Bakı Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 8 və 9 fevralda Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
“Report” bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.
Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür.
“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”,-deyə məlumatda qeyd edilib.
Baxış sayı:169
Bu xəbər 05 Fevral 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















