Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi futbol matçında vəfat etdi Foto
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, S. Hacıyev bu gün Bakıdakı meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib.
Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, ürək tutmasından vəfat edib.
Xatırladaq ki, S.Hacıyev 1961-ci ildə anadan olub. O, uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini hakim kimi davam etdirib. 2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.
***
“Qafqazinfo”nun məlumatına görə, hadisə Yasamal rayonu ərazisində - Azərbaycan Milli Elmlər Akademiyasının həyətində yerləşən stadionda baş verib. “Azfar Group” MMC tərəfindən idarə edilən stadionda dünən saat 18 radələrində keçirilən futbol oyunu zamanı S.Hacıyevin səhhəti qəfil pisləşib və hadisə yerində ölüb.
Baxış sayı:111
Bu xəbər 14 Noyabr 2024 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















