Xalq yazıçısı Anara “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təqdim olundu
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar da təltif olunub. Yubiley medalı bu gün Xalq yazıçısına təqdim edilib.
Anarın uzun müddət ərzində, ədəbiyyat və mədəniyyət sahəsində olduğu kimi, Azərbaycan milli mətbuatının da öyrənilməsi, təbliği və yaşadılması istiqamətində göstərdiyi ardıcıl, fədakar fəaliyyət diqqətə alındıqda bu təltif tamamilə ədalətli və layiqlidir.
Xalq yazıçısı zaman-zaman publisistik yazılarında və elmi-publisistik məqalələrində milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin irsinə xüsusi yer ayırıb, “Əkinçi” qəzetinin Azərbaycan cəmiyyətində maarifçilik ideyalarının yayılmasında oynadığı tarixi rolu dəfələrlə diqqətə çatdırıb.
Anar müəllim eyni zamanda Cəlil Məmmədquluzadənin yaradıcılığını və onun rəhbərlik etdiyi “Molla Nəsrəddin” jurnalını milli mətbuat tariximizin zirvə mərhələlərindən biri kimi dəyərləndirib. Onun yazılarında “Molla Nəsrəddin” təkcə satirik jurnal deyil, ictimai şüurun oyanmasına, milli kimliyin formalaşmasına və cəmiyyətin problemlərinə cəsarətlə toxunan güclü bir tribuna kimi təqdim olunur. Anar bu mətbuat məktəbinin Azərbaycan jurnalistikasında azad fikir, tənqidi baxış və milli mövqenin formalaşmasında həlledici rol oynadığını vurğulayıb.
Xalq yazıçısı hələ ötən əsrin 70-ci illərində rəhbərlik etdiyi “Qobustan” dərgisi ilə bu zəngin mətbuat ənənələrinin müasir dövrdə davamına nail olub. “Qobustan” dərgisi Anarın redaktorluğu dövründə milli ruhun, tarixi yaddaşın və bədii-publisistik düşüncənin qorunub saxlanıldığı mühüm mətbuat orqanına çevrilib. Bu dərgi o dövrdə neçə-neçə gənc publisistin və jurnalistin üzə çıxıb yetişməsində müstəsna rol oynayıb.
Xalq yazıçısı Anarı “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunması, eləcə də qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, ona möhkəm sağlamlıq və yeni yaradıcılıq uğurları arzulayırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 29 Dekabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















