Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Bakı Belqrad xəttində möhkəmlənən əməkdaşlıq ŞƏRH

Bakı Belqrad xəttində möhkəmlənən əməkdaşlıq ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Serbiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərindən danışarkən, iki ölkəni birləşdirən tarixi bağların olduğunu xüsusilə qeyd etmək lazımdır. Tarixi xronikanı izlədikdə xalqlar arasında ortaq bir yaddaş və birgə mübarizə nümunələrinin olduğunu da görə bilərik. Müasir dövrdə isə müxtəlif sahələrdə formalaşıb inkişaf etməkdə olan bu tarixi bağlar xalqlar arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Serbiya münasibətlərinin yeni bir mərhələyə daxil olduğunun göstəricisi oldu.

Yenidən Serbiyada olmaqdan məmnunluğunu bildirən Cənab Prezident, milli bayram günü münasibətilə təbriklərini Serbiya Prezidentinə çatdırdı. Görüşün belə bir gündə baş tutmasını iki ölkə arasındakı səmimi dostluğu nümayiş etdirdiyini vurğladı. Eyni zamanda gözlənilən hədəfə maksimum dərəcədə çatmaq üçün fikir mübadiləsinin, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün daim əlaqədə olmağın vacibliyini nəzərə çadırdı.

Müasir dövrün əsas əməkdaşlıq sahələrindən biri olan enerji təhlükəsizliyi hər iki ölkə üçün prioritet hesab olunur. Bu sahədə əməkdaşlıq enerji təchizatının şaxələndirilməsinə, sabitliyə və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış edir. Azərbaycan Respublikası ilə Serbiya Respublikası bu prinsipləri rəhbər tutaraq, əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədirlər.

Səfər zamanı imzalanan sənədlər də iki dost ölkə münasibətlərinin hazırkı inkişaf səviyyəsinin yüksələn xətt üzrə inkişaf etdiyini təsdiq edir. Bu məqsədlə dövlət başçıları arasında müntəzəm görüşlərin əhəmiyyəti qeyd edilib. Tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə dəstək göstərdiyi bildirilib. Eyni zamanda bu prinsipin beynəlxalq hüququn əsas norma və prinsiplərinə uyğun olduğu qeyd olunub.

Ölkə başçısının “Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik” ifadəsi də iki ölkə arasında siyasi dialoqun müntəzəm əsaslarda davam etdiriləcəyinə və strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyacağına işarədir.

Qeyd etmək lazımdır ki, turizm və təbii resurslardan istifadə sahəsində əməkdaşlıq imkanlarının reallaşdırılması ön plandadır. Belə ki, yeni sərmayələrin cəlb edilməsi, iqtisadi bağların gücləndirilməsi gündəmdə yer alır. Nəticə etibarı ilə Serbiya ilə Azərbaycanı bağlayan əsas amillərin tarixi müttəfiqlik, diplomatik münasibətlər, strateji tərəfdaşlıq olduğunu, eləcə də enerji, turizm, iqtisadiyyat kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri vurğulanıb. İki ölkənin xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın davam etdirilməsi əhəmiyyətli hesab olunub.

Yeni dövrün tələblərindən danışarkən, Azərbaycan ilə Serbiya arasındakı əməkdaşlığın bir neçə mühüm istiqamətlərə fokuslandığını müşahidə edə bilərik.

Serbiyaya qaz ixracı prioritet olmaqla yanaşı, enerji təhlükəsizliyinin artırılmasına və enerji təminatına şərait yaradır. Bununla yanaşı regional enerji şəbəkələrinin inteqrasiyası vacib amillərdən olduğu danılmaz faktdır.

Regional enerji şəbəkələrinin inteqrasiyası dedikdə bir neçə ölkənin enerji sistemlərinin bir-biri ilə birləşdirilərək vahid şəkildə fəaliyyət göstərməsi ifadə edilir. İlk növbədə enerji axınının planlaşdırılması, riskli hallarda qarşılıqlı dəstəyin göstərilməsi enerji təhlükəsizliyini artırır və sabit təchizata imkan yaradır. Bu şərtlərin yaratdığı zəmin iki ölkə arasında yaşıl enerji və alternativ enerji sahəsində mümkün əməkdaşlıq imkanlarının müzakirə olunmasını vacib məsələyə çevirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç bəyanatlarında iki dost ölkənin münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, bunun üçün böyük potensialın olduğunu diqqətə çatdırdılar.

İki ölkə arasında təhsil və mədəniyyət sahələrindən bəhs edərkən tələbə mübadiləsi proqramlarının genişlənməsi gözlənilir. Serbiya universitetlərində Azərbaycan dili və mədəniyyəti üzrə kursların, Azərbaycanda isə serb dili üzrə tədris proqramlarının açılması perspektivlidir. Bununla yanaşı elmi-tədqiqat və innovasiya sahəsində ortaq layihələr həyata keçirilə bilər. Hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi istiqamətində layihələr müzakirə olunur.

Milli kimlik, tarix və ənənələrin qorunmasına böyük önəm verən iki dövlətin bu sahədə əməkdaşlığı xalqların bir-birini daha yaxşı tanımasına və yaxınlaşmasına xidmət edəcəkdir.

Səfər çərçivəsində Serbiya Prezidenti Aleksandr Vuçiç ilə keçirilən görüşün iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə təkan verəcəyi bildirilib. Bu görüş, səmərəli nəticələr və qarşılıqlı dəstək üçün paytaxtlar arasında atılan mühüm addım kimi qiymətləndirilir.

Məhsəti Məmmədova

YAP Yasamal rayon “H.B.Zərdabi pr.59” (4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Fevral 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri