Icma.az
close
up
RU
Bakı Bratislava münasibətləri: dinamizm, əməkdaşlıq və mühüm perspektivlər

Bakı Bratislava münasibətləri: dinamizm, əməkdaşlıq və mühüm perspektivlər

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

İki ölkə arasında bir çox sahələrdə tərəfdaşlıq əlaqələri güclənə bilər

Azərbaycan dövlətinin yürütdüyü uğurlu xarici siyasət kursu, eləcə də əməkdaşlığa və inkişafa hədəflənən priorietlərimiz beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Xüsusilə, regional güc statusu, qlobal enerji təhlükəsizliyinə verdiyimiz töhfələr və sülhpərvər siyasətimiz ölkəmizi etibarlı tərəfdaş kimi ön plana çıxarır. Azərbaycan əməkdaşlığa yönəlmiş xarici siyasəti sayəsində müxtəlif qitələrdə yerləşən dövlətlərlə strateji əlaqələr qurmağa nail olub. Xüsusilə, enerji sektorunda apardığı ardıcıl və məsuliyyətli siyasət ölkəmizin nüfuzunu daha da artırıb. Azərbaycan enerji bazarında heç vaxt qeyri-müəyyənlik yaradacaq addım atmayıb - qarşılıqlı maraqlar hər zaman əsas tutulub. Bu, bizi Avropa üçün vazkeçilməz tərəfdaşlardan birinə çevirən əsas faktorlardandır.

Təsadüfi deyil ki, bu gün Avropa İttifaqı ölkələrinin Azərbaycanla əməkdaşlıq xətti, xüsusilə təbii qaz və yaşıl enerji sahələrində daha da güclənir. Avropanın enerji şaxələndirməsinə ehtiyacının artdığı dövrdə Azərbaycan etibarlı mənbə kimi ön plana çıxır. Bakı-Brüssel enerji dialoqu çərçivəsində imzalanmış sazişlər, Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı aparılan işlər, yeni xətlərin hazırlanmasına həsr edilmiş müzakirələr bu əməkdaşlığın uzunmüddətli olacağını göstərir.

Belə bir qarşılıqlı münasibətlərin inkişaf dinamizmi ikitərəfli əlaqələrin güclənməsinə də rəvac verir - məsələn, Slovakiya-Azərbaycan əlaqələri artıq yeni məzmun qazanmaqdadır. Slovakiyanın Cənub Qaz Dəhlizinin final istifadəçilərindən biri kimi Azərbaycana olan marağı günü-gündən artır. Ölkəmizin enerji təhlükəsizliyinə verdiyi strateji dəstək Slovakiya tərəfindən yüksək qiymətləndirilir. Bununla yanaşı, iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur. Əlaqələr hələ tam potensialını reallaşdırmasa da, qarşıdakı illər üçün böyük perspektivlər formalaşır. Xüsusilə Slovakiyanın işğaldan azad edilmiş Qarabağ bölgəsində - Ağdamın Qərvənd kəndində həyata keçirdiyi layihələr, müdafiə sahəsində əməkdaşlıq perspektivləri bu münasibətlərin yalnız enerji sahəsi ilə məhdudlaşmadığını göstərir.

Azərbaycan-Slovakiya əlaqələrinin tarixi

Qeyd edək ki, Slovakiya Respublikası Azərbaycanın müstəqilliyini 24 yanvar 1992-ci ildə tanısa da, iki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulub. 2019-cu ildən Slovakiyanın Azərbaycanda səfirliyi fəaliyyət göstərir. 2023-cü ilin iyulundan isə Azərbaycanın Slovakiyada səfirliyi təsis olunub. 2009-cu ildən Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu fəaliyyət göstərir.

Rəsmi şəxslərin qarşılıqlı səfərlərinə gəldikdə isə Prezident İlham Əliyev 2004-cü ilin martında Bratislavada işgüzar səfərdə olub. Slovakiyanın hazırkı Prezidenti Peter Pelleqrini 2018-ci ilin noyabrında Baş nazir statusunda Bakıya səfər edib. Hazırkı Baş nazir Robert Fitso isə 2024-cü ilin mayında Azərbaycanda rəsmi səfərdə olub.

İki ölkə arasında parlamentlərarası səviyyədə də işgüzar münasibətlər mövcuddur. Azərbaycanın Milli Məclisində 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Slovakiyanın Parlamentində də analoji işçi qrupu fəaliyyət göstərir.  2021-ci ilin oktyabrında Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”ə əsasən İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupu təsis edilib.

Ötən ilin mayında Baş nazir Robert Fitsonun Bakıya səfəri çərçivəsində  iki ölkə arasında “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalanıb. Bundan başqa, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”lər də imzalanıb.

İki ölkə arasında iqtisadi əlaqələr geniş olmasa da, Slovakiya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya yatırmaqda maraqlıdırlar. Eyni zamanda, Azərbaycan iş adamlarının da Slovakiyaya investisiya qoyması önəmli istiqamətlərdən biri olaraq qalır. 2024-cü ildə Azərbaycan və Slovakiya arasında ticarət dövriyyəsi 46 milyon dollar olub. Mütəxəsisslər isə real potensialın daha yüksək olması fikrindədirlər. Bu, ölkələrimiz arasında iqtisadi əlaqələrin dərinləşməsi, ticarət dövriyyəsinin artırılması üçün imkanlar yaradır. Slovakiya bazarı Azərbaycan üçün qeyri-neft ixracının artırılması baxımından da əhəmiyyətli ola bilər. Eləcə də, turizm sahəsi üzrə əməkdaşlıq gələcək perspektivdə mühüm əhəmiyyət daşıya bilər.

Əməkdaşlıq perspektiv olan digər sahə isə müdafiə sənayesi sahəsidir. Bu istiqamətdə birgə layihələrə imza atılması mümkündür - bununla bağlı müzakirələr belə reallaşıb.

Qeyd edək ki, Slovakiya Ermənistan - Azərbaycan münaqişəsinin həllində beynəlxalq hüquqa əsaslanan yanaşmanı dəstəkləyib. Bu, münasibətlərdə qarşılıqlı etimad mühitinin güclənməsinə şərait yaradıb. 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni vəziyyət Bratislava tərəfindən diqqətlə izlənilir və Slovakiya Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə maraqlı olduğunu açıq şəkildə bildirir.

Münasibətlərdə enerji faktoru

Enerji sektoru Azərbaycan-Slovakiya münasibətlərinin ən mühüm istiqamətlərindən biridir. Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsində fəal iştirak edən Azərbaycan Cənub Qaz Dəhlizinin əsas təchizatçısı kimi mühüm tərəfdaşa çevrilib. Slovakiya da enerji şaxələndirməsinə ehtiyacı olan ölkələr sırasında olduğundan, Azərbaycanla əməkdaşlıq xüsusi rol oynayır. Qeyd edək ki, Slovakiya uzun illər qaz təchizatında asılılıqlar səbəbindən enerji təhlükəsizliyi məsələlərini prioritet mövzusuna çevirib. 2022-ci ildən sonra Avropada baş verən geosiyasi dəyişikliklər qaz mənbələrinin dəyişikliyini zəruri edib. Bu dövrdə Azərbaycan Avropa üçün etibarlı və sabit təchizatçı kimi önə çıxıb. Avropaya qaz tədarükünün 2027-ci ilə qədər iki dəfə artırılması planları Slovakiya üçün də yeni imkanlar yaradır. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Bratislavaya rəsmi səfəri çərçivəsində keçirilən  geniş tərkibdə görüşdə çıxış edən Slovakiyanın dövlət başçısı Peter Pelleqri bildirib ki, enerji təchizatı ilə bağlı Slovakiya hazırda olduqca ağır vəziyyətə düşüb: “Görürük ki, uzun perspektivdə Azərbaycan həll variantının bir hissəsi ola bilər”.

Bunun qarşılığında isə Prezident İlham Əliyev bildirib ki, ötən il biz Slovakiyaya qaz təchizatına başladıq: “İstənilən lazımi vaxtda davam etdirməyə hazırıq”.

Gələcəkdə Azərbaycan-Slovakiya enerji əməkdaşlığının yalnız qazla məhdudlaşmayacağı da proqnozlaşdırılır - “Yaşıl enerji” sahəsində Azərbaycanın böyük potensialı bu əməkdaşlığı daha da genişləndirə bilər. Beləliklə, enerji sektoru iki ölkə arasında əməkdaşlığın lokomotivi rolunu oynayır və yaxın illərdə bu sahədə daha dərin inteqrasiya gözlənilir.

Əlaqələr dərinləşir...

Beləliklə, Azərbaycan - Slovakiya münasibətləri həm siyasi, həm iqtisadi, həm də humanitar müstəvidə yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu əlaqələrin əsas üstünlüyü qarşılıqlı hörmət, açıq dialoq və real əməkdaşlıq iradəsinə əsaslanmasıdır. Slovakiyanın Ağdamın Qərvənd kəndində həyata keçirdiyi bərpa layihəsi münasibətlərin humanitar ölçüsünü daha da dərinləşdirir. Bu təşəbbüs həm də Avropada Qarabağın bərpası ilə bağlı pozitiv yanaşmanın formalaşmasına töhfə verir. İki ölkə arasında mədəniyyət, təhsil, ticarət, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait var. Slovakiya şirkətlərinin Azərbaycanda iştirak imkanları, eləcə də Azərbaycanın tranzit və logistika potensialı qarşılıqlı maraqları artırır.

P.SADAYOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Dekabr 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri