Bakı aeroportu sərnişinlərə müraciət etdi
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
14–15 fevral tarixlərində, gecə saatlarında Hava limanı şosesində aparılacaq texniki işlərlə əlaqədar müəyyən istiqamətlər üzrə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Axar.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun açıqlamasında bildirilir.
"Bununla əlaqədar olaraq, qeyd olunan tarixlərdə uçuşu olan sərnişinlərə hava limanına gəliş və yaxud limandan çıxış zamanı alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.
Məhdudiyyətlər aşağıdakı saat və istiqamətləri əhatə edir:
14 fevral, saat 00:00–07:00 – Hava limanı yolundan "Koroğlu" metrostansiyası istiqamətində;
15 fevral, saat 00:00–07:00 – "Koroğlu" metrostansiyasından Hava limanı istiqamətində.
Alternativ olaraq, sərnişinlər 8 Noyabr prospekti – Zığ yolu marşrutundan (və əks istiqamətdə) istifadə edə bilərlər.
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və hava limanına daha erkən yola düşməyi tövsiyə edir", - deyə məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 13 Fevral 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















