“Everton” Barrinin dublu sayəsində “Koventri” üzərində əzmkar qələbə qazandı VİDEO
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
İngiltərə Premyer Liqasının 10-cu turunda “Everton” doğma meydanda “Koventri”ni 3:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, ilk hissəsi qolsuz başa çatan qarşılaşmada hesabı qonaqlar açıblar. 52-ci dəqiqədə Yann Qbou fərqlənərək “Koventri”ni önə keçirib.
Lakin meydan sahibləri qısa müddətdə oyunun gedişini dəyişiblər. 56-cı dəqiqədə Tierno Barri hesabı bərabərləşdirib. Fransalı hücumçu 61-ci dəqiqədə yenidən fərqlənərək dublunu rəsmiləşdirib və komandasını önə çıxarıb.
81-ci dəqiqədə Kirnan Dyusberi-Holl üçüncü qolu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib.
Bu nəticədən sonra xalların sayını 16-ya çatdıran "Everton" turnir cədvəlində beşinci pilləyə yüksəlib. “Koventri” isə doqquz xalla 16-cı pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 07 Noyabr 2026 02:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















