“Real Madrid” Niko Pası geri qaytarmaq üçün 80 milyon avro xərcləyəcək
Icma.az bildirir, Idman.biz portalına istinadən.
İspaniyada Niko Pasın mövsümün sonunda “Real Madrid”ə qayıdacağı iddia olunur.
İdman.Biz xəbər verir ki, COPE radiosunun yaydığı məlumata görə, Madrid klubu yetirməsini geri qaytarmaq üçün müqavilədə nəzərdə tutulan 80 milyon avroluq(150 milyon manat) geri satınalma hüququndan istifadə etmək niyyətindədir.
Argentinalı futbolçunun “Real Madrid”ə qayıdacağı əvvəldən sirr olmayıb. Sadəcə, bunun nə vaxt baş verəcəyi maraq doğururdu.
Ötən yay Madrid klubu futbolçunun hüquqlarının 50 faizini 60 milyon avroya(112 milyon manat) “Komo”ya satıb. Beləliklə, Niko Pasın ümumi transfer dəyəri 120 milyon avro olaraq müəyyənləşib. Bundan əvvəl, 2024-cü ildə İtaliya klubu argentinalı yarımmüdafiəçini heyətinə qatmaq üçün 6 milyon avro ödəmişdi.
Bu mövsüm A Seriyası və Çempionlar Liqasında ümumilikdə 6 qol vuran və 8 məhsuldar ötürmə verən Niko Pas mövsümün sonunadək Sesk Fabreqasın rəhbərlik etdiyi “Komo”da çıxışını davam etdirəcək.
Argentinalı futbolçunu isə gələcəkdə Kilian Mbappe, Vinisius Junior və digər ulduzlarla birlikdə “Real”ın formasında oynamaq perspektivi gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 20 Noyabr 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















