Baham adalarında təyyarə qəzası 10 nəfər ölüb
Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Baham adalarında "Flamingo Air" aviaşirkətinə məxsus "Cessna 402" yüngül mühərrikli təyyarəsinin qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub.
Sitat.info Haitinin "Tele Patriarche" radiosuna istinadən xəbər verir ki, hadisə arxipelaqın ən böyük adasının Nort-Andros rayonunda baş verib.
Təyyarə qəzası nəticəsində göyərtədə olan doqquz nəfər hadisə yerindəcə həlak olub, daha bir nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
"Cessna 402" hava gəmisi (qeydiyyat nömrəsi C6-FLX) paytaxt Nassau (Linden Pindlinq Beynəlxalq Hava Limanı) ilə San-Andros hava limanı arasında daxili reys həyata keçirirdi.
Baham adalarının Aviasiya Nazirliyi araşdırma müddətində aviaşirkətə daşımaları həyata keçirməyi qadağan edib./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 11 İyul 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















