Icma.az
close
up
RU
Bakı ağacsız və səkisiz şəhərə çevrilib

Bakı ağacsız və səkisiz şəhərə çevrilib

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Özbaşınalıqdır - ağacları bilərəkdən kəsib, qurudub yerində kafe, restoran tikirlər


“Ağacların dibinin asfaltlanması ilk hadisə deyil, sonuncu olacaqmı, buna da ümid çox azdır”


 Paytaxtda ağaclara qarşı növbəti dəfə vandalizm aktı törədilib. Həm də yayın bu qızmar günlərində insanların ağac kölgəsini tutiyə kimi axtardığı bir vaxtda. Ağacların dibinin asfaltlanmasını əks etdirən video sosial şəbəkədə də yayılıb. 

Bakupost.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Hidayətzadə küçəsində qeydə alınıb. Qeyd edilib ki, işlər gecə saatlarında həyata keçirilib. Diqqət çəkən məqamlardan biri də kadrlara Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus yük avtomobilinin düşməsi olub. İddia olunub ki, ərazidəki işləri qurumun əməkdaşları həyata keçiriblər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Oxu.az-a bildirib ki, işlər müvafiq razılaşdırmalar olmadan özbaşına həyata keçirilib. "İyulun 23-də sosial şəbəkələrdə Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsində səki hissəsinin dağıdılaraq avtonəqliyyat vasitələri üçün dayanacaq yeri yaradıldığı barədə yayılan məlumatlarla əlaqədar dərhal AAYDA tərəfindən araşdırma aparılıb. Araşdırma nəticəsində müəyyən olunub ki, qeyd edilən ərazidə görülən işlər agentliyin tabeliyində fəaliyyət göstərən "Bakı 4 N-li Yol İstismarı" MMC tərəfindən baş idarəyə məlumat verilmədən və müvafiq razılaşdırmalar olmadan özbaşına həyata keçirilib. Agentliyin İdarə Heyətinin sədrinin tapşırığına əsasən, qeyd olunan qanunsuz hərəkətə yol verən MMC-nin direktoru və məsul şəxsləri ciddi şəkildə intizam məsuliyyətinə cəlb ediliblər, onlara sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Eyni zamanda, dəymiş ziyanın aradan qaldırılması məqsədilə dağıdılmış səki hissəsinin qısa müddət ərzində bərpa olunması tapşırılıb və bunun üçün tələb olunan xərclərin məsul şəxslərin aylıq əməkhaqqılarından tutulması qərara alınıb", - deyə A.Nəcəfli bildirib.

Ekoloq qeyd edib ki, ağaclar, meşələr təkcə təbiətin ağ ciyərləri deyil, həm də biz insanların ağ ciyərləridir. İnsan nə qədər nadan olmalıdır ki, ağacları kəsərək öz ölümünə fərman versin. 


Sosioloq, “Sağlam Cəmiyyət Hərəkatı”nın rəhbəri Elçin Bayramlı da Sherg.az-a açıqlamasında qeyd edib ki, ağacların dibinin asfaltlanması ilk hadisə deyil, sonuncu olacaqmı, buna da ümid çox azdır: 

- Bakının ekoloji problemi əsasən ağacların, yaşıllıqların bilərəkdən, qəsdən məhv edilməsi, istismar müddətini başa vurmuş avtomobillərin, avtobusların mühərrikindən çıxan zərərli qazların havaya ötürülməsi, zibilliklər, üfunət qoxuyan gölməçələrdir. Mən bunu dəfələrlə demişəm ki, paytaxtımız yalnız hündürmərtəbəli evlərdən, plastiklə üzlənmiş obyektlərdən ibarət ağacsız və səkisiz şəhərə çevrilib. Sahibkarlar, bəzi qurumlar nə istəyirlər, edirlər. Səkiləri zəbt edib obyekt tikən kim, səkiləri, yol kənarlarını “parkovka”ya çevirən kim, ağacları bilərəkdən kəsib, qurudub yerində kafe, restoran üçün açıq sahə əldə edən kim... Özbaşınalıqdır. Sosial şəbəkədə məlumat paylaşılanda isə əl-ayağa düşürlər, guya ki, xəbərləri yoxdur. Necə ola bilər ki, dövlət qurumunun tabeliyində olan hansısa idarə özbaşına iş görsün? İcazə alırlar, xəbər də verirlər, başçılar tərəfindən qeyri-rəsmi formada onlara deyilir ki, gedin, işinizi görün. Paytaxtın əhalisi sürətlə artır, yaşıllıqların,  ağacların sayı sürətlə azalır. Əgər indiyədək hər yeni tikilinin önündə 2-3 ağac əkilsəydi, indi şəhərimiz necə də yaşıllıqlar içində olardı. Belə bir şərt qoyulmalıydı inşaat şirkətlərinin qarşısında. Amma tərsinə olub. Ağacları kəsib yerində bina, obyekt tikiblər. Paytaxtımızın havasının sərin, iqliminin sağlam olmasını istəyirksə, böyük yaşıllaşdırma aksiyaları keçirilməli, bütün mümkün yerlərdə ağaclar əkilməli, ağac kəsənlər ciddi şəkildə cəzalandırılmalı, yüksək məbləğdə cərimə edilməlidir ki, bir daha belə bir vandalizm aktına əl atmağa cürət etməsinlər. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 İyul 2025 07:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri