Icma.az
close
up
RU
Bakı 107 illik sənədi masaya gətirə bilər Tramp da təkzib etmir...

Bakı 107 illik sənədi masaya gətirə bilər Tramp da təkzib etmir...

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə sülh müqaviləsindən danışıb, Azərbaycanın sazişi imzalamağa hazır olduğunu bəyan edib.

Ölkə başçısı qeyd edib ki, Ermənistan hər şeyi, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçməlidir. Bu detal çox mühümdür.  Məsələ ondadır ki, dünya yeni eranın astanasındadır. Söhbət artan geosiyasi gərginlik və beynəlxalq nizamın dəyişməsi ehtimalından gedir. Faktiki olaraq bu gün Ukrayna-Rusiya müharibəsinin birincinin ərazi mübadiləsi hesabına yekunlaşa biləcəyi müzakirə edilir. ABŞ Prezidenti Donald Tramp belə bunu təkzib etmir. Trampdan bəhs etmişkən, o da prezident səlahiyyətlərinə başlamadan Kanada, Panama və Qrenlandiyaya ərazi iddiası irəli sürüb.

Sual yaranır: ABŞ Rusiya-Ukrayna müharibəsinin Ukraynanın ərazi güzəşti hesabını həllinə razı olarsa və ya Kanada, Panama, Qrenlandiyaya ərazi iddialarını davam etdirərsə, hansı beynəlxalq hüquqdan danışa bilərik?

Ermənistan buna görə də Prezidentin dediyi kimi, dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçməlidir. Düzdür, Azərbaycanın heç bir ölkəyə ərazi iddiası yoxdur, lakin sülh sazişi də imzalanmayıb.

Azərbaycan beynəlxalq hüquqa hörmət, riayət edir. Beynəlxalq hüquq dəyişərsə, Bakının da xarici siyasət kursu, həmçinin hədəflərində dəyişikliyin olması istisna deyil. Ölkə başçısının dediyi kimi, “Biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır”.

Bakı dəyişən siyasi konyunktura ilə birlikdə Zəngəzur dosyesinə yenidən baxa bilər. Onsuz da Azərbaycanın 1918-ci Paris Sülh Konfransının qərarları ilə belə bir haqqı var. Son olaraq məşhur yutuber Albert İsakovun öz Yutub kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayması, həmin videoda Petrosyanın regionun demoqrafik etnik vəziyyətinin ermənilərin xeyirinə necə dəyişdirildiyini deməsi vacib nüansdır. Bütün bunlar Bakının əlini gücləndirir.

Mövcud reallıqlar göstərir ki, İrəvan Bakının tələblərini qəbul edib, sülh müqaviləsi imzalamalıdır. 2025-ci il həm dünya tarixi, həm də Ermənistan-Azərbaycan münasibətləri baxımdan maraqlı il ola bilər.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri