FİF dən ittihamlara cavab: “Əlçatmaz deyilik”
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
II Liqada mübarizə aparan “Hypers” (Quba) klubunun rəhbəri Ayaz Abdullayev feysbuk hesabında paylaşım edib. O, postunda Futbolun İnkişafı Fondunun (FİF) ünvanına ittihamlar səsləndirib, kluba lazım olan dəstəyi göstərmədiklərini bildirib. Abdullayev FİF-in qubalı investorları Quba komandasına yox, “Səbail”ə sponsor olmasına təkid etdiyini söyləyib.
Məsələ ilə bağlı FİF-in rəhbəri Tural Piriyevlə danışdıq. O, iddiaların əsassız olduğunu bildirdi:
– “Quba” klubunun rəhbərinin paylaşımını yəqin görmüsünüz…
– Bəli. 40 dərəcə qızdırmalı halda yazılan.
– FİF-i onlara dəstək göstərməməkdə ittiham edib. Məsələyə münasibətiniz nədir?
– Əsassıs iddiadır. “Quba” klubuna əlimizdən gələn dəstəyi göstərmişik.
– Abdullayev kluba sponsor tapdığını, ancaq sizin müdaxilənizin olduğunu bildirərək onların “Səbail”ə yatırım etdiyini bildirib…
– İnvestoru biz onlara demişdik. Potensial investorla danışmışdıq və istəyirdik ki, Quba klubuna cəlb edək. Onlarla klubun görüşünü də təşkil etmişik. “Səbail” klubuna maraq göstərməkləri investorun öz seçimi olub.
– Digər məsələ isə FİF-in klublara dəstəyini normal etmədiyini və sponsorların bir müddət komandalardan üz çevirməsidir.
– Yazılanlar şəxsi fikirdir. Burada cavablandırılmalı məqam yoxdur. Araşdırmaq istəyənlər üçün əlçatmaz deyilik.
Şahin Cəfərov
Baxış sayı:124
Bu xəbər 20 Noyabr 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















