Icma.az
close
up
RU
Bakıda mənzil əlçatmaz olur: Qiymət artımının səbəbləri

Bakıda mənzil əlçatmaz olur: Qiymət artımının səbəbləri

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Son dövrlərdə Bakıda mənzil bazarında müşahidə olunan qiymət artımları şəhər sakinlərinin və alıcıların diqqət mərkəzindədir. Xüsusilə bəzi ərazilərdə qiymətlərin kəskin şəkildə yüksəlməsi ev sahibi olmaq arzusunda olanlar üçün əlavə çətinliklər yaradır.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, 2021-ci ildən başlayaraq daşınmaz əmlakın qiymətində stabil artım müşahidə olunur: “Ən çox artım 2022 və 2023-cü ilə təsadüf olunur. 2023-cü ilin dekabr ayında ipotekalar dayanandan sonra qiymət artımı nisbətən dayandı. 2024-cü ildə ümumi il boyu qiymət artımı 10-11 faizə şamil olundu. 2025-ci ildə də təxminən o qədər də artım müşahidə olunmağı proqnoz olunur. Yəni əvvəlki illərdən fərqli olaraq 2022-2023-ci illərdə orta hesabla ilin nəticəsinə görə ən azı 15 faiz artım müşahidə olunurdu. İnşaat materiallarının bahalaşması fonunda tikinti şirkətləri qiymətləri artırmağa başladılar. Sonradan tətbiq edilən yeni inşaat normativləri tikinti şirkətlərinə qarşı oldu. Eyni zamanda son 3-4 ildir ki, tikinti sektorunda sərəncamların verilməsi azalıb. Bu baxımdan qiymət artır”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin yeni sədri Vüqar Oruc da Ölkə.Az-a bildirib ki, qiymət artımı artıq son üç ildə ardıcıl bir tendensiyaya çevrilib və bu artım mövcud dövrdə davam etməkdədir: “Həm fərdi yaşayış evlərində, həm torpaq sahələrində, həm mənzillərdə biz bunun şahidi oluruq. Bu bahalaşmanın bir çox səbəbləri var. Həm də tələb və təklif qanunu ilə bağlıdır. Ölkə xaricində yaşayan soydaşlarımız, həm sahibkarlar, hətta müəyyən yığıma malik olan vətəndaşlarımız öz azad pul kütləsini daşınmaz əmlaka yatırırlar.

Daşınmaz əmlak sahəsi yeganə sahədir ki, gəlirlər stabildir və eyni zamanda az risklidir. Çünki bu, hər hansı bir biznes sahəsi deyil ki, uğursuzluğa düçar olsun, risklərin sayı artsın. Ortalama 5-20 faiz daşınmaz əmlakın qiymətində artımın şahidi oluruq. 

Eyni zamanda tikintinin başa gəlmə xərcləri, sahibkarın mənfəəti, işçi qüvvəsinin qiyməti, bunlar hamısı qiymətlərə təsir göstərən amillərdir”.

V.Orucun sözlərinə görə, insanlar Bakının mərkəzində mənzil əldə edə bilmirlər: “Onlar fərdi yaşayış evlərinə üz tuturlar. Bu da Bakı ətrafı qəsəbələrdə daha çox təklif olunur. Həmin evlər mənzilə nisbətən ucuzdur. 

Bakının mərkəzində Nəriman Nərimanov, Nəsimi, Xətai rayonlarında digər rayonlara nisbətən daha çox aktivlik nümayiş olunur. Bu da infrastrukturun həmin ərazilərdə son dövrlər daha çox inkişaf etməsi ilə bağlıdır. 2040-cı ilin baş planında belə bir müddəa da var ki, əsas mərkəzin yanında alt mərkəzlərinin yaranması və şəhərin sərhədlərinin getdikcə kənarlara nüfuz etməsidir. Belə olduğu halda təbii ki, qiymətlərin bahalaşması mərkəzdən mərkəzə yaxın ərazilərə transfer edir. Bu da dediyim rayonlarda qiymətlərin artımına ciddi təsir göstərir. Bundan əlavə, yeni metro tikintiləri, təbii ki, metroların planlaşdırıldığı ərazilərdə qiymətlərin yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, yeni tramvay xətlərinin və digər nəqliyyat vasitələrinin salınması da qiymətə təsir göstərəcək. Qiymətlərin həmin ərazilərdə indikindən daha çox yüksək olacağı şübhəsizdir. Yaxın dövr üçün 2025-ci ildə qiymət artımı proqnozlaşdırmışıq. Ümumi olaraq ortalama 15-20 faiz qiymətlərin artımı gözlənilir. 2015-2025-ci il arasında qiymət artımı təqribən 80-100 faizdir”.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Mart 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri