədir?

– Çox çətindir. Senzura qaydalarında belə özündən çıxırsan. Təzyiq də olduqda isə daha çox emosialara qatılırsan.

– “Sabah” üzərində ilk qələbəniz oldu. Bu, necə hisdir?

– Oyundan qabaq bilirdik. Həm ilk oyunlarımız da yadımdadır. Doğrudan da “Kəpəz” adına sevindirici haldır.

– “Turan Tovuz” üzərində parlaq qələbədən sonra sanki eyforiyaya qapıldınız və “Səbail”ə məğlub olduz. İndi də “Sabah”a qalib gəldiz. Yenə eyforiyaya qapılmayacaqsız?

– “Səbail”lə oyunda elə də pis oynamadıq. Analiz etdikdə də görürdük ki, Turan Manafov asma edir, Rauf Hüseynli gerir qaytarır, Paçu Lira qol vura bilmir. Yəni qol epizdolarımızı dəyərləndirə bilmədik. Eyforiyaya gəlincə, elə soyunub-geyinmə otağında dedik ki, sabah 11-də məşqdir. Sadəcə bəxtimiz gətirməmişdi.

– Hazırda qazandığınız 17 xalın 14-ü ev matçlarında əldə olunub. Səfər sindromunu necə izah edirsiz?

– Azarkeşlərimizə təşəkkür edirəm. Futbol azarkeşlə daha gözəldir. Düşünürəm ki, qələbələrimzdə azarkeşlərin də payı var. İnsan emosialarla futbol oynayır.

– Növbəti matçda ölkə kubokunda “Neftçi” ilə qarşılaşacaqsız. Sizcə, bu futbolçularınız üçün əlavə yükləmə olmayacaq?

– Əslində, keçən mövsümə baxdıqda bu il daha yaxşıdır. Beş gündən bir oynayırıq. Elə də çətinlik çəkmirik. Futbolçuların fiziki performansını yaxşı saxlamalıyıq. PFL-in builki qrafiki daha yaxşıdır.

Mirkamal Kazım

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 31 Yanvar 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri