Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

Saqqızı udsanız bədəninizə nə baş verir?

Xərçəng xəstələrinin sayı 67% artacaq

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Bahalı ev qızı və uşaq mənimdir, özüm bilərəm

Bahalı ev qızı və uşaq mənimdir, özüm bilərəm

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Kubra Məhərrəmova yazır...

Artıq altı gündür ki, Maştağa qəsəbəsində yaşayan 2007 və 2008-ci il təvəllüdlü iki qız (dayıqızı və bibiqızı) itkin düşüb.

Qızlardan birinin - Aygün Hüseynovanın atası Bəhram Hüseynov hadisənin təfərrüatı barədə Baku TV-yə danışıb. Bildirib ki, qızlarının evdən qaçma səbəbi telefondur.

Hadisənin qısa xülasəsi odur ki, qızlardan biri o birinə gizlicə istifadə üçün telefon verib, məsələndən bibi agah olub. Bibi telefonu geri alıb, qızlar isə yalvarıblar ki, ataya demə.

Qorxudanmı, həyəcandanmı, iki qız bir-birinə qoşulub sel olan gün evdən qaçıblar.

Polisə məlumat verilsə də, qızlar hələ tapılmayıb.

Evdən qaçan qızın atası deyir ki, qızını doqquzuncu sinifdən məktəbdən çıxarıb: "Evdə oturtmuşam. Mağazaya, küçəyə belə çıxmır, park tanımır. Sevdiyi də olmayıb".

Bura qədər hər şey aydındır.

İndi valideyn bunu hansı məqsədlə edib və etdikləri nə dərəcədə qanuna və hüquqaziddir, bunu dövlət qurumları müəyyən edəcəklər.

Təəssüflər olsun ki, bizim cəmiyyətdə hələ də "uşaq mənimdir, özüm bilərəm" düşüncəsi təşəkkül tapmaqdadır. Və əksər insanların istənilən uşağın dövlətin qoruması altında olması haqqında məlumatı yoxdur.

Cəmiyyətin əksəriyyəti düşünür ki, uşaq ana-atasına məxsusdur. Və onun həyatını, tərzini məhz valideyn müəyyən edir.

Bura isə qütblərin hər ikisi daxildir.

Bir qütb uşağı ev dustağı edir, təhsildən yayındırır, onu erkən evliliyə hazırlayır. Küçə-həyət üzü görməyib, gözü açılmayıb, özündən 15-20 yaş böyüyə ərə verilməklə həyat yolu valideynləri tərəfindən müəyyənləşdirilir.

Azərbaycan reallığı isə müəyyən zümrələrdə "ev qızı"nın daha "bahalı" qiymətləndirilməsini əks etdiyindən, bu, çoxları üçün optimal yoldur.

Qütbün digər tərəfində isə uşaqları gənc yaşlarından dilənçilik, tüfeyli həyat tərzinə məcbur edən valideynlər dururlar. Laqeyd münasibət altında böyüyən uşaqlar da bir başqa cür bədbəxtdirlər.

Hər iki halda zərbəni günahsız və zəif uşaqlar alır, evdə fiziki, psixoloji, cinsi təcavüzə məruz qalanda evdən qaçırlar.

Evdən qaçmaq hallarında Azərbaycanda daha az rast gəlinir. Lakin bir sual hər kəs üçün maraqlıdır, uşaqlar belə hallarda niyə evdən qaçmaq istəyirlər?

Məsələn hər il Avropada 250 000 uşaq itkin düşür. İsveçrədə hər il evdən təxminən 25 000 uşaq qaçır. Qısa məlumat verim ki, ancaq Avropa üzrə evdən qaçan uşaqların 38% özü evə qayıdıb. 20% üçüncü şəxslərin köməyi ilə tapılıb. 9% faiz isə digər yollarla.

Evdən qaçan 715 uşağın zorakılıq, istismar və laqeyd münasibət səbəbindən itkin düşməsi müəyyən olunub.

Qeyd edim ki, bu statistikanı "Missing Children Europe" təşkilatı təqdim edib. Azərbaycanda isə itkin düşən və evdən qaçan uşaqlarla bağlı belə bir statistika təəssüf ki, yoxdur.

ABŞ-də isə bu rəqəm il boyu təxminən 1.3 - 1.5 milyon gənc kimi göstərilir.

Birmənalıdır ki, küçədə kimsəsiz qalan uşağı mütləq şəkildə təhlükə gözləyir.

Adi avtomobil qəzasından tutmuş, cinsi zorakılığa qədər geniş siyahını təqdim etmək olar. Bu uşaqların alkoqol və narkotik istifadəçisinə çevrilməsi də an məsələsidir.

Bəs bu problemlərin və evdən qaçan uşaqların sayının azalması üçün hansı addımlar atılmalıdır?

Azərbaycan reallığından çıxış edərək deyə bilərik ki, bu istiqamətdə heç bir addım atılmır. Hər kəs özü bildiyi kimi uşağını tərbiyə edir. Çoxu da bunu onunla əsaslandırır ki, dövlət "uşaq pulu" ödəmədiyi halda valideyndən hesab soruşa bilməz.

Görünür bu mövqe valideynlərin əksəriyyətinin savadsız olmalarından və hüququ bilməmələrindən irəli gəlir.

İkincisi Azərbaycanda dünyaya övlad gətirənlərin əksər hissəsi övlada fiziki güc, ev işlərində kömək, gələcəkdə yaşlı valideynlərinə arxa-dayaq, "pensiya kartı" kimi yanaşır.

Üçüncüsü də, məktəblərdə bu istiqamətdə dövlət tərəfindən hər hansı bir işin aparılmadığını görürük.

Özümüz elə xeyli sayda yaşlı - cavan müəllimlər tanıyırıq ki, azyaşlı qızlarını tez ərə verib, tez ana olmasına çalışırlar. Belə bir pedaqoqlardan isə şagirdlər üçün mədət ummaq mənə elə gəlir ki, əbəsdir.

Amma dövlət orqanları birinci sinifdən uşaqlarla mütəmadi iş aparsa, yaxın zamanda müsbət nəticələr əldə edə bilərik.

Təklif isə ondan ibarətdir ki, problemli ailələrə və valideynlərə dəstək proqramları həyata keçirilə bilər.

İkincisi təklifim isə odur ki, uşaqlar zorakılığın nə olduğunu anlamalıdırlar. Çünki illər əvvəl Azərbaycanın regionlarında aparılan sorğuda məlum olmuşdu ki, ailələrdə heç bir zorakılıq yoxdur. Bu da öz növbəsində real tabloya malik olan adamları təəccübləndirmişdi. Sən demə, sorğuda iştirak edənlər evdə döyülməni, təhqiri, qısnamanı norma kimi qəbul etdiyindən, bu, onlar üçün zorakılıq deyilmiş. Zorakılıq ancaq ən son etapda yaşanan, ölümün olması zamanı dəyərləndirilir. Yəni vurdu və öldürdü.

Bu bizə cəmiyyətdə "əyri güzgülər"in çox olduğu haqqında siqnal verir.

Bundan başqa uşaq və yeniyetmələrə, cinsindən asılı olmayaraq onları küçədə gözləyən təhlükə barədə məlumat verilməli, real nümunələr əsasında nəticələr göstərilməlidir.

Və ən vacibi, uşaqların təhlükəsizliyini təmin etmək üçün güclü sosial xidmətlər və müdafiə strukturları qurulmalıdır.

Əfsuslar olsun ki, uşaqların arasında sorğu aparsaq, onların çətin vəziyyətə düşdüyü anda hara və kimə müraciət etmələri haqqında heç bir biliyə malik olmamaları üzə çıxacaq. Onlar kömək üçün hara getməlidir bəs?

Bəlkə elə bu uşağı ana-atası hər gün döyür?! Bəlkə qonşuda ona qarşı cinsi zorakılıq göstərilir?! Bəlkə ögey ana və ya ata uşağa qarşı olmazın zülmünü yaşadır?! Bəlkə valideyn narkotik və ya spirtli içkilərdən asılıdır?! Bunu müəyyən edəcək və bununla mübarizə aparacaq güclü struktura ehtiyac var. Və bu yalnız kağız üzərində deyil, işlək mexanizmlə təmin olunmalıdır.

Uşaqlar isə çox vaxt qorxu və təhdid altında bu səbəblər barədə danışmırlar. Sonda isə ya evdən qaçırlar, ya da intihar edirlər. Çünki ən yaxın adamlardan aldığı zərbə uşaqları depressiyaya aparır.

Bundan əlavə, son illər Azərbaycanda boşanmaların sayının artması fonunda ana - ata arasındakı gərginlik, zorakılıq uşaqları sarsıdır. Bu da həmçinin onun ən yaxın adamlardan qaçmağına səbəb olur.

Uşaqlar bəzən azadlıq istəyi ilə evdən qaçırlar. Çünki küçədə onları hansı təhlükənin gözlədiyindən xəbərsizdilər. Bunda isə həm valideynin, həm də cəmiyyətin günahı böyükdür. Bu barədə nə ev, nə də məktəb ona məlumat verməyib.

Unutmaq olmaz ki, uşaqlar təsir altına düşə biləcək ən asan təbəqədir.

Onlar bəzi hallarda dostlar və ya internetdə tanış olduqları insanların təsiri altında evdən qaçırlar.

Və unutmayaq ki, istər uşaq, istərsə də böyük yaxşı yerdən qaçmır. Evdən qaçan qızın atası da məhz bunları söylədi: qız evdən bayıra çıxmır, dükana getmir, doqquzuncu sinifdən evdədir, park sevmir. Gəlin etiraf edək ki, bu, artıq qoruma yox, azadlığın məhdudlaşdırılmasıdır. İndi yenə də böyük bir qisim bu məsələdə məni günahkar çıxaracaq, olsun. O iki qız mənə görə evdən qaçıb. Təki sağ-salamat tapılıb evə qayıtsınlar. Açığı heç bilmirəm, bu hadisədən sonra onları evdə-ailədə nə gözləyir... Bunu nəzarətdə saxlayacaq işlək quruma da çox ehtiyacımız var...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Aprel 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see619

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see421

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see283

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see272

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see267

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see265

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see249

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see240

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see237

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see230

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see230

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see228

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see217

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see215

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see211

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see193

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see190

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see188

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see179

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri