Bakı bazarlarında balıq da BAHALAŞDI
Icma.az bildirir, Modern.az portalına istinadən.
Bakıda mal ətinin bahalaşmasının ardınca digər bir sıra məhsulların da qiymətində ciddi artım müşahidə olunur.
Modern.az xəbər verir ki, bazarlarda balığın da satış qiyməti artıb. Qiymətlərlə tanış olan əməkdaşımız balığın son günlər 2-3 manat bahalaşdığını müşahidə edib.
Məsələn, bir-iki həftə öncə 10-11 manata satılan “Forel” balığı indi 12-13 manata təklif olunur.
“Çəki” (“Sazan”), “Kütüm”, “Xəşəm”, “Kefal”, Ağ amur” (“Belamur”) və digər daha çox alınan balıqların da qiymətində ən azı 1-2 manat artım baş verib.
Satıcılar bildiriblər ki, balığın qiymətindəki artım tələbatdan irəli gəlir. Mal əti 20-22 manata satılmağa başlayandan sonra nisbətən ucuz olan balığa tələbat artıb. Yaranmış vəziyyətdən istifadə edən topdansatış balıq bazarına nəzarət edənlər qiymətləri qaldırıblar.
Baxış sayı:110
Bu xəbər 28 Oktyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















