Bakıda bu “Zapı” şok qiymətə satışa çıxarıldı Foto
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda sovet dövrünün əfsanəvi avtomobillərindən sayılan və el arasında "Zapı" kimi tanınan 1968-ci il istehsalı "ZAZ 965" modeli fantastik qiymətə, 87 min manata satışa çıxarılıb.
Axar.az Yeni Sabah-a istinadla xəbər verir ki, avtomobil elanları saytında yerləşdirilən məlumata əsasən, tünd qırmızı rəngli kupe ban növünə malik nəqliyyat vasitəsinin yürüşü cəmi 10 100 kilometr təşkil edir.
Texniki göstəricilərdə avtomobilin 0,9 litrlik 27 at gücündə benzin mühərriki, mexaniki sürətlər qutusu və arxa ötürücü ilə təchiz olunduğu, eləcə də vuruğunun olmadığı və rənglənmədiyi qeyd edilib. Onlayn mağaza
Satıcının elan açıqlamasında qeyd etdiyi detallar avtomobilin yüksək qiymətinin səbəblərinə aydınlıq gətirir. Belə ki, avtomobilin üzərində təxminən 30 min manat dəyərində qiymətləndirilən dövlət qeydiyyat nişanının verildiyi bildirilir.
Bundan əlavə, nəqliyyat vasitəsinə ekspertiza rəyi ilə sənədləşdirilmiş 1 litrlik, 45 at gücündə mühərrik quraşdırılıb, körpü, sürətlər qutusu, ön və arxa asqı sistemləri, sükan mexanizmi və hidravlik əyləc sistemi "ZAZ-968M" ("40-lıq") detalları ilə tam yenilənib. Yeni akkumulyator və kamerasız təkərlərlə təchiz olunan avtomobilin yanında alıcıya çoxlu sayda ehtiyat hissələrinin də hədiyyə ediləcəyi vurğulanıb.
Satıcı "SSRİ-də belə 'Zapı' yoxdur" ifadəsi ilə avtomobilin kolleksiya dəyərinə və nadir vəziyyətinə diqqət çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 28 Noyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















