Baharın nəfəsi və cazın ritmi qədim şəhərdə bir araya gəlir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 14 mart, AZƏRTAC
Martın 15-də İçərişəhərdə, Qoşa Qala meydanında görkəmli caz ustası Vaqif Mustafazadənin doğum gününə həsr edilən Caz Günləri təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Qoruq İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu musiqi bayramı "İçərişəhər" Tarix Memarlıq-Qoruğu İdarəsi, Vaqif Mustafazadə adına Xeyriyyə Fondu və caz ustasının ev-muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Konsert proqramında “Sevil” qrupu, Məhəmməd Allahverdiyev, Afşin Əlizadə, Seymur Əliyev, Nicat Quliyev, Ruslan Hüseynov, Nicat Paşazadə və “Naz” qrupu tamaşaçılara unudulmaz caz axşamı bəxş edəcəklər.
Martın 16-da Vaqif Mustafazadənin ev-muzeyində gənc rəssamların caz mövzusunda və Vaqif Mustafazadəyə həsr edilmiş əsərlərdən ibarət sərgisi açılacaq.
Elə həmin gün Fotoqrafiya Evində gənc caz ifaçıları unudulmuş bəstəkarın əsərlərini ifa edəcəklər. Onların ifaları isə tanınmış musiqi və sənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Günün final tədbiri “Baku Jazz Club”da keçiriləcək xüsusi “caz jam session” ilə tamamlanacaq. Burada Şölə Səfərəliyeva, Məhəmməd Allahverdiyev, Afşin Əlizadə, Vasif Hüseyn və Seymur Əliyev cazsevərlərə canlı improvizasiya gecəsi təqdim edəcəklər.
Baxış sayı:373
Bu xəbər 14 Mart 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















