Icma.az
close
up
RU
Bakalavr pilləsinin ləğvi Rusiya təhsil sistemi üçün həm imkanlar, həm də çətinliklər yaradacaq Ekspert

Bakalavr pilləsinin ləğvi Rusiya təhsil sistemi üçün həm imkanlar, həm də çətinliklər yaradacaq Ekspert

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026-cı il sentyabrın 1-dən Rusiya universitetləri yeni ali təhsil sisteminə keçid edəcək.

Gundem.az xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, ölkədə təhsilin bakalavr pilləsi ləğv ediləcək. Bakalavrın əvəzinə təhsildə iki səviyyə tətbiq olunacaq - ali və ixtisaslaşdırılmış ali təhsil. 

Əsas səviyyədə təhsil müddəti dörd ildən altı ilədək, ixtisas səviyyəsində isə bir ildən üç ilədək olacaq.

Qeyd edək ki, yeni modelə keçid artıq mövcud proqramlar üzrə təhsilə başlamış tələbələrə təsir etməyəcək. 

Xatırladaq ki, 2022-ci ildə Rusiya Boloniya sistemindən imtina edib.


Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a bildirib ki, Rusiyada bakalavr pilləsinin ləğvi və əvvəlki “spesialist” modelinə qayıdış planı həm yerli, həm də xarici tələbələr üçün bir çox dəyişikliklərə səbəb ola bilər:


“Bu qərar, təhsilin məzmunu, müddəti, diplomların beynəlxalq səviyyədə tanınması və tələbələrin karyera perspektivləri baxımından müsbət və mənfi təsirlər yaradır. Belə fundamental bir dəyişiklik diqqətlə təhlil edilməli və beynəlxalq təcrübə ilə müqayisə aparılmalıdır. Boloniya sistemi 2003-cü ildən etibarən Rusiya təhsilinə inteqrasiya olunmuşdu. Bu sistem tələbələrə bakalavr (4 il) və magistratura (2 il) pillələri üzrə seçim imkanı təqdim edirdi və təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin edirdi. Lakin hazırkı qərar Rusiya təhsil sistemini beynəlxalq standartlardan daha çox yerli prioritetlərə uyğunlaşdırmağı hədəfləyir. Bu, özündə bir sıra müsbət və mənfi tərəfləri ehtiva edir. Bakalavr pilləsinin ləğvi və spesialist modelinə keçidin müsbət tərəfləri arasında təhsilin daha dərin və kompleks olması göstərilə bilər. Spesialist proqramları 5-6 il davam edir və bu müddət ərzində tələbələr bir sahə üzrə daha geniş və ətraflı biliklər əldə edə bilirlər. Bu model, xüsusilə tibb, mühəndislik və texniki ixtisaslar kimi sahələrdə tələbələrin nəzəri biliklərlə yanaşı praktiki təcrübə əldə etməsinə imkan yaradır. Təhsil müddətinin uzun olması tələbələrə ixtisas sahələrində daha çox təcrübə toplamağa şərait yaradır ki, bu da onların yerli əmək bazarına daha yaxşı uyğunlaşmasına kömək edə bilər. Rusiya Təhsil Nazirliyi də bu modelin milli təhsil sistemini gücləndirəcəyini və ölkənin peşəkar kadr ehtiyaclarını daha yaxşı qarşılamağa xidmət edəcəyini bildirir. Dünya təcrübəsinə nəzər saldıqda, uzunmüddətli təhsil proqramlarının effektivliyi ilə bağlı bir çox nümunələr mövcuddur. Məsələn, Almaniyada tətbiq olunan “Dual Təhsil Sistemi” tələbələrin nəzəri biliklərlə praktiki bacarıqları birləşdirməsini təmin edir. Bu sistem texniki və peşəkar sahələrdə yüksək ixtisaslı kadrların hazırlanmasına töhfə verir. Rusiyada spesialist modelinin tətbiqi də oxşar bir nəticə doğura bilər, xüsusən də milli səviyyədə ixtisaslı kadr ehtiyaclarının ödənilməsi baxımından. Lakin bakalavr pilləsinin ləğv edilməsi və spesialist sisteminə keçidin mənfi tərəfləri də az deyil. Ən böyük problem diplomların beynəlxalq səviyyədə tanınması ilə bağlıdır. Boloniya sistemi tələbələrin diplomlarının Avropa və digər ölkələrdə asanlıqla tanınmasını təmin edirdi. Spesialist modeli isə bu standartlardan kənardır və bu, diplomların beynəlxalq səviyyədə tanınmasını çətinləşdirə bilər. Məsələn, Avropa ölkələrində spesialist diplomları bəzi hallarda yalnız bakalavr səviyyəsində qəbul edilə bilər, bu da tələbələrin xaricdə təhsilini davam etdirməsini və ya işə qəbul olunmasını çətinləşdirir. Xüsusilə xarici tələbələr üçün bu dəyişiklik əlavə çətinliklər yarada bilər. Hal-hazırda Rusiyada təxminən 300 min xarici tələbə təhsil alır və onların əksəriyyəti bakalavr proqramlarına qəbul olunub. Yeni model xarici tələbələr üçün diplomların tanınması və təhsil müddətinin uzanması baxımından əlavə maneələr yarada bilər. Xarici tələbələr Boloniya sistemindən istifadə edərək diplomlarının öz ölkələrində tanınmasını təmin edə bilirdilər. Yeni sistem isə onların təhsil planlarına və karyera perspektivlərinə mənfi təsir göstərə bilər”.


Ekspertin sözlərinə görə bakalavr pilləsinin ləğvi eyni zamanda tələbələrin təhsil müddətinin uzanmasına və əlavə maliyyə yükünə səbəb olur:

“Hazırda bakalavr təhsili 4 il, magistratura isə əlavə 2 il davam edir. Spesialist modeli isə tələbələrin 5-6 il ərzində təhsil almasını nəzərdə tutur. Bu, tələbələrin təhsil müddətini artırmaqla yanaşı, onların əmək bazarına daha gec daxil olmasına səbəb olur. Eyni zamanda, təhsil müddətinin uzanması tələbələr və onların ailələri üçün əlavə maliyyə xərcləri deməkdir. Müqayisə üçün, ABŞ və Avropa ölkələrində tətbiq olunan Boloniya sistemi tələbələrə daha çox elastiklik və beynəlxalq mobillik imkanı təqdim edir. Bu sistem tələbələrə bir ölkədə bakalavr təhsili alıb, digər ölkədə magistratura proqramını davam etdirmək şansı yaradır. Spesialist modeli isə bu cür beynəlxalq inteqrasiyanı məhdudlaşdırır və tələbələrin yalnız yerli əmək bazarına yönəlməsinə səbəb olur. Bu, qlobal əmək bazarında rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər. Tələbələrin hazırkı vəziyyətdə ən böyük narahatlığı onların təhsil prosesinə və gələcək planlarına olan təsirdir. Hazırda bakalavr pilləsində təhsil alan tələbələrin başladığı proqramı bitirmək imkanı yüksək ehtimalla qorunacaq. Bu tələbələr bakalavr diplomu alacaq və onların diplomları Boloniya standartlarına uyğun olaraq beynəlxalq səviyyədə tanınacaq. Yeni qəbul olunan tələbələr isə spesialist proqramlarına daxil ediləcək və bu dəyişiklik onların təhsil müddətini və karyera perspektivlərini birbaşa təsir edəcək. Nəticə olaraq, bakalavr pilləsinin ləğvi və spesialist sisteminə keçid Rusiya təhsil sistemi üçün həm imkanlar, həm də çətinliklər yaradır. Bu model tələbələrin daha dərin biliklər əldə etməsini və milli kadr hazırlığını gücləndirə bilər. Lakin beynəlxalq səviyyədə tanınma və tələbələrin qlobal əmək bazarına inteqrasiyası baxımından ciddi problemlər ortaya çıxa bilər. Xarici tələbələr üçün bu dəyişiklik əlavə hüquqi və akademik maneələr yarada bilər, bu da Rusiyada təhsilə olan marağın azalmasına səbəb ola bilər. Tələbələr və valideynlər bu prosesdə universitet rəhbərliyi ilə sıx əlaqədə qalmalı və dəyişikliklərin təsirlərini diqqətlə izləməlidirlər. Hökumətin isə bu keçid dövründə beynəlxalq əməkdaşlıq və diplomların tanınması ilə bağlı konkret addımlar atması zəruridir. Bu, tələbələrin maraqlarını qorumaqla yanaşı, Rusiya təhsil sisteminin qlobal səviyyədə rəqabət qabiliyyətliliyini təmin edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Yanvar 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see152

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see143

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see142

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see137

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see128

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Bundesliqa: Borussiya Dortmund dan darmadağın

01 Sentyabr 2025 00:27see114

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri