Icma.az
close
up
RU
BƏRDƏ: 6 il əvvəl, 27 28 oktyabr

BƏRDƏ: 6 il əvvəl, 27 28 oktyabr

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirirdi. Oktyabrın 27 və 28-də isə iki gün ard-arda onlar Bərdəni hədəfə almışdı. Oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə paket hücumu nəticəsində 5 nəfər dünyasını dəyişdi. Oktyabrın 28-də isə Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla, 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evinə və 22 nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəymişdir.

Bəli, bu qədim və gözəl diyarın dinc sakinləri mərmi yağışına məruz qaldılar. Şəhərləri düşmən raketinə tuş gəldi. Günahsız insanlar həyatlarını itirdi, ağır yaralandılar. Bərdəlilər bunu gözləmirdi desək, yanılmış olarıq. Çünki müharibənin geridə qalan 30 günündə ermənilər müharibə meydanından kənarda olan Tərtəri bombalamışdı, Gəncəyə paket atmışdı. Bu bölgələrimizdə də saysız sayda insanın həyatını itirməsinə və yaralanmasına, bu yerlərin çoxsaylı dağıntılara məruz qalmasına səbəb olmuşdular. Bütün bunları isə 44 günün hər anını, dəqiqəsini dördgözlə izləyən dünya görürdü, lakin səsini çıxaranlar səsi batanlardan dəfələrlə az idi. 20 Yanvar, Xocalı faciələri kimi, tanış susqunluq və durğunluq yenidən gündəmdə idi. Heç kim ermənini yerində oturtmağa çalışmırdı və demirdi ki, sən müharibə bölgəsindən nə üçün uzaqlaşırsan, nə üçün dinc əhaliyə qarşı azğınlıq nümayiş etdirirsən? Axı Azərbaycan onların etdiyi hərəkətə bənzər bircə hərəkət belə etməmişdi və etməyəcəkdi. Çünki bizim dövlətimizin başçısı, Ali Baş Komandanımız həmişə xalqa müraciətlərində, xarici mətbuata müsahibələrində bildirirdi ki, biz öz ərazimizdə, öz torpaqlarımız üçün döyüşürük.

Düşmənin yoxsul xisləti

Düşmənin Bərdəni iki gün hədəf alması müharibə bölgəsində olan əsgərlərimizin diqqətini heç də ayıra bilmədi. Əksinə onların hər dəfə bu cür hərəkətləri ordumuzun əsgərinə yeni bir qisas hissi bəxş edir, bu hadisələrin cavabının bir-bir düşməndən alınmasına stimul yaradırdı. Beləliklə, oktyabrın 27 və 28-də baş verən Bərdə hadisələri düşmənin nankorluğunu, acgözlüyünü, yoxsul xislətini ortaya qoyurdusa, azərbaycanlıların bu kimi hadisələrə böyük səbirlə, dəyanətlə yanaşdığını bəyan edirdi. Bütün dünya kənardan müharibənin hər iki tərəfini izləməklə onların qiymətini verir, eyni zamanda gücünü də görürdü.

Bərdə hadisələrindən əvvəl baş verən Gəncə hadisələri necə ki, gəncəlilərin bir addım da olsa geri çəkilməsinə, onlarda mənəvi cəhətdən sınmaya təsir edə bilmədi, bərdəlilər də eynilə... Onlar da gəncəlilər kimi mərd, məğrur dayandılar. Müharibə gedən ölkədə bu kimi hadisələrin baş verməsinin ola biləcəyini, bunu gözlədiklərini bildirdilər. Əzizlərinin heç bir günahı olmadan həyatlarını itirmələri onlar üçün acı olsa da, torpaqlarımızın azadlığının şirinliyini yaşamaq üçün bütün bunlara sinə gərməyi bacardılar. Dağıdılan ərazilərin dövlətimiz tərəfindən bərpa olunacağını əvvəlki illərdəki hadisələr zamanı görən insanlar bu dəfə də dövlətimizin gücünü hiss edərək ona güvəndilər. Güvənməkdə də yanılmadılar. Hələ müharibənin bitməsinə günlərin qalmasına baxmayaraq dağıdılan ərazilərimizdə bərpa işləri başlanmışdı.

Xalq Zəfərə doğru yolçuluğa çıxmışdı. İnsanlar müzəffər Ali Baş Komandanın əmrini gözləyirdi. Uşaqlı-böyüklü, cavanlı-qacalı hər kəs döyüş meydanına yollanmağa, döyüşməyə, torpaqlarımızın azad olunmasına cəhd göstərirdi. Onları nə evlərinin, həyət-bacalarının, şəhər, kəndlərinin raketlə vurulması, nə də açılan sabahın sonunda gecələyəcəkləri evin olmaması qorxudurdu. Çünki bu xalqın səbri artıq kasasını aşmışdı. Erməni faşizminə son qoyulmalı, torpaqlarımız anası Azərbaycana qaytarılmalı idi. Bu xalqın əsrlərdən gələn mentaliteti-torpağın namus, şərəf məsələsi olmaq kimi dəyəri bərpa olunmalı idi. Bunun üçün bütün əzab-əziyyətə sinə gərməyi hər kəs qarşısına məqsəd qoymuşdu. Məqsədə çatmağa isə sayılı günlər qalırdı...

Zəfərimiz bütün dərdlərimizin dərmanı oldu

Bərdə hadisələrindən sonra artıq Böyük Zəfərə əlimizi uzatmaqla çata bilərdik. Hər gün cəbhədən gələn qələbə xəbərləri Gəncədə, Bərdədə, Tərtərdə dağıdılan əraziləri gözlərimiz önündə qururdu, yaradırdı, əvvəlki vəziyyətinə gətirib çıxarırdı. Bu bir-birindən şad xəbərlər bölgələrimizdə dağıdılan evləri bərpa edirdi, pəncərələrindən işıq süzülürdü ətrafa. Onlar boş, viranə deyildilər. Sakinləri içəridə idi. Deyir-gülür, televizor qarşısında cəbhədən xəbərləri dinləyirdilər.

Heç bir qüvvə, heç bir hadisə Qarabağ uğrunda gedən müharibəyə, bu müharibənin qələbəsini anbaan gözləyən insanların əhval-ruhiyyəsinə mənfi təsir göstərə bilməzdi. İnsanlar Qarabağa qayıtmağa, həmin torpaqlarda əzizlərinin qəbirlərini ziyarət etməyə, bağlı qapıları açmağa, cığırları, yolları itmiş evlərinə öz duyğuları, hissləri ilə cığır, yol açmağa tələsirdilər.

30 il öncə bu torpaqlardan zorla qovulmuş didərgin insanlar öz yurdlarına qayıdacaqlarını xəyal edirdilər. Didərginlikdə “torpaq-torpaq” deyib dünyasını dəyişən insanların ruhlarının şad olacağını düşünürdülər. 30 illik yükün bütün xalqın üzərindən götürüləcəyini, “işğal” kimi ağır sözün acısının bal kimi “azadlıq” sözü ilə əvəzləşəcəyini fikirləşirdilər. Ən əsası isə namus, şərəf məsələmizin həll olunacağını düşünürdülər.

Bütün bu istək və arzuların reallığa qovuşmasına isə sayılı günlər qalırdı. Düşmən hər gün hərbi texnikasını, canlı qüvvəsini itirməklə torpaqlarımızdan geri çəkilir, torpaqlarımız milli ordumuzun nəzarətinə keçirdi. Deməli, qələbəni bizə yaxınlaşdırırdı. Və nəhayət, gözlədiyimiz həmin günü görmək bizlərə nəsib oldu. Noyabrın 10-da bu şad xəbəri 44 gündə bütün qələbə xəbərləri kimi yenə də dövlətimizin başçısından aldıq. Zəfər xəbərini aldıq. Cəmi 44 gün çəkən müharibə bitdi. Düşmən qarşımızda ağ bayraqla təslim olduğunu bildirdi.

Qarabağ 30 ildən sonra azad oldu. Ərazi bütövlüyümüz bərpa olundu. Bütün bunlar üçün illərdən bəri böyük işlər həyata keçirən, bir gün torpaqlarımızın azad olunacağını bütün çıxışlarında, xalqa müraciətlərində bəyan edən və verdiyi sözü bizlər üçün reallığa çevirən dövlətimizin başçısına minnətdarıq. Ata vəsiyyətini gerçəkləşdiriən, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Ali Baş Komandanımıza minnətdarıq.

Canı, qanı, həyatı bahasına bu qələbəni bizə yaşadan yüzlərlə şəhidimizə, qazimizə minnətdarıq. Onlar Qarabağı bizə yenidən bəxş edənlərdir. Lakin özləri Qarabağdan doymamış bu dünyadan köçməli oldular.

Zəfər tariximiz qürur tariximizdir. Hər il bax, beləcə, vərəqləyəcəyimiz, təhlil edəcəyimiz, anıb xatırlayacağımız, gələcək nəsillərə ərməğan edəcəyimiz bir tarixdir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Nə yaxşı ki, var idilər. Nə yaxşı ki, analarımız belə oğullar doğmuşlar. Atalarımız belə övladlar tərbiyə etmişlər. Onlar bu xalqın milli sərvətidir. Namusu, şərəfidir...

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri