Bahalaşan bazar, daralan büdcə qiymət artımının görünən və gizli səbəbləri...
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son dövrlər bazarlarda müşahidə olunan qiymət dəyişiklikləri cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Xüsusilə gündəlik tələbat məhsullarının bahalaşması ailələrin maliyyə imkanlarına birbaşa təsir göstərir, istehlak vərdişlərini yenidən formalaşdırır.
Bu prosesin arxasında duran iqtisadi amillər və bahalaşmanın insanların gündəlik xərclərinə təsiri ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Moderator.az-a açıqlama verib.
İqtisadçının sözlərinə görə, bazarlarda qiymətlərin bahalaşması əsasən inflyasiya, yanacaq və enerji xərclərinin artması, istehsal və idxal xərclərinin yüksəlməsi ilə bağlıdır:
"Məhsulların bazara çatdırılması üçün çəkilən nəqliyyat xərcləri artdıqca satıcılar bunu qiymətlərə əlavə edirlər. Bəzi hallarda mövsümi amillər, məhsulun az olması və ya vasitəçilərin çoxluğu da bahalaşmaya səbəb olur.
Qiymətlərin artması insanların gündəlik xərclərinə birbaşa təsir edir. Ərzağa daha çox pul xərcləmək lazım gəlir və ailə büdcəsi çətinləşir. İnsanlar bəzi məhsulları əvvəlki qədər ala bilmir, daha ucuz və az keyfiyyətli mallara üstünlük verməli olurlar. Nəticədə insanlar sağlamlığını itirir, yaşayış səviyyəsi aşağı düşür".
Pərvin Şakirqızı
Baxış sayı:85
Bu xəbər 12 Yanvar 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















