Icma.az
close
up
RU
Bakı beynəlxalq idman yarışları mərkəzinə çevrilib

Bakı beynəlxalq idman yarışları mərkəzinə çevrilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

2026-cı il Bakının tarixə “Dünyanın idman paytaxtı” kimi düşməsi ilə də əlamətdardır. Avropa İdman Paytaxtları Federasiyasının (ACES) qərarı ilə Azərbaycanın baş şəhəri bu estafeti Monakodan qəbul edib. İlin əvvəlindən paytaxtda keçirilən nüfuzlu beynəlxalq turnirlər münsiflərin heç də yanılmadığını göstərir.

Qeyd edək ki, “Dünyanın idman paytaxtı” adı uzun illər bu sahədə fəalllığı ilə seçilən şəhərlərə verilir ki, Bakı da bu baxımdan istisna deyil. Ölkəmizdə, xüsusilə də Bakıda çoxsaylı mötəbər yarışlar hər zaman nümunəvi formada təşkil edilib və bir qayda olaraq, xoş təəssüratlar yaradıb. Məsələn, 11 il əvvəl “Bakı-2015” I Avropa Oyunlarında Azərbaycan paytaxtı qitənin 50-dən çox ölkəsinin ən güclü atletlərinin gərgin mübarizə meydanına çevrilib. Daha sonra paytaxtımız IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə evsahibliyi edib. III MDB Oyunları, Dünya Taekvondo Çempionatı – 2023 də layiqli təşkili ilə yadda qalıb. Ötən il ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir uğurla keçib.

Dünyada aparıcı idman ölkəsi kimi tanınmış Azərbaycanın müxtəlif qitələri əhatə edən beynəlxalq yarışlarda, rəsmi çempionatlarda uğurları da davamlı səciyyə daşıyır. Artıq mötəbər yarışlarda möhtəşəm Dövlət himnimizin səsləndirilməsinə adət etmişik.

İnamla deyə bilərik ki, idman uğurlarımız, ilk növbədə, dövlətimizin başçısı İlham Əliyevin 1997-ci ildən başlayaraq Milli Olimpiya Komitəsini (MOK) prezidenti vəzifəsini layiqincə daşımasının nəticəsidir. Ölkəmizdə idmanın və olimpiya hərəkatının intibah dövrü məhz həmin vaxtdan başlanıb.

İlham Əliyevin MOK prezidenti kimi ilk addımları dövlət idman strukturları və milli idman federasiyaları ilə sıx əlaqələrin qurulmasını, atletlər üçün hər cür maddi və mənəvi stimul yaradılması ilə idman işinin daha da canlandırılmasını ehtiva edib. Başlıca amillərdən biri də idman sahəsində beynəlxalq əlaqələrin düzgün qurulması və genişləndirilməsidir.

İdmançılarımızın Olimpiya Oyunlarındakı uğurları öz sanbalı ilə seçilir. Atletlərimiz Pekin-2008-də 6 (1 qızıl, 1 gümüş, 4 bürünc), London-2012-də 9 (2 qızıl, 2 gümüş və 5 bürünc), Rio-2016-da 18 (1 qızıl, 7 gümüş və 10 bürünc), Tokio-2020-də 7 (3 gümüş, 4 bürünc), Paris-2024-də isə 7 (2 qızıl, 2 gümüş, 3 bürünc) medal qazanıblar. Hər dəfə çempionlarımızın şərəfinə Azərbaycan Dövlət Himni səsləndikcə qəlbimiz tükənməz qürur hissi ilə coşub. Vaxtaşırı olaraq, Bakı bir sıra Dünya və Avropa çempionatlarının da ünvanı olub.

Bu il “Dünyanın idman paytaxtı”nda təşkil edilən beynəlxalq yarışlar az olmayıb. Bunlardan xizək alpinizmi və voleybol (qadınlar) üzrə Avropa çempionatlarını, bədii və idman gimnastikası üzrə Dünya kuboklarını, çövkən, kayak və kanoe üzrə Dünya çempionatlarını, cüdo üzrə yeniyetmələrin qitə Kubokunu, “Arpachay Open” karate, “Azerbaijan International 2026” badminton, “Böyük İpək Yolu” və Heydər Əliyevin xatirəsinə həsr olunan boks turnirlərini, “Baku Open” Beynəlxalq Şahmat Festivalını və s. göstərmək olar.

Sentyabr ayının son həftəsində Bakı artıq 9-cu dəfə ən populyar “Formula-1” yarışlarının mübarizə meydanına çevrilib. “Azərbaycan Qran-prisi” kimi təsnif olunan avtomobil yürüşlərində elit komandaların mübarizəsini milyonlarla azarkeş izləyib. Bu il 800 milyondan artıq azarkeşin canlı və onlayn izlədiyi budəfəki yarış Bakı trek teatrının 10 illik yubileyi ilə əlamətdar olub. “Formula-1”in cəlbedici mübarizələrinin Bakı Şəhər Halqasında, ən azı, 2030-cu ilə qədər keçirilməsi nəzərdə tutulur.

Ən populyar idman növü sayılan futbol üzrə beynəlxalq miqyaslı yarışlarda təmsil olunan “Qarabağ” və “Sabah” klublarının uğurları da Azərbaycanı idman ölkəsi kimi dünyada məşhurlaşdırıb. Bir neçə ay əvvəl cənab İlham Əliyevin “Sabah”ın UEFA Çempionlar Liqasının mühüm mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Prezidentin ehtiyat fondundan bu kluba 5 milyon manat ayrılması barədə sərəncam imzalaması futbolun inkişafına diqqətin bariz nümunəsidir. Komandalarımız həm Avropadakı səfər matçlarında çox güclü klublara qarşı layiqincə mübarizə aparır, həm də Bakı stadionlarında onları qəbul edərək əfsanəvi futbolçuların Azərbaycan azarkeşləri qarşısında performans göstərmələrinə vəsilə olurlar.

Təsadüfi deyil ki, ötən günlərdə Bakıda futbol üzrə tarixdə ilk dəfə U-15 Dünya çempionatı və Festivalı start götürüb. Yarışlarda 189 ölkədən FIFA-ya üzv assosiasiyaların komandaları gücünü sınayır. Mundialın oyunları əsasən Hövsan Yarış kompleksində keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino açılış mərasimində iştirak ediblər. Bu hadisə bir daha Azərbaycanın dünyada idman mərkəzlərindən birinə çevrildiyini göstərir.

Açılışda çıxış edən FIFA prezidenti Bakıdakı turnirə 3 mindən çox futbolçunun və rəsmi nümayəndənin qatıldığını diqqətə çatdırıb. O, 7 gün ərzində dünyanı bir araya gətirdiklərinə görə Prezident İlham Əliyevə və təşkilat komitəsinə təşəkkürünü bildirib, Azərbaycanla bir yerdə möhtəşəm tarix yazacaqlarını qeyd edib.

Həmin gün dövlətimizin başçısı, birinci xanım, ailə üzvləri və FIFA prezidenti, həmçinin Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyiblər. Matç Azərbaycan milli komandasının 6:0 hesablı qələbəsi ilə başa çatandan sonra futbolçularımızla görüşən Prezident deyib ki, ölkəmizdə belə mötəbər yarışın keçirilməsi böyük hadisədir. Bu, tarixdə qalacaq, çünki ilk çempionatdır.

Oktyabrın 17-18-də sumo üzrə növbəti Dünya çempionatı da Bakıda təşkil olunub. Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin klubları və filialları arasında açıq turnir və digər yarışlar – dağ xizəyi, su idmanı və üzgüçülük üzrə Dünya Kuboku, çövkən, güləş (U-17), cüdo üzrə dünya çempionatları, voleybol üzrə Avropa çempionatının C qrupunun oyunları, Azərbaycan Şahmat Turu” çərçivəsində keçirilən “Shirvan Open 2026” beynəlxalq şahmat festivalı ölkəmizdə “idman nəbzi”nin necə ahəngdar vurmasının göstəriciləridir.

Yuxarıda qeyd etdiyimiz kimi, “Dünyanın İdman Paytaxtı”nın təmsilçiləri ölkə hüdudlarından kənarda da çıxışları ilə bizi sevindirirlər. Bu günlər Astanada keçirilən güləş üzrə Dünya çempionatı buna daha bir misaldır. Orada pəhləvanımız Eldəniz Əzizli parlaq qələbələr qazanaraq karyerasında 5-ci dəfə dünya çempionu olub. Sənan Süleymanov da qızıl medala layiq görülüb. Nihat Məmmədli yarışı “gümüş” pillədə başqa vurub, digər güləşçilərimiz isə uğurlarını artırmaqda davam edirlər.

Bəli, Bakı “Dünyanın İdman Paytaxtı” adını hərtərəfli doğruldur. Qarşıdakı 2 ayda nailiyyətlərin daha da artacağına inanımız böyükdür.

Əli DOSTƏLİ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri