Icma.az
close
up
RU
Bağlanmalı olan ticarət mərkəzi uçub: 8 ölü, 80 yaralı FOTOLAR

Bağlanmalı olan ticarət mərkəzi uçub: 8 ölü, 80 yaralı FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Cənubi Amerika ölkəsi Peruda həftə sonu ticarət mərkəzinin damının uçması nəticəsində ilkin məlumatlara görə 8 nəfər ölüb, 80 nəfər yaralanıb. 

"Cebheinfo.az" xəbər verir ki, Perunun Daxili İşlər Nazirliyi ölkənin 3-cü böyük şəhəri olan Trujilloda ticarət mərkəzinin damının çökdüyünü açıqlayıb:

"3-ü uşaq olmaqla 8 nəfər həyatını itirib, 80 nəfər yaralanıb. Başda yanğınsöndürmə briqadası olmaqla, bütün axtarış-xilasetmə qrupları, qapalı qalan bütün insanları xilas etmək üçün səfərbər edilib. Bu faciəvi hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmaya başladılıb”.

Fövqəladə Hallar Mərkəzi (COER) damın bir hissəsinin hələ də yerində olduğu, lakin çökmə riskinin davam etdiyini açıqlayıb. Uşaqlar üçün əyləncə parkı və kinoteatrların da yerləşdiyi restoranın damının aşması səbəbindən ölənlərin sayının artacağından ehtiyatlanır. 

Şəhərin keçmiş meri Arturo Fernandez mətbuata verdiyi açıqlamada Perunun ikinci ən böyük ticarət mərkəzinin struktur çatışmazlıqlarına görə 29 dekabr 2023-cü ildə bağlanması əmrini verdiyini bildirib: 

"Hər zaman ictimaiyyətə Mall Plaza və ya Real Plazaya getməmələrini söylədim, çünki təhlükəsizlik şərtləri qeyri-kafi idi və düşünürəm ki, zaman məni haqlı çıxardı. Bu ticarət mərkəzinin riskli olduğunu və saatlı bomba kimi olduğunu bildirmişdiş”. 

Yerli KİV-in məlumatına görə, bağlanan ticarət mərkəzi bir həftə sonra, 4 yanvar 2024-cü ildə açılıb. Səlahiyyətlilər binanın lazımi təhlükəsizlik şərtlərinə cavab verdiyinə dair hesabat verdilər və bağlanma qərarının lüzumsuz olduğuna qərar verdilər. 

Respublika Prokurorluğundan verilən açıqlamada qəzanın səbəblərinin müəyyən edilməsi və məsul şəxslərin məsuliyyətə cəlb edilməsi üçün araşdırmalara başlanıldığı deyilir. 

Peru Prezidenti Dina Boluarte ticarət mərkəzinin çökməsinə səbəb olanların ən ağır şəkildə cəzalandırılması lazım olduğunu vurğulayıb: 

"İstintaq əksiksiz aparılmalı və məsullar ən ağır şəkildə cəzalandırılmalıdır. Həyatını itirənlərin ailələrinə başsağlığı verirəm".

Ticarət mərkəzini işlədən şirkətdən verilən açıqlamada binanın son texniki baxışdan keçdiyi, ölənlərin və yaralananların ailələrinə dəstək olmağı diqqət mərkəzində saxladıqları bildirilib.

“Real Plaza”-nın əməliyyat meneceri Karlet Rodriguez yerli mətbuata verdiyi açıqlamada ticarət mərkəzinə 2023-cü ilin sentyabrında baxış keçirildiyini və heç bir struktur probleminin aşkar edilmədiyini bildirib:

“Biz səlahiyyətlilərlə tam əməkdaşlıq edirik və istintaq üçün bütün sənədləri təqdim edirik. Biz bütün lazımi məlumatları tam şəffaflıqla paylaşacağıq".

Nigar Hacılı 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Fevral 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri