Icma.az
close
up
RU
Baharı gətirən SƏMƏNİ

Baharı gətirən SƏMƏNİ

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Təbiətin ilk cücərtisi, yaşıl rəngi səməni… Yaşıl donlu, incə belli səməni. Elə-aləmə baharın gəldiyini müjdələdiyi üçün sevilərək, əzizlənərək belinə qırmızı lent də bağlanan, Novruz süfrələrini bəzəyən, el-el, ev-ev gəzən, nişanlı qızların “görüşünə gedən”, təzə gəlinlərin xonçasını rövnəqləndirən, ruzi-bərəkət rəmzi səməni.

Bilirsənmi, sən hansı zamandan arzulanırsan? Payızın ortalarından başlayan ayaz-soyuq dağların, çəmənlərin, bağların yaşılına qənim kəsilib onları sarı xəzələ çevirəndən…Qışın qarı-şaxtası hər yanı aylar uzunu bəyazlara bürüyəndən… Zamanın bu kəsiyində insanların gözləri yaşıla həsrət qalandan.

Qışın böyük çilləsini yola salan, kiçik çilləsini başa vuran, Boz aya qədəm qoyan insanın ruhu sanki baharı səsləyir. Yaşıl rəngin min bir çaları ilə təbiətə dirilik, ömrə bəzək gətirən baharı. Gözlər yaşılı axtarır. Bax, bu zaman sən arzulanırsan, səməni. Çünki baharı sən gətirirsən.

Novruzaqədərki çərşənbələrin bir-birinin ardınca suya hərarət, torpağa istilik, yelin, odun yurdumuza ilıq nəfəs bəxş etməsini bayram edərkən sən hökmən o bayram şənliklərinin, süfrələrinin bəzəyi olmalısan. Elə buna görə də Novruza 10-15 gün qalmış hər bir evdə xoş sözlərlə, xeyir-dualarla səni cücərdərlər ki, vaxta-vədəyə özünü yetirə biləsən. Sən o qədər sevimlisən ki, ana-­nənələrimiz sənə zinət vurmaqdan usanmır.

Səməni bolluğun, firavanlığın rəmzidir. Həm də səməni cücərtmək adəti heç də boş yerə yaranmayıb. Qədimdə torpaq oyanana yaxın bir az buğda götürüb cücərdərdilər ki, görsünlər, bu toxumluq üçün yaxşıdır, ya pis. Elə o vaxtdan ta bu günə kimi səməni cücərtmək bir adət halını almışdır. Gözümüzü dünyaya açıb özümüzü dərk edəndən ana-nənələrimizin bayramqabağı səməni cücərtməsinin şahidi olub öyrənmişik.

Zaman keçdikcə səməni də fərqli şəkildə cücərdilməyə başlandı. Məsələn, milli ornamentimiz olan buta formasında. Burada sanki iki rəmz birləşərək Novruz bayramının gözəlliyinə daha bir gözəllik qatır. Bayrağımızdakı səkkizguşəli ulduz formasında səməni daha gözəl alınır. Fərqli formalarda səmənilərin cücərdilməsi həm qadınlarımızın təxəyyülünü, həm də səliqə-sahmanını ortaya çıxarır. Bayram mərasimlərinə, evlərə, süfrələrə daha bir gözəllik qatır.

Əvvəllər tək-tək adam tapılardı ki, səmənini pulla alsın, amma indi əksər qadınlar tənbəllik edib səmənini almağa üstünlük verir. Amma, məncə, hər kəs bunu evində cücərtsə, daha maraqlı olar. Həm ruzi-bərəkət baxımından, həm də səməninin boy atmasını izləmək insana xoş təsir bağışlayır.

Hələ o vaxtlar nənələrimiz bir araya gələrək səməni halvası da bişirər, ondan hər kəsə pay verərdilər. Deyərdilər ki, səməni müqəddəsdir. Ona təmiz qabdan su vermək, təmiz yerdə saxlamaq, hündür yerə qoymaq lazımdır. Saralandan sonra da natəmiz yerə atmaq günah sayılar. Onu ya axar suya atmalı, ya da həyətdəki toyuq-cücəyə verməlisən.

Səməniləri becərən, onlara su verən xanımlarımız bayatılar da söylərlər. Səmənilər də sanki bu bayatılardan ilham alıb böyüyər:

Ay səməni, səməni,

Utandırma, sən məni,

Yaşılın qoy bol olsun,

Heyran etsin çəməni.

Əzizim yaşıl çəmən,

Yaşıl bağ, yaşıl çəmən,

Qoy səmənidən alsın,

Bu rəngi hər bağ, çəmən.

Yaşıl donlu, incə belli səməni,

Gül ətirli, buğda cilli səməni,

Şux qamətin düşüb dildən-dillərə,

Bizim gözəllərlə elli səməni.

Təbiət və insan… Bir-birindən ayrı təsəvvür belə, edilməyən iki canlı. Təbiət insan qayğısından, nəvazişindən ilhama gəlir, insan isə təbiətin əsrarəngizliyindən, gözəlliyindən. Bu ilhamda canlı təbiətlə yanaşı, həm də rənglərin harmoniyası yer alır. Yaşılın, sarının, qırmızının, bəyazın…Budur, baharın ilk yaşılı səməni bir azdan öz rəngini çəmənlərə, düzlərə yayacaq, bu yaşılın içərisindən ağ, sarı, qırmızı çiçəklər boylanacaq, ağaclar ağlı-çəhrayılı örpəklərini atacaqlar başlarına. Beləliklə, əllərimizlə cücərtdiyimiz, yazın, ruzi-bərəkətin rəmzi səməni ömrümüzə-günümüzə növbəti baharı gətirəcək.

Cücər, yar buğdanın bağrını, Günəşə doğru boylan səməni, geyin yaşıl libasını, o incə belinə bağla qırmızı kəmərini… Bayram xonçalarında şirniyyatların, rəngbərəng yumurtaların, yanar şamların fonunda nazla­nəvazişlə baharı – xoş günləri səslə. Səslədiyin bu bahar xalqımıza, millətimizə əmin-amanlıq, uğur, səadət, gətirsin. Səməni, qoy sənin şux qamətin taxıl zəmilərinə də sirayət edib ellərimizə bol ruzi-bərəkət bəxş etsin.

Gətirdiyin bu baharın da qədəmləri mübarək olsun!..

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Mart 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see354

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see288

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see278

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see248

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see227

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see222

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see212

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see207

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see198

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see190

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see186

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see174

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see170

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see169

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see167

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see161

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see157

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see156

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see152

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri