Icma.az
close
up
RU
Bakı Apellyasiya Məhkəməsi Nəsimi məhkəməsinin qanuna “düzəlişini” təsdiqləyib

Bakı Apellyasiya Məhkəməsi Nəsimi məhkəməsinin qanuna “düzəlişini” təsdiqləyib

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azad İmanovun sədri olduğu heyətin özbaşınalıq azadlığı

8 aydır Nəsimi məhkəməsi cavabdeh AZAL-ın beynəlxalq daşımaçılıq qaydalarını pozmasından dəyən maddi-mənəvi ziyanın beynəlxalq Monreal Konvensiyasına uyğun  ödənilməsi barədə iddiamızı süründürür.

Hakim Ramin Xəlilov MPM-in 78.2 maddəsi əsasında cavabdehdə olan kamera görüntülərinin və sərnişin siyahısının təqdim olunması haqqında vəsatət içində olmaqla heç bir müraciətə cavab vermir. Yalnız işin arbitrajın həllinə verilməsi bardə vəsatətə imtina qərardadı ilə cavab verib ki, cavabdeh AZAL razı deyil. Halbuki beynəlxalq mübahisənin predmeti olan iddianın arbitrajın həllinə verilməsi MPM-in 29-cu maddəsində yazılıb və hakim özü bunu tərəflərə təklif etməyə borcludur. Qanunda qarşı tərəfin razılığının tələb olunması nəzərdə tutulmasa da, hakim Ramin Xəlilov özünü cavabdehin vəkili rolunda aparıb və hətta imtina qərardadından 6 şikayəti 3 aydır inadla geri qaytarır ki, birbaşa kabinetdən Ali Məhkəməyə kassasiya şikayəti verilməlidir. (?)

3 aydır ali dövlət hakimiyyəti orqanları  AZAL-ın  tərəfdarı-“fanatı” hakimə anlada bilmirlər ki, birinci instansiya məhkəməsinin qərardadından şikayətin geri qaytarılması qanunda-MPM-də yazılmayıb. MPM-in 269-cu maddəsində yazılan odur ki, qərardaddan şikayətə aktı çıxarmış hakim 3 gün müddətində yazılı icraat qaydasında baxır; şikayət əsaslıdırsa, qərardadı ləğv edir və sonrakı prosessual hərəkətləri edir; əks halda şikayəti 7 gün müddətində iş materialları ilə birlikdə apellyasiya instansiyasına, məhkəmə aidiyyatından şikayətləri isə kassasiya instansiyasına göndərir.

Ramin Xəlilov özbaşınalığına qanuna “düzəliş” etməklə haqq qazandırıb. 6 şikayətə MPM-ə uyğun baxmayan hakim özünün qərardadlarının nəticə hissəsində 3 aydan sonra yanlışlıq tapıb və bu yanlışlığı “düzəldib”: “Qərardaddan 10 gün müddətinə Nəsimi məhkəməsinə elektron kabinetdən ŞİKAYƏT verilə bilər” qərarıhakimin böyük səhvi imiş, heç demə, ŞİKAYƏT yox, “KASSASİYA ŞİKAYƏTİ verilə bilər” olmalı imiş! Qanuna “düzəliş” özbaşınalığından hakim özünü elə  itirib ki, elektron kabinetdən KASSASİYA ŞİKAYƏTİNİN mümkün olmadığını, belə şikayət “pəncərə”sinin açılmadığını” da unudub. Görəcəkli günlərimiz varmış, məhkəmə “qara otaqda olmayan qara pişiyi tutmağı” tələb edir!

Heç demə, görəcəklərimiz hələ qabaqda , Bakı Apellyasiya Məhkəməsinin sədri Azad İmanov olan heyətinin qanuna “düzəlişi” təsdiqləməsində imiş! Bəli, bəli, Azad İmanov və heyəti şikayətin “ağına-bozuna” baxmadan aşağı instansiyanın “düzəliş” hüququnu” qanuni sayıb və notariat kontoru kimi təsdiqləyib.

İndi tam hüquqsuz və çıxılmaz durumdayıq, faktiki məhkəmə müdafiəsi hüququndan məhrum edilmişik. Nədən birbaşa kassasiya şikayəti vermək hüququmuz aktlaşdırılıb, amma elektron kabinet qəbul etmir, kağız daşıyıcıda şikayəti Ali Məhkəməyə göndərmək də qanunda yazılmayıb, yalnız qərardadı çıxaran Nəsimi məhkəməsi vasitəsilə şikayət Ali Məhkəməyə göndərilə bilər . Lap məktubla göndərsək  də, hər 2 aşağı instansiyanın  dövlət hesabına vəkildən imtina etməsi məhkəmə təminatı hüququmuzun pozulması ilə nəticələnib.

Şikayətlər isə sonucsuzdur. Kimə üz tutaq? Rusiyada məhkəməyə müraciət etmək olar, di gəl bir ildir nə XİN konsulluq xidməti ilə, nə baş prokurorluq beynəlxalq idarəsi ilə, nə də Ombudsman müvəkkillik xidməti ilə hüququmuzu qorumağa çaba göstərir. Ombudsman məhkəmə özbaşınağını hakimlərin fəaliyyəti kimi qiymətləndirib, bu fəaliyyəti yoxlamaq hüququnun olmamasını “reklam müvəkkilliyi” ilə vurğulayır, KM Aparatı 15 aydır Ali  Məhkəmənin 3 qərarından şikayətimizi ört-basdır edir, PA, MM, MHŞ hüquq pozucularını cavab verməyə çağırır. Hüquq isə bərpa olunmur ki olunnmur!

Məğrur Bədəlsoy

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 İyul 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see174

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see154

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see138

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri