Icma.az
close
up
RU
Türk dünyası artıq fiqur deyil, oyunqurucudur: Köhnə ittifaqlar çökür TƏHLİL

Türk dünyası artıq fiqur deyil, oyunqurucudur: Köhnə ittifaqlar çökür TƏHLİL

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Qərbin gizli planı ifşa olundu, Türkiyə və Rusiyanı üz-üzə gətirmək istədilər

"Yeni dünya nizamı artıq sadəcə bir anlayış deyil, faktiki olaraq güc mübarizələri ilə formalaşan bir prosesdir. Bu mübarizədə köhnə ittifaq modelləri dağılır, ənənəvi mərkəz-ətraf münasibətləri mənasını itirir, coğrafiya və kobud güc yenidən öz reallıqlarını ortaya qoyur, ticarət yolları və resurslar uğrunda amansız mübarizə gedir". 

Bunu "Sherg.az"a açıqlamasında Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu deyib. 

Alim bildirib ki, türk dünyası yeni nizamda başqalarının senarilərində rol alan bir aktor yox, öz gündəmini yaradan, zamanı düzgün oxuya bilən strateji bir subyekt olmaq məcburiyyətindədir: 

"Bunun üçün Rusiya, Avropa, Çin və Amerika ilə münasibətlərini xəyali gözləntilər əsasında deyil, tarixi yaddaş və geosiyasi reallıq zəminində yenidən müəyyənləşdirməlidir. Qərbin Türk dünyasına və xüsusilə Türkiyəyə baxışı heç vaxt məsum olmayıb. Osmanlının yüksəlişinin çarlıq Rusiyası üzərindən dayandırılmağa çalışılması, müasir dövrdə Türkiyənin inkişafının "müttəfiqlik" adı altında müxtəlif imperial əməliyyatlarla məhdudlaşdırılması, İsrail-Yunanıstan-Cənubi Kipr-YPG terror təşkilatı vasitəsilə mühasirəyə alınmaq təşəbbüsləri də bu prosesin tərkib hissəsidir. Suriya meydanında baş verənlər son dərəcə mənalıdır. Keçmişdə Türkiyəyə qarşı terror ünsürlərini dəstəkləyən "müttəfiqlər" Ankaranı Moskva ilə üz-üzə gətirməyi hədəfləyən çoxqatlı bir tələ qurmağa çalışdı. Lakin Ankara Astana prosesi ilə bu oyunu pozdu. Bu gün ABŞ, İsrail və Fransanın YPG-yə dəstək verdiyini, Moskvanın yeni aktor kimi yenidən Suriya şahmatına daxil edilməyə çalışıldığını görürük. Ankarada Rusiya səfirinin sui-qəsd nəticəsində öldürülməsi və ardınca başlayan Ukrayna müharibəsi təkcə ikitərəfli böhranlar kimi oxuna bilməz. Bu hadisələrin arxa planında arzulanan məqsəd - Qara dənizdə Türkiyə ilə Rusiyanı üz-üzə gətirmək və bölgəni yenidən Qərbmərkəzli münaqişə sahəsinə çevirməkdir". 

T.Nüsrətoğlu qeyd edib ki, bənzər senari Cənubi Qafqazda da sınaqdan keçirildi: 

"Azərbaycanla Rusiyanın qarşı-qarşıya gətirilməsi, Türk dünyasının Qafqaz üzərindən təzyiq altına alınması istiqamətində addımlar atıldı. Lakin Türkiyə-Azərbaycan tandemi bütün təhrikləri dəf edərək öz milli strateji modelini formalaşdırdı, həm meydanda, həm də masada oyunqurucu tərəf oldu. Kritik olan odur ki, Türkiyə artıq Qərbin "qanad ölkəsi" deyil. Türkiyə öz gücü, tarixi dərinliyi və çoxşaxəli münasibətləri ilə mərkəz ölkədir. Azərbaycanla qurulan qardaşlıq ittifaqı da başqalarının planlarına qoşulan bir tərəfdaşlıq deyil. Başda Cənubi Qafqaz olmaqla geniş coğrafiyaların siyasətini müəyyən edən əsas güc mərkəzidir. Bu birlik Rusiya ilə qarşıdurmanı deyil, birbaşa təmas və dialoq üzərindən regional əməkdaşlıq zəminini gücləndirməyi hədəfləyir. Çünki Ankara və Bakı böyük mənzərənin fərqindədir. Davamlı qazancların böhranlar deyil, ağıllı tarazlıq inşa etməklə əldə ediləcəyini bilirlər. Rusiya hələ də böyük hərbi gücdür, nüvə potensialına malikdir. Ancaq eyni zamanda Rusiya ciddi demoqrafik problemlə üz-üzədir. Əhalinin azalması, əmək qüvvəsinə ehtiyac və iqtisadi davamlılıq Moskvanı Türküstandan və keçmiş Sovet coğrafiyasından gələn miqrasiyaya asılı vəziyyətə salır. Bu gün Rusiyadakı müsəlman türk toplumları slavyan əhalidən sonra ikinci ən böyük əhalini təşkil edir. Bu mənzərə Rusiyanın Türk-İslam dünyası ilə davamlı qarşıdurma üzərindən bir gələcək qura bilməyəcəyini də göstərir. Üstəlik, Rusiyanın birbaşa yanında nəhəng əhalisi və iqtisadiyyatı ilə Çin kimi bir güc var. Çinin Orta Asiyaya artan marağı, "Bir Kəmər və Bir Yol" layihəsi vasitəsilə qurduğu iqtisadi bağlar Moskvaya uzunmüddətli çağırışdır. Bu səbəbdən Rusiya öz gələcəyi baxımından Türk dünyası ilə daha uyğun, daha balanslı və hətta müəyyən sahələrdə strateji tərəfdaşlığa əsaslanan münasibətlər qurmalı olduğunu bilir. Bu, xoş niyyət məsələsi deyil, məcburi bir geosiyasi seçimdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Dekabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri