Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bahalı viskilər, “Ferrari”... Prokuror Yusifzadə işdən niyə çıxarılıb?

Bahalı viskilər, “Ferrari”... Prokuror Yusifzadə işdən niyə çıxarılıb?

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Keçmiş mərhum prokuror Vəli Yusifovun oğlu Heydər Yusifzadənin prokurorluq orqanlarından xaric edilməsi sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Heydər Yusifzadə sosial şəbəkələrdə lüks həyat tərzini nümayiş etdirməsi ilə daima mediada geniş müzakirələr doğurub. Sosial şəbəkələrdə Yusifzadənin bahalı “Ferrari”nin fonunda, müxtəlif spirtli içkilərin olduğu barın qarşısında, kabab süfrəsi arxasında, tamaşa zallarından birində VİP lojada poza verməsi və bu kimi həyat tərzini nümayiş etdirməsi əks olunan fotolar bəs deyincədir.  Heydər Yusifzadənin prokurorluq orqanlarından xaric edilməsinin səbəbi açıqlanmasa da, müzakirələrdə onun bu hərəkətlərinə görə prokurorluq orqanlarından xaric edilməsi ehtimalları irəli sürülür.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a danışan tanınmış vəkil Cavad Cavadov deyib ki, şəxsi həyatın göstərilməsi öz-özlüyündə qanuna zidd deyil, lakin dövlət qulluqçularının etik davranış qaydaları və prokurorluq işçilərinin etik kodeksi onların sosial media davranışlarını tənzimləyir:  “Belə vəziyyətlərdə intizam məsuliyyəti yalnız qanuni əsas, prosedur və proporsionallıq çərçivəsində tətbiq oluna bilər: “Həmin işçinin hansı əsasla işdən azad olunması barədə rəsmi və detallı açıqlama olmadığından, konkret iş üzrə qəti hüquqi nəticə çıxarmaq çətindir. Ancaq ümumi olaraq məsələni hüquqi baxımdan qiymətləndirmək mümkündür”.

Cavad Cavadov qeyd edir ki, prokurorluq işçisinin və ümumilikdə dövlət qulluqçusunun sosial şəbəkədən istifadə etməsi, şəxsi həyatına dair foto və videolar paylaşması öz-özlüyündə qanuna zidd deyil. Lakin bu sahədə həm “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun, həm də konkret peşələr üzrə xüsusi etik kodekslər müəyyən çərçivələr yaradır:

“Yəni məsələ təkcə prokurorluq işçilərinə aid deyil; dövlət qulluqçusu statusu daşıyan bütün şəxslər üçün etik davranış, təvazökarlıq, nüfuzun qorunması və maraqlar toqquşmasından yayınma tələbləri ümumi xarakter daşıyır. Vəkilin sözlərinə görə, prokurorluq sistemi üçün bu ümumi çərçivə ilə yanaşı ayrıca Etik davranış kodeksi də mövcuddur və həmin kodeksdə sosial media davranışı ayrıca tənzimlənir. Kodeksin 3.4-cü bəndinə görə prokurorluq işçisi hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verməməlidir. 33.1-ci bəndə əsasən isə prokurorluq işçisi fərdi sosial media hesablarından istifadə edərkən prokurorluğun cəmiyyətdəki nüfuzuna xələl gətirən hərəkətlərdən yayınmalı, maraqların toqquşmasına səbəb ola biləcək və ya konfidensial məlumatların açıqlanması ilə nəticələnə biləcək hallara yol verməməlidir”.

Vəkil Cavad Cavadov: "İlham Əliyev qarışmasa, qanunsuzluğun qarşısı  alınmayacaq"

Cavad Cavadov hesab edir ki, məhz bu prizmadan yanaşdıqda prokurorluq əməkdaşının sosial mediada lüks həyat tərzini açıq şəkildə nümayiş etdirməsi sırf şəxsi seçim kimi qiymətləndirilə bilməz: “Prokurorluq işçisi adi vətəndaş deyil. O, cəmiyyətdə hüquq-mühafizə sistemini təmsil edən şəxsdir və onun davranışı təkcə şəxsi davranış kimi yox, təmsil etdiyi qurumun nüfuzuna təsir edən davranış kimi qiymətləndirilir. Bu prizmadan yanaşdıqda, sosial mediada dəbdəbəli həyat tərzinin reklam olunması prokurorluğun nüfuzuna xələl gətirən hərəkət hesab edilə bilər və bundan çəkinilməlidir.”

Onun fikrincə, burada söhbət təkcə bahalı avtomobil, lüks məkan və ya dəbdəbəli həyat görüntülərindən getmir. Belə paylaşımlar hüquq-mühafizə orqanı əməkdaşının gəlirləri, etik davranışı, xidmət nüfuzu və cəmiyyətdə formalaşan inam baxımından əlavə suallar yaradır. Xüsusilə hüquq-mühafizə və digər həssas dövlət vəzifələri daşıyan şəxslər üçün bu, artıq şəxsi zövq məsələsindən çox institusional reputasiya məsələsidir.

Vəkil bildirib ki, buna görə intizam məsuliyyəti və hətta xidmətdən azadetmə prinsip etibarilə mümkündür, amma yalnız bir şərtlə - qərar qanunda və daxili xidmət qaydalarında nəzərdə tutulmuş hüquqi əsaslara, prosedura və sübutlara söykənməlidir: “Əgər müəyyən edilirsə ki, dövlət qulluqçusu etik davranış qaydalarını kobud şəkildə pozub, təmsil etdiyi qurumun nüfuzuna xələl gətirən hərəkətlərə yol verib, bu, intizam məsuliyyəti üçün əsas yarada bilər. Hətta müəyyən hallarda işdən çıxarma ilə nəticələnməsi də mümkündür. Amma bu, mütləq qaydada qanuni prosedurla, konkret hüquqi əsaslarla və daxili araşdırmanın nəticələri əsasında həyata keçirilməlidir”.

Cavad Cavadovun sözlərinə görə, “lüks həyat tərzi nümayiş etdirdi, deməli avtomatik işdən çıxarılmalıdır” kimi yanaşma hüquqi cəhətdən düzgün deyil. Qanuni qiymətləndirmə üçün ən azı bu suallara cavab olmalıdır: konkret hansı paylaşım etik pozuntu sayılıb, həmin davranışın qurumun nüfuzuna xələl gətirdiyi necə əsaslandırılıb, intizam icraatı aparılıbmı, işçiyə izahat vermək imkanı yaradılıbmı və işdən çıxarma son və proporsional tədbir kimi seçilibmi?

Vəkil əlavə edib ki, beynəlxalq praktikada da dövlət qulluqçularının, xüsusən hüquq-mühafizə, məhkəmə və digər yüksək etimad tələb edən vəzifə sahiblərinin şəxsi sosial media davranışı sırf “özəl sahə” kimi qəbul edilmir. Məsələn, Birləşmiş Krallıqda dövlət qulluqçularının sosial media fəaliyyəti Civil Service Code və ayrıca hökumət təlimatları ilə dürüstlük, tərəfsizlik və ictimai etimad prinsipləri çərçivəsində qiymətləndirilir. Kanadada 2025-ci ildə yenilənmiş rəsmi təlimatlarda da açıq şəkildə göstərilir ki, şəxsi sosial media hesablarından istifadə zamanı belə dövlət qulluqçusu öz postlarının federal dövlət xidmətinin dürüstlüyünə və qərəzsizliyinə necə təsir edəcəyini nəzərə almalıdır.

Cavad Cavadov qeyd edir ki, beynəlxalq presedentlər də balans prinsipini təsdiqləyir: “Avropa İnsan Hüquqları Məhkəməsinin Danileţ Rumıniyaya qarşı və Kudeshkina Rusiyaya qarşı işləri göstərir ki, dövlət qulluqçuları, xüsusilə hakim və prokuror kimi vəzifə sahibləri tam susdurula bilməzlər, onların da ifadə azadlığı var. Amma eyni zamanda dövlət onlardan peşənin nüfuzu, tərəfsizlik görüntüsü və ictimai etimad baxımından daha yüksək davranış standartı tələb edə bilər. Əsas məsələ odur ki, intizam tədbiri avtomatik yox, proporsional və əsaslandırılmış olsun”.

Vəkilin fikrincə, Azərbaycanda da yanaşma bu istiqamətdə qurulmalıdır: etik pozuntu ilə hüquqi məsuliyyət bir-birinə qarışdırılmamalı, amma dövlət qulluqçusu statusu da tam “şəxsi həyat toxunulmazlığı” pərdəsi arxasında gizlədilməməlidir. “Mən hesab edirəm ki, prokurorluq işçisi və ümumilikdə dövlət qulluqçusu sosial mediada lüks həyatı reklam edən, ictimaiyyətdə narazılıq və şübhə yaradan davranışlardan çəkinməlidir. Bu, peşənin nüfuzu ilə uzlaşmır. Belə davranış etik baxımdan problem yarada və müəyyən hallarda intizam məsuliyyəti doğura bilər. Amma konkret şəxsin işdən çıxarılmasının qanuni olub-olmamasını demək üçün yenə də hüquqi əsas və prosedur rəsmi şəkildə açıqlanmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Mart 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri