Icma.az
close
up
RU
Milli Mətbuat 150: “Konstitusiya və Suverenlik İli” qələmi ilə döyüşənlərin gözü ilə...

Milli Mətbuat 150: “Konstitusiya və Suverenlik İli” qələmi ilə döyüşənlərin gözü ilə...

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

150 yaşlı milli mətbuatımızın yetişdirdiyi yüzlərlə mətbuat adamının qələmini qılınca çevirib döyüşdüyü, xələflərinin hətta şəhidliyinə, qaziliyinə şahid olduğu 30 ildən danışmaq istəyirəm. 1990-cı illərin siyasi-iqtisadi çaxnaşma və böhranının dalğalarında itən gəncliyin nümayəndəsi, 30 ilin acılı-şirinli anlarını yaşayanlardan biri kimi... Bunun üçün nə arxivlərə yollanmağa, nə tarix kitablarını vərəqləməyə, nə də hər hansı araşdırmanı aparmağa ehtiyac yoxdur. Çünki hər bir hadisənin içərisində var idik...

Milli mətbuatımız keşməkeşli, lakin əzmkar və tarixi yollarla 1990-cı illərin əvvəllərinə çatanda 115 yaşı vardı və bu yaşda artıq məxsus olduğu dövlətlə birlikdə 4-cü siyasi dövrə daxil olurdu: çarizm, cümhuriyyət, sosializm və yenicə qədəm qoymaqda olduğumuz müstəqillik. Həsən bəy Zərdabi çarizm ilə iradə döyüşünə çıxıb yaratmışdı “Əkinçi”ni. Özü və ailəsi təhdidlərlə üzləşsə də, hər an həyatları təhlükə qarşısında olsa da, qələmi qılınc ola bilmişdi. Siyasi çağırışlarını “əkinçilikdən bəhs edəcək”,- deyə çarizmə təqdim etdiyi, lakin əslində bu ad altında yaşama haqqı verdiyi bir məcmu ilə xalqın maarifpərvər övladlarına, onların vasitəsilə də soydaşlarına çatdıra bilmişdi. Bununla da milli mətbuatın əsasını qoymuşdu. 115 il ərzində tarixi bir yol keçə də bilmişdi: cümhuriyyəti görmüşdü, qələmdaşları ilə 70 il sovet imperiyası məngənəsində inləyən Azərbaycanın gizli-aşkar azadlıq və müstəqillik mübarizəçisinə çevrilə də bilmişdi. Və 90-cı illərin əvvəllərində çətin bir dövrə şahidlik etmək də qisməti olmuşdu...

Bu, başqa dövrlərə bənzəmirdi...

Çünki Azərbaycan müstəqilliyini bərpa etmək üçün maneələrlə dolu bir yola çıxmışdı. Bu yolda torpaq itkisi, namusa, şərəfə, iffətə ləkə olan işğal olacaqdı. Dişi-dırnağı ilə qurduğu evindən, isti ocağından silah burnunda qovulan, 30 il köçkün həyatının hər üzünü görən minlərlə insan olacaqdı. Gözü önündə atası güllələnən, balası şişə keçirilən, qızının ləkələnən namusunu gözləri ilə görən insanlar olacaqdı... Bu yolda nə qanlar, nə qadalar, nə itkilər, nə şəhidlər, nə göz yaşları, nə qara yaylıq analar, nə belibükük atalar, nə atasız uşaqlar, yarsız qızlar, saçının bir tərəfini qara, bir tərəfini ağ hörən, vaxtsız yaşlaşan gözüyaşlı gəlinlər, arzusu Vətən torpağına gömülən gənclər olacaqdı.

Bu yolda 30 illik yurd həsrəti, yalnız yuxularında həyət-bacasında dolaşan insanlar olacaqdı. Həsrətdən qəlbi qocalan, ağlamaqdan gözlərinin işığı sönən, “yurdum-yurdum”,- deyən, lakin yurdunu görmədən həyatla vidalaşan, qəbri qərib soydaşlarımız olacaqdı.

30 ilin o başında Qarabağ anasının qucağından qoparılacaq, suverenliyimiz, konstitusiya quruluşumuz pozulacaqdı. Yenicə qazandığımız müstəqilliklə qaldırdığımız üçrəngli bayrağın dalğasını Qarabağ və Şərqi Zəngəzur heç görməyəcək, bunun üçün düz bir qərinəyədək gözləməli olacaqdı. 30 ilin o başında Bakı-Naxçıvan qatarlarının qarşısı düşmən erməni tərəfindən kəsiləcək, maşinistlər döyüləcək, gülləbaran edilən, pəncərələri daşlanan vaqonlardakı sərnişinlərin həyatı təhlükə ilə üz-üzə qalacaqdı. Və günlərin bir günü Mehridə-öz əzəli torpağımızda qatar yenə də dayandırılacaq, sərnişinlər o zaman Naxçıvanda yaşayan və çalışan Ulu Öndər Heydər Əliyevin əzmi ilə vertolyotlarla Naxçıvana daşınacaqdı. Elə həmin gündən bir daha Bakı-Naxçıvan qatarı dəmir yolu üzərində qərbdən-şərqə, şərqdən qərbə hərəkət etməyəcəkdi. Naxçıvan Muxtar Respublikası qonşuluqdan kənar qonşu tərəfindən blokadaya salınacaq, blokadanın ilk onilliyi insanları aclıq, səfalət, təbii qazın, elektrik enerjisinin kəsilməsi ilə yaranan dəhşətlərlə üz-üzə qoyacaqdı. Uşaqlar çörəkdən yana göz yaşı tökəcək, insanlar evlərində soyuqdan donacaq, məktəblər bağlanacaq, xəstələr xəstəxanalarda şəfa tapa bilməyəcək, gəncliyimiz çörək və neft növbələrində keçəcəkdi. Nə məktəb illəri, nə tələbəlik, nə nişan, nə toy-bunların hər biri qurduğumuz xəyallardakından xeyli uzaqda olacaqdı... Və bütün bunları Naxçıvanda bir neçə həftə ərzində gözləri ilə görüb qələmə alan, lakin ədalətsizlik fonunda çalışdığı mətbu orqanda çap etdirə bilməyən və bu səbəbdən vicdan əzabı etirafı ilə Azərbaycana-“Vışka” qəzetinə göndərən “Oqonyok “ jurnalının icmalçısı Georgi Roynevin “Nəhayətsiz yol” oçerkində oxuyacaqdıq...

30 il həm də qələmi ilə döyüşən ordu yaradacaqdı...

İki müharibə yaşanan 30 il silahı ilə döyüşən, siyasi meydanlarda iradə savaşına çıxanlarla bərabər, həm də qələmini qılınca çevirən jurnalist ordusu yaradacaqdı. Onlar hadisələrin içərisində ən gözəl siyasətçiyə, araşdırmaçıya, təhlilçiyə, tarixçiyə, xəbərçiyə çevriləcəkdi. Hadisələri elə qələmə alacaqdılar ki, onun əsasında yeni dövrün tarixi yazılacaqdı...

O qələmlər 20 Yanvardan- sovet ittifaqının əldən vermək istəmədiyi Azərbaycana gecə ilə göndərdiyi və yüzlərlə insanı qətlə yetirdiyi o müdhiş ordunun vəhşiliyindən yazdı. O qələmlər bir-birinin ardınca işğal olunan torpaqlardan, ocağı sönən, yurdu boş qalan, ölkənin müxtəlif ərazilərinə səpələnən soydaşlarımızdan yazdı. Dünyada analoqu olmayan Xocalı faciəsindən yazdı, 30 ildə bu faciəni dünyaya yaydı, ədalət axtarışına çıxdı. Naxçıvan blokadasından, muxtar diyarın Ulu Öndərin səyi ilə işğaldan yan ötməsindən, insanların yaşamaq uğrunda mübarizəsindən, Naxçıvandan başlanan azadlıq mücadiləsindən yazdı. Vəzifə davası edənlərdən, torpaqları vəzifə kürsüsünə qurban verənlərdən, cəbhədə düşmənin qarşısına ov tüfəngi, bel, dırmıq ilə çıxan zabit və əsgərlərimizin kömək diləyinə səs verməyən hakimiyyətdən yazdı.

Bütün bunlara bizim kimi, mətbuatımız da şahid oldu: düz 30 il. Bu 30 il müstəqilliyimizi bərpa etdi, lakin xalqa iki müharibə yaşatdı. Vətəni satanlarla da, Vətəni canından artıq sevənlərlə də tanış etdi bizi. Bu 30 il ata-baba torpaqlarımızın əlimizdən alıb düşmənə, sonra da düşməndən alıb bizə qaytardı. 30 il Qarabağsız yaşadı qarabağlılar. 30 il Naxçıvanı blokadadan çıxara bilmədi.

Qələm daha kəskin qılınc oldu bu illərdə. Necə ki, bütün dövrlərdə, lakin ayrı-ayrı şəraitlərdə qılınc kimi kəsərli sözü olmuşdu, 90-cı illərdən bəri yenə də qələmi ilə döyüşən ordunun sərkərdəsi oldu milli mətbuat. Böyük bir jurnalist ordusu döyüşdü. Hər yerdə oldu: azadlıq meydanında, döyüş bölgələrində, səngərlərdə, əsgərlərin yanında, gülləbaranın altında, qaçqın-köçkün şəhərciklərində, minalanmış ərazilərdə... Elə oradan yazıb mənsub olduğu media strukturunda işıqlandırdı: mübarizə apardı, problemləri ortaya qoydu, təkliflər verdi. Şəhid oldu, qazi oldu, köçkün-qaçqın oldu, minaya düşüb həyatını itirdi, səmada tikə-parça olub yerə səpələndi, düşmən gülləsinə tuş gəldi, həyatını itirdi də, sağ qaldı da...

Qələmi ilə döyüşən ordu iki müharibə arasındakı dövrdə nə dayandı, nə susdu. Yazdı, dünya ilə bir etdi Qarabağı. Qələmlərdən açılan atəş dünyanın haqsızlıq və ədalətsizliyinə tuşlandı. Susqunluq davam etsə də, lakin bu atəş həqiqətin kimin tərəfində olduğunu anlatdı dünyaya...

Qələm həm də qılınc oldu: döyüşdü, qələbə qazandı, Zəfərdən yazdı...

Haqqı vardı, ana südü kimi halal idi Zəfərdən yazmaq. Çünki birinci və ikinci Vətən müharibəsi arasındakı 30 illik zaman kəsiyində gecə-gündüz mücadilə etmişdi. 90-cı illərin iqtisadiyyatı çökmüş Azərbaycanında aylarla əmək haqqı ala bilməsə də, sonrakı uzun illər boyu aşağı əmək haqqı ilə işləsə də, lakin meydandan çəkilmədi qələm sahibləri. Dövlət, dövlətçilik, konstitusiya quruluşu, suverenlik, müstəqilliyin daimiliyi üçün əzmlə mübarizə apardı.

2020-ci ildə 44 günlük İkinci Vətən müharibəsində xalqın ilhamvericisi, cəbhə ilə xalq arasında informasiya bazası oldu. Qara xəbərləri də oldu, şad xəbərləri də. Lakin müharibənin “qanunu” deyilmi bunlar?..

Böyük Zəfərin əldə olunmasında 20 il mübarizə aparan Prezident, Ali Baş Komandan, müzəffər sərkərdənin 44 gündə tez-tez ölkə mətbuatına verdiyi müsahibələrdə iştirak etdi, bu müsahibələri dünya mətbuatına təqdim etdi bu ordu.

Sözü, xəbəri, reportajı, açıqlamaları, təhlilləri, oçerk, esseləri, fotoları ilə öz “döyüş” bölgəsində gecəli-gündüzlü çalışdı.

Ali Baş Komandanın qələbə müjdələrini xalqa çatdırdı. İşğaldan azad edilən torpaqlara yollandı, üçrəngli bayrağımızla qovuşan yurdların sevincini qələmə aldı, daşı daş üstündə qalmayan əzəli torpaqlarımıza ermənilərin tutduğu divanı əvvəlki sözünü təsdiqləmək üçün bir daha dünyaya təqdim etdi.

Həm vətəndaş, həm yurddaş, həm jurnalist kimi qürur duydu bu ordu. Çünki 44 günlük müharibə və 2023-cü ilin 20 sentyabrında birgünlük antiterror əməliyyatı ilə Qarabağ və Şərqi Zəngəzur düşməndən azad edildi. Bununla da Azərbaycanın konstitusiya quruluşu və suverenliyi bərpa olundu. 20 sentyabr təqvimimizdə Dövlət Suverenliyi Günü kimi yer aldı. Hər il həmin gün yenə qələm yazacaq, nəsillərə işğalı və Zəfəri xatırlatmaqla, vətənpərvər gənclərin yetişməsində böyük rol oynayacaq.

Budur, 2025-ci il “Konstitusiya və Suverenlik İli” kimi tariximizin səhifəsinə qürurla həkk olur: 90-cı illərin Azərbaycanı ilə bugünkü Azərbaycanın, o hakimiyyətlə, bugünkünün, o ordu ilə bu ordunun, Birinci Vətən müharibəsi ilə ikincinin, işğal ilə Zəfərin şahidi olmuş, üstəlik də qələmi ilə bir qərinəyədək dövrün salnaməsini yaradanlar daha çox qürur duyur.

Naxçıvanın da yolu açılacaq. Əslində dövlət başçısı Naxçıvanla bağlı 9-cu bəndi 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyannaməyə iradəsi gücü ilə saldırmışdı. Lakin Ermənistan nə vaxt öhdəliyinə, sözünə sahib olub ki?..

Dövlətimizin başçısı nəyi nə zaman edəcəyini yaxşı bilir və artıq Zəngəzur dəhlizi yaxın gələcəkdə şərqlə qərbi birləşdirən nəhəng magistrala çevriləcək. 270 il sonra Böyük Zəfərlə, müzəffər ordumuza səriştəli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyünü təmin edən Lider Zəngəzur dəhlizi məsələsini ABŞ Prezidenti səviyyəsində həll etməyi də bacardı.

Qələmi ilə döyüşənlərin bu dəhlizin açılmasında da böyük zəhməti var. Odur ki, gün o gün olsun ki, Zəngəzur dəhlizi ilə qərbdən şərqə, şərqdən qərbə səyahətlərdən xəbərlər, reportajlar yazaq, fotolar paylaşaq. 150 yaşlı sələfimizin xələflərinə, bax, bu, çox yaraşır.

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Dekabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri